reklam
USD
16 ℃
EUR
BAKI

Dəhşət! Məşhur müğənnini soyundurub səkkiz saat döyüb lentə aldılar

MARAQLI / 01.02.2020 10:46
Dəhşət! Məşhur müğənnini soyundurub səkkiz saat döyüb lentə aldılar 



"Ailə quranda 17 yaşım var idi. Həyat yoldaşım dayım oğlu Vahid idi. Dayım üç uşağını atmışdı, amma sonra onlara ev vermişdi. Onlar hər dəfə küsəndə anam ailəni barışdırırdı. Anam doqquz yaşında rəhmətə gedib, atam isə evlənmədi. Dayım oğlum ilə 13 yaş fərqimiz var idi. Mənim 17, onun isə 30 yaşı var idi. Toy günümüzün səhəri qaynanam dedi: "Sənin bacını oğluma almaq istəyirdim. Bacın istəmədi, oğluma səni aldım. Sizin beş uşağınız da olsa, mən sizi ayıracağam”.

Cavab verdim ki, "Sənin oğlunu dünəndən istəməmişəm. Açın qapını gedim”.
 
İxa.az "Oxu.az"-a istinadən xəbər verir ki, bu sözləri şou-biznesdə Dana ləqəbi ilə tanınan müğənni Dürdanə ARB TV-də yayımlanan "Elgizlə izlə” sosial-ictimai verilişində deyib. Ağrılı-acılı həyat hekayəsi ilə ürəkləri dağlayan müğənni şok etirafları ilə hamını göz yaşına boğub:

"Biz Rusiyaya köçdük. Amma orada qala bilmədim. Uşağım dünyaya gələndən sonra ayrılıb, vətənə atamın yanına geri döndüm. Mən ailə quranda isə yaşım nikaha düşmürdü. Atam bunu bildi və ərimlə nikah kəsdirdi ki, ikinci dəfə ayrılsam, mənə ev düşsün. Lakin atam bilmədi ki, bu nikahla o, həyatımı sındırdı.

Atam rəhmətə gedəndən sonra ərimdən yenə ayrıldım. Ərimin ailəsinə baldızımın həyat yoldaşı rəhbərlik edirdi. Bunlar ondan icazəsiz bir addım da atmırdılar. Baldızımın əri Sumqayıtda imkanlı şəxs idi. Ərimin ailəsi onların himayəsi altında idi. Oğlumla Bakıda yaşayırdım. Yaxın rəfiqəm Sənubərlə qalırdım. O mənim oğluma baxırdı. Elə oldu ki, uşaq atasını istədi. Mən oğlumu atasına qovuşdurdum. Dərbəndə getdim ki, orada restoranda oxuyub, pul qazanım. Gedəndə soruşdum ki, uşağa baxacaqsan?

Dedi ki, bir həftə yanımda qalsın, sonra qaytaracağam. İcazə verdim. O sonra uşağı dayəyə verir. Uşaq isə atasını istəyir və sonra bir müddət atası ilə qalır. Daha sonra isə Sənubərə baldızımdan mesaj gəlir ki, uşağı geri qaytarmayacağıq, bizim problemimiz Dürdanə ilədir.

Sonra məhkəməyə müraciət edəndə mənə güldülər. Oğlumu mənə verməmək üçün yoldaşımın ailəsi arqument gətirdi ki, bu qız müğənnidir, başımızı aşağa salır, müğənnilər əxlaqsızdır. Sübut-dəlilsiz məhkəmə uşağı məndən necə ala bilər? İndiyə kimi də məni analıq hüququmdan məhrum edə bilməyiblər. 2008-ci ildə uşağı qarşı tərəf götürüb.
 
2009-cu ildə Əziz adlı musiqiçinin əli ilə məni Dərbənddə evdən çıxarıblar. Bir neçə qadın tərəfindən amansızcasına çılpaq vəziyyətdə 8 saat döyülmüşəm. Yiyəsiz bir qızam, nə atam, nə də ki anam var. İşgəncə ilə məni döyüb, videoya çəkiblər. Bu video isə iki hissəli olub. Birinci hissəsini gətirib ərimə veriblər. O zaman ərim Dərbənddə olub. Ərim videoya baxa-baxa deyib ki, gördünüz, axı deyirdim ki, bu qadın əxlaqsızdır. Camaat mənim üstümə şüşə tullayırdı. Mən o video ilə Dağıstan Prokurorluğuna getdim, kömək etmələrini rica etdim. Bu əziyyəti və işgəncələri verən insanları həbsə göndərməyim üçün mənə bir il lazım oldu. Uşaq isə bu vaxta gədər mənim yolumu gözləyir (ağlayır)”. 

Ürək dağlayan etiraflardan dili-dodağı quruyan müğənni Dana bu anda özünü saxlaya bilmədiyindən göz yaşlarına boğulur. Verilişin aparıcısı Elgiz Əkbər sənətçiyə yaxınlaşaraq, onu sakiləştdirməyə çalışıb.

carciTV


Oxunub: 557






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim