reklam
USD
2 ℃
EUR
BAKI

SON DƏQİQƏ! Kriminal avtoritet Quliə sui-qəsd - Polis hərəkətə keçdi

CANLI TV / 31.01.2020 23:04
SON DƏQİQƏ! Kriminal avtoritet Quliə sui-qəsd - Polis hərəkətə keçdi



Türkiyədə yaşayan azərbaycanlı "qanuni oğru” Nadir Səlifova ("Quli”) sui-qəsd planlaşdıran dəstə ələ keçib. 

"İxa.az"a istinadən, "carciTV" xəbər verir ki, Anri Malyi adlı ukraynalı kriminalitetin rəhbərlik etdiyi 16 nəfərlik dəstənin 1 üzvü rus, 4 üzvü gürcü, 3 üzvü ukraynalı, 8 üzvü isə  azərbaycanlı olub. 

Onlar Nadir Səlifovdan qisas almaq üçün Türkiyəyə gəliblər. Lakin İstanbul Polis İdarəsinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onların üzərindən 11 tapança, 1 AK 47 tipli avtomat və 222 güllə aşkar edilib. 

Əməliyyat səhər saatlarında keçirilib. Polisin araşdırmaları davam edir.

Nadir Səlifov 25 illik məhkumluq həyatını başa vurandan sonra Türkiyəyə köçüb. Klassik "qanuni oğru”lardan hesab edilən sumqayıtlı Arif Mehdiyevin ("Lotu Arif” ) dəstəyindən sonra Nadir Səlifovun Azərbaycanın kriminal aləmində nüfuzu daha da artıb. Lakin o, əsas diqqətini Rusiyaya yönəldib. Burada isə gürcü əsilli "qanuni oğru” Zaxari Kalaşov ("Şakro Molodoy”) ona qarşı barışmaz mövqe tutub. Bəzi mülahizələrə görə, Zaxari Kalaşovla Nadir Səlifovun arasındakı konfliktin kökündə ikincinin kriminal aləmdə daha nüfuzlu şəxsə çevrilməsi ilə bağlıdır. "Quli” Rusiyanın kriminal seqmentini də tam fəth eləsə, o zaman Zaxari Kalaşov 1 nömrəli "qanuni oğru”  kimi qəbul edilməyə bilər.

Nadir Səlifovla Zaxari Kalaşov arasında konflikt davam etdikcə ona qarşı təşkil olunan "sxodka”lar, yaxud fiziki cəhətdən məhv edilməsi ilə bağlı planlarda gürcü əsilli "qanuni oğru”nun adı çəkilir.

Məsələn, ötən ilin yayında gürcü əslilli "qanuni oğru” Quram Çixladze ("Kvejeoeviç”) ilə Nadir Səlifov arasında baş vermiş insidentdə Zaxari Kalaşovun adı hallandırılırdı. Bu insidentə görə, başqa bir gürcü əsilli "qanuni oğru” Badri Koquaşvilinin ("Badri Kutaisi”) Nadir Səlifovu kriminal dünyanın ali statusundan məhrum etmək cəhdləri də Zaxari Kalaşovun ayağına yazılırdı.


Oxunub: 907






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim