reklam
USD
4 ℃
EUR
BAKI

Bakıda nənə körpə nəvələrini niyə öldürdü? – Qorxunc olay barədə YENİ FAKTLAR

CANLI TV / 30.01.2020 23:51
Bakıda nənə körpə nəvələrini niyə öldürdü? – Qorxunc olay barədə YENİ FAKTLAR




Dünən axşam saatlarında Bakı şəhər Nizami rayonu Məzahir Rüstəmov küçəsində yerləşən mənzildə 57 yaşlı Nina Allahverdiyevanın 2 nəvəsini boğaraq öldürməsi və daha sonra özünün intihar etmədi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

carciTV "ixa.az"a istinadən xəbər verir ki, N.Allahverdiyevanın qətlə yetirdiyi 6 və 2 yaşlı nəvələri onun qızı Liliya Allahverdiyevanın Vadim Pikulo ilə nikahından dünyaya gəlibmiş. 2012-ci ildə evlənən cütlük övladlarını nənələrinə etibar edərək öz peşə fəaliyyətlərinə davam edirblər. Liliya Allahverdiyeva və həyat yoldaşı Bakıdakı elektronika mağazalar şəbəkəsində menecer işləyirlər.

Bildirilir ki, hadisəni törədən Nina Allahverdiyeva sakit təbiətli qadın olub. Təxminən 13 il əvvəl onun həyat yoldaşı vəfat edəndən sonra N.Allahverdiyevada bəzi psixi sarsıntıların baş verdiyi ehtimal edilir. Onun dərin ruhi-psixoloji sarsıntı altında nəvələrini qətlə yetirdiyi və daha sonra intihar etdiyi ehtimal edilir.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, yanvarın 29-da saat 18 radələrində 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitlərinin, nənələri 1963-cü il təvəllüdlü Nina Allahverdiyevanın isə asılmış vəziyyətdə meyitinin birgə yaşadıqları paytaxtın Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzilində aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspert briqadasının iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, müvafiq ekspertizalar təyin edilib.

Hadisə yerinə baxış zamanı mənzildə olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması və mənzilin giriş qapısının içəri tərəfdən kilidli olması müəyyən edilib, eyni zamanda meyitlərə baxış zamanı boğulmağa xarakterik izlərdən başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.

İlkin istintaq fərziyyələri ilə Nina Allahverdiyevanın əvvəlcə nəvələrini kəndirlə boğaz nahiyələrindən boğmaqla öldürməsinə, daha sonra isə özünü kəndirlə asaraq intihar etməsinə əsaslı şübhələr yaranıb.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Oxunub: 595






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim