reklam
USD
3 ℃
EUR
BAKI

Cavid Qurbanovun yeni “Parlament fraksiyası”: Dəmiryolunun “şef”i kimlərə mandat “qazandırmaq” istəyir?

XƏBƏR / 29.01.2020 21:41
Cavid Qurbanovun yeni "Parlament fraksiyası”: Dəmiryolunun "şef”i kimlərə mandat "qazandırmaq” istəyir?



Cavid Qurbanovun yeni "Parlament fraksiyası”: Dəmiryolunun "şef”i kimlərə mandat "qazandırmaq” istəyir?İki dəfə – III və IV çağırış 123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclisin deputatı seçilən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanovun bu dəfə namizədliyini irəli sürməsə də, parlamentdə "öz fraksiyası”nı yaratmağa cəhd etdiyi iddia olunur.

Belə ki, Cavid Qurbanovun 9 fevral seçkilərində Milli Məclisə iki namizəd keçirmək planını həyata keçirməyə çalışdığı söylənilir.
Həmin namizədlərdən biri Qurbanovun qohumu, hazırda Kəlbəcər rayon icra hakimiyyətinin başçısı olan Aqil Məmmədovdur. Aqil Məmmədovun deputatlığa namizədliyi 123 saylı Kəlbəcər Seçki Dairəsindən qeydə alınıb.
İşğal altındakı rayonun icra başçısı Aqil Məmmədovun fəaliyyətini əks etdirən məlumatlar heç də birmənalı deyil. Ölkə mətbuatında onun haqqında ən çox yazılan mövzu isə Məmmədovun xidməti istifadə üçün aldığı avtomobillərin qiyməti ilə bağlıdır. Avtomobillərə xüsusi marağı ilə seçilən başçı gah 13 min, gah da 250 min dollara maşın almaqla uzun müddət gündəmdə qalmışdı.
Baxın, icra başçısı rəhbərlik etdiyi rayon rayon işğal altında olduğu bir şəraitdə korrupsiya qoxulu satınalmalara əl atırsa, görün, o, Kəlbəcər işğal edilməsəydi, hansı "kombinasiyalar” qurardı… Kəlbəcər sakinlərinin Aqil Məmmədovdan müxtəlif instansiyalara göndərdikləri şikayət məktubları qalaq-qalaqdır. İcra başçısı olan zaman rayon sakinlərinin heç bir problemini həll etməyən bu "kiçik padşah” deputat mandatına sahibləndikdən sonra seçicilərinə nə gün ağlaya bilər?
Prezidentin bu və ya başqa bir rayonun icra başçısını vəzifəsindən azad etməsi haqqında sərəncamı açıqlananda, ən çox ürəyi çırpınan Aqil Məmmədov üçün toxunulmazlıq statusu olan deputatlıq 5 illik "sığorta” da sayıla bilər.
Məsələ ondadır ki, Məmmədovu Milli Məclisin yeni tərkibinə salmağa çalışan fiqurun "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov olduğu deyilir.
Qohumunu vəzifədə irəli çəkən Cavid Qurbanov bu dəfə onu "rüşvət və korrupsiya bataqlığı”ndan çıxararaq, parlamentdə oturtmaq niyyətindədir. Bu, həm də, Cavid Qurbanovun özünə yenidən qismət olmayan deputat mandatını Məmmədova "ötürmək” cəhdi kimi də başa düşülə bilər.
Lakin Cavid Qurbanovun Milli Məclisdə "oturtmaq” istədiyi tək namizəd Aqil Məmmədov deyil. Onun özünə daha yaxın birini – "Azərbaycan Dəmir Yolları” QSC-də maliyyə və iqtisadiyyat idsrəsinin rəis müavini Vəsilə Abdulovanı da parlamentdə görmək istədiyi də deyilir.
Vəsilə Abdulova 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəddir. Abdulovanın rəsmi vəzifəsi "Azərbaycan Dəmir Yolları” QSC-də maliyyə və iqtisadiyyat idsrəsinin rəis müavini olsa da, onu idarədə "paket paylayan” kimi tanıyırlar. Belə ki, idarədə işləyən şəxslərdən əldə etdiyimiz məlumata görə, Vəsilə Abdulova Cavid Qurbanova yaxın olan şəxslərə aylıq "paket” verməklə məşğuldur. Başqa sözlə, Cavid Qurbanov vəzifə pillələrində yüksəltdiyi Abdulovanı bu də Milli Məclisə "yerləşdirməyi” planlaşdırır. Vəsilə Abdulovanın həmin seçki dairəsində ciddi bir rəqibi də yoxdur. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 99-cu dairədən irəli sürdüyü namizəd Nurlan Həsənov tanınmış şəxs deyil.
Belə anlaşılır ki, Cavid Qurbanov özünün səs hüququ olmayacaq yeni parlamentdə "iki səs”lə təmsil olunmaq istəyir. Onun bu iddiasının haradan qaynaqlandığını isə ancaq Qurbanovun özü bilir…(yenicag.az)

carciTV


Oxunub: 531






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim