reklam
USD
17 ℃
EUR
BAKI

Bakı metrosunun rəhbər sarıdan bəxti gətirmir ki, gətirmir... - İTTİHAM

CANLI TV / 04.02.2020 19:27
Bakı metrosunun rəhbər sarıdan bəxti gətirmir ki, gətirmir... - İTTİHAM



"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq rəisi Tağı Əhmədovun ölkə telekanallarından birinə verdiyi açıqlamalar son günlər diqqətləri yenidən yeraltı nəqliyyat vasitəsinin üzərində cəmləşdirib. Qeyd edək ki, sabiq rəis "Bakı Metropoliteni”nə rəhbərlik etdiyi dönəmdə dövlətin pulunu oğurlamadığını, ağıllla qazanc əldə etdiyini deyib: "Metronun yanında 21 mərtəbəli bina tikmək üçün sahibkar yanıma gəldi. Mən də ona dedim ki, 21 mərtəbəli binanı yerləşdirmək üçün işləyəcəm, amma haqqı budur. Hazırda dövlətdən 3640 manat pensiya, 1000 manat YAP-dan, 1500 manat kafedra müdiri kimi maaş alıram. Vicdanıma and olsun ki, dövlətdən bir manat götürməmişəm”.

Əlbəttə, Tağı Əhmədovun bu məsələdə nə qədər haqlı olduğunu onun öz vicdanına buraxırıq. Amma təkcə 21 mərtəbəli binanın tikintisi üçün hansısa iş adamından haqq tələb etməsi sabiq rəisin milyonları heç də alın təri ilə qazandığına dəlalət etmir. Həmçinin, bu pulların, deyildiyi kimi, ağıl gücünə qazanıldığını da iddia etmək olmaz. Çünki, Tağı müəllim faktiki olaraq vəzifə səlahiyyətlərinin ona verdiyi imkanlar hesabına böyük vəsaitlər əldə edib.

Sadəcə, bizim mövzumuz T.Əhmədovun pullarının mənbəyini araşdırmaqdan ibarət olmadığına görə, bu məsələnin üzərində çox da dayanmağa ehtiyac görmürük. Biz bu gün Tağı Əhmədovun sələfi, "Bakı Metropoliteni” QSC-nin hazırkı sədri Zaur Hüseynovun sahib olduğu milyonları necə əldə etdiyinə, yəni xələfinin iddia etdiyi kimi "ağılla” qazandığına, yoxsa dövlətdən oğurladığına aydınlıq gətirməyə çalışacağıq. Buna qədər isə Z.Hüseynovun ümumiyyətlə bu vəzifə üçün nə dərəcədə uğurlu bir kadr olub-olmadığını faktlarla üzə çıxarmağa cəhd edəcəyik.

"Bakı Metropoliteni”ndə rəhbər dəyişikliyi…

Öncə ondan başlayaq ki, 2014-cü il fevral ayının 27-də "Bakı Metropoliteni” QSC-yə rəis təyin olunan Zaur Hüseynovdan ölkə rəhbərliyi ilə yanaşı, hər gün metrodan istifadə edən vətəndaşların da gözləntiləri çox idi. Çünki dövlət büdcəsindən hər il böyük məbləğdə dotasiya ayrılmasına rəğmən, "Bakı Metropoliteni”ndə kifayət qədər problemlər var idi. Qatarlar köhnə olduğundan, ara-sıra texniki nasazlıqlar yaranır, vətəndaşların həyatı üçün təhlükələr meydana çıxırdı. Üstəlik, metroda ticarətlə məşğul olan kiçik sahibkarlar bir sıra qeyri-rəsmi ödənişlərdən azad olunacaqlarını güman edirdilər. Amma, necə deyərlər, sən saydığını say, gör Zaur Hüseynov nə sayır…

İlk olaraq minlərlə insan çörəksiz qoyuldu

Dəyərli oxucularımız xatırlayar ki, Z.Hüseynov "Bakı Metropoliteni” QSC-yə sədr təyin olunar-olunmaz, ilk işi metroların giriş-çıxışında yerləşən ticarət köşklərini ləğv etdirməkdən ibarət oldu. Bunun nəticəsində isə minlərlə, bəlkə də onminlərlə insan gündəlik çörək puluna möhtac qoyuldu. Bu qərara cəmiyyətdən ciddi təpki olduğunu gördükdən sonra isə, guya, bu insanların problemlərini həll etmək adı ilə onları hansısa məmur-oliqarxların aylarla boş qalan ticarət mərkəzlərinə yönəltdilər. Onlardan müvəqqəti olaraq kirayə haqqı alınmasa da, nəticədə yenə qazanan vətəndaş deyil, məmurlar oldu. Hansı ki, vaxtilə metroda kiçik ticarətlə məşğul olan sahibkarların bir çoxunun öz biznesini onlar üçün ayrılan ticarət mərkəzlərinə köçürməsindən sonra müflis olduğu, bəzilərinin isə ümumiyyətlə işsiz qaldığı dediklərimizin bariz nümunəsidir.

Nasazlıqların sürətlə artması

Zaur Hüseynovun "Bakı Metropoliteni” QSC-yə sədr təyin olunmasından sonra, bu ictimai nəqliyyatdan istifadə edən vətəndaşların da gözləntisi özünü doğrultmadı. Əksinə, Tağı Əhmədov metroya rəhbərlik etdiyi dönəmdə nasazlıq halları ara-sıra olurdusa, artıq bu problemlə həftədə ən azı iki dəfə rastlaşırıq. İstənilən vətəndaş metrodakı nasazlıq halları ilə bağlı internetin axtarış sistemlərində araşdırma aparsa, bunu aydın görə bilər. Halbuki, saytlarda dərc olunanlar bu faktların hamısı deyil, hətta cüzi hissəsidir. Baxmayaraq ki, Z.Hüseynov "Bakı Metropoliteni”nin rəhbəri təyin olunduqdan az sonra dövlət büdcəsi hesabına müasir standartlara cavab verən qatarların alınmasına başlanıldı. Məsələn, 2015-ci ildə ölkəmizdə keçirilən möhtəşəm Avropa Oyunları idman yarışlarından əvvəl bir neçə kondisonerli qatarın xəttə buraxılmasını çox yaxşı xatırlayırıq. Nəzərə alsaq ki, sonrakı dövrlərdə də ölkə başçısının göstərişi ilə müasir tipli qatarların alınması prosesi davam edib, məntiqlə metroda nasazlıqların sayı azalmalı idi. Amma, çox təəssüf ki, biz vətəndaşlar bunun tamamilə əksini görürük…

Gediş qiymətləri artdı, gəlir çoxaldı, amma…

Z.Hüseynovun metroya rəhbərliyi dönəmində - 2018-ci ilin iyul ayının sonunda metroda gediş haqqı 50 faiz artırılaraq 30 qəpik oldu. Bu isə, dolyısı ilə gəlirin 50 faiz artması demək idi. Üstəlik, nəzərə alsaq ki, hər il dövlətdən alınan dotasiyanın həcmi də artan templə inkişaf edib, deməli, Z.Hüseynovun "Bakı Metropoliteni”ni "gülüstana” döndərməsi üçün kifayət qədər münbit şərait olub. Amma T.Əhmədovdan sonra metroda nəinki bir müsbət iş görülüb, əksinə, yeni rəis işçilərin sayını da ən azı iki dəfə azaldaraq xərcləri minimuma endirib.

Bu yerdə dəyərli oxucularımız haqlı olaraq sual edə bilər ki, "əlavə xərclər” yığışdırılıb, xəttə buraxılan yeni qatarların sayı artıbsa, o halda metroda nasazlıqların sayı niyə günbəgün çoxalmaqdadır? Təbii ki, bu sualın cavabı bizə bəllidir və bütün bunlara faktlarla aydınlıq gətirəcəyik. Amma bəri başdan deyə ki, "Bakı Metropoliteni”nin rəhbərliyi hər zaman olduğu kimi, yenə də iddia edəcək ki, "gediş haqqının 30 qəpik olması və işçilərin sayının yarıya endirilməsi gəlirin artması demək deyil. Çünki metroda bir şərnişinin daşınma xərci 50-55 qəpiyə başa gəlir”. Halbuki, indiyə qədər "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi metroda bir sərnişinin daşınması xərcinin, iddia olunduğu kimi, 50-55 qəpiyə başa gəldiyi haqda ortaya bircə fakt, hər hansı sənəd qoymayıblar. Hətta, çox güman ki, onların özləri də bir nəfərin daşınma xərcinin neçəyə başa gəldiyindən xəbərsizdirlər. Çünki QSC rəhbərliyini ümumi gəlir və onların toplanmasının etibarlı əllərə verilməsi maraqlandırır, oturub hər sərnişinin daşınamsına heçə qəpik xərcləndiyini hesablamağa "vaxtlarımı var”?! Şübhəsiz, əgər onların əlində belə bir sənəd olsaydı, bir çox ekspertlər dəfələrlə bu rəqəmin uydurma olduğunu bəyan edəndə, çıxarıb ortaya qoyardılar.

O ki qaldı xərclərin azalması və gəlirin artmasına rəğmən, metroda nasazlıqların daha da çoxalmasının səbəblərinə, şübhəsiz, bu, ilk növbədə Zaur Hüseynovun gəldiyi ilk günlərdən peşəkar kadrları, özü kimi, təcrübəsiz kadrlarla əvəzləməsindən qaynaqlanır. Hansı ki, bütün bunlar haqda növbəti yazımızda daha geniş məlum verəcək və "Bakı Metropoliteni”ndən istifadənin necə təhlükəli bir həddə gəlib çatdığına aydınlıq gətirəcəyik. Bundan əlavə, Z.Hüseynovun peşəkar kadrları hansı qeyri-peşakarlarla əvəzləməsi və kimlərin rüşvətlə işçi qəbul etməsi və ümumiyyətlə, metroda hər ay nə qədər yeyintiyə yol verilməsi ilə bağlı faktları oxucularımıza təqdim edəcəyik.

İzləməyi unutmayın. (hurriyyet.org)

carcitv


Oxunub: 525






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim