reklam
USD
19 ℃
EUR
BAKI

QƏZET XALQIN CARÇISIDIR

NƏŞR / 05.02.2020 22:30
QƏZET XALQIN CARÇISIDIR


 Azərbaycan Respublikasının müstəqil ölkə kimi günü-gündən inkişaf edib çiçəklənməsində əvəzsiz rolu olan Prezidentimiz cənab İlham Əliyev xalqımızın maariflənməsi, bu gün Azərbaycanda və dünyada baş verən hadisələr barəsində hərtərəfli informasiya alması üçün gələcəyimiz olan gənc nəslə hər cür şərait yaratmışdır.
 Cəmiyyətin dünyagörüşünün artmasına və bu yöndə ona təsir edən mənfi amillərin araşdırılmasına xidmət edən, hər şeyi olduğu kimi özündə əks etdirən informasiya vasitələrindən biri də QƏZETdir.
 Qəzetə bu tərifi verərkən nəzərinizə çatdırıram ki, içərisi yalan və böhtanla dolu olan adi kağız parçalarını bura aid etmirəm. Qoy, bu tip yazıların azarkeşləri mənim yazılarımı oxumasınlar, əks halda onların "dünyagörüşü”nə zərbə dəyə bilər. Hələ 1875-ci ildə milli mətbuatımızın banisi Həsən bəy Zərdabi "Əkinci” qəzetini yaradarkən ürəyində bir arzusu var idi: bütün həyatını səhərdən axşamadək mal-qara otarmaqla, çarıq yamamaqla, cüt sürməklə, papaq tikməklə keçirən əməkçi xalqı maarifləndirmək; gününü aşıq-aşıq, uzun eşşək, ənzəli, dirədöymə, çilingağac oynamaqla yola verən uşaqlara elm öyrətmək. Bu yolla H.Zərdabi əsrlərlə onlara qul kimi rəftar edən, onların hesabına harınlayan "millət necə tarac olur-olsun nə işim var?”, "ey fəhlə, sən də özünü insanmı sanırsan?” deyənləri cəmiyyətimizdən söküb atmaq istəyirdi. Cəmisi 2 ildən sonra qəzet vasitəsilə əsl simaları üzə çıxan bəylər və ağalar qəzetin çapını dayandırdılar. Lakin artıq gec idi, yaranmasından qısa vaxt keçməsinə baxmayaraq, qəzet öz işini layiqincə yerinə yetirmişdi.
 Xalqın maariflənməsi yolunda əkilən toxumlar öz bəhrəsini verdi, bu gün azad və suveren olmağımızda böyük xidmətləri olan ziyalılarımız yetişdi.
 Bəs, onda nəyə görə qəzet sayəsində gözləri açılan insanların qəzetə marağı niyə azalıb? Dövlətimizin xüsusi diqqət və qayğı göstərdiyi qəzetdə xalqın maariflənməsinə çalışan istedadlı qələm sahiblərimizin ağıllı məsləhətlərilə dolu yazılarının oxunmamasına səbəb nədir? Xalqı üçün çalışmayan, dövlətimizə mane olmağa çalışaraq, olmayan problemləri şişirdərək "qlobal məsələlər” kimi qələmə verənlər kimlərdir?
 Yaşadığımız zəmanədə tez-tez qarşılaşdığımız bu suallara o zaman cavab tapacağıq ki, dövlətimizə sığınaraq, onun qanunlarının aliliyinə güvənərək, dövlət xadimlərimizin dəyərli məsləhətlərindən nəticə çıxarmağı bacaracağıq. Qəzeti gözdən salıb, əvəzində dünyadan bixəbərlərin üstünü bərk-bərk örtən, dövlətin gözündən gizlənməyə çalışaraq əhali arasında süni narazılıq, hərc-mərclik yaratmaq sayəsində varlanan Zərdabi dövrünün ağa, bəylərinin aşının suyunu verəcəyik. Qəzet sayəsində o zaman tarimar olmuş kiçik padşahların sağ qalmış tör-töküntülərini elə yenə də qəzet vasitəsilə süpürüb layiq olduqları yerə atacağıq.
 Bu ali məqsədə nail olmaq üçün yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı dövlətimizin mənafeyinə xidmət edən qəzetlərdə dərc olunan məqalələri diqqətlə izləməlidir. Bu işdə, xüsusilə, gənclər fəal olmalıdırlar. Çünki ölkəmizin gələcəyi onlardan asılıdır, çünki məhz onların qəzetə olan marağı aşağı səviyyədədir. Qəzeti yalnız krossvord və ulduz falı üçün alan gənc başa düşürmü ki, öldürdüyü vaxt ərzində  okeanın o biri tayında onun əcnəbi həmyaşıdı krossvord həll etməyi bacaran robot üzərində işləyir. Yaxud da bəzi açıq-saçıq müğənnilərin gecə hansı rəng paltar geyindiyinin şəklini və siyasını dərc edən jurnalı əldə etmək üçün köşklərə qaçan gənclər anlayırmı ki, bir ildən sonra, hərbi xidmət zamanı səngərdə dayanarkən qarşı tərəf də silahını ona tuşlamış olacaq. Qarabağ müharibəsi zamanı zorla əsir götürülən qadınlarımızdan törəyən "yan” olacaq. Gecə-gündüz dayanmadan çılpaq yeri daha çox olan müğənnilərə göndərdiyiniz "sms”lər Qarabağımızın sülh yolu ilə geri qaytarılmasına kömək edə bilərmi, sanırsınız? Krossvord doldurmaqla özünü dahi hesab edən şəxs məcburi köçkünlərimizin həyat şəraitinin yaxşılaşdırılmasında və işsizliyin azaldılmasında dövlətimizə necə xeyir verə bilər?
 Qəzetin daimi izləyicisi olan şəxs hadisələrə düzgün münasibət göstərməyi öyrənir, ətrafında baş verən olaylara kiməsə böhtan atmaqla, yalan şaiyələrə inanıb yaymaqla deyil, dövlətin qanunlarına arxalanaraq öz hüquqlarını tələb etməklə təsir göstərir. Belə insanların birliyi və dövlətimizin köməyinə arxalanaraq cəmiyyətimizi qəzetdən uzaq salmaq istəyənlərin özlərini cəmiyyətdən uzaq salaq, xalqı xaosa sürükləmək istəyənlərin özlərini sürüyək, gələcəyimizi belələrindən təmizləyək.
 Qəzetin nə qədər faydalı bir informasiya vasitəsi olduğunu bilənlər bu yazımdan sonra buna bir daha əmin olacaqlar. Xalqın gözünü açan,  Azərbaycan dövlətinə xidmət edən, reallığı özündə əks etdirən qəzetə marağı olmayanlara, inkişaf edən dövlətimiz naminə çalışan qələm sahiblərinin yazılarını mənasız və gərəksiz hesab edənlərə H.Zərdabi irsinin davamçıları bunları deyir:
 "Qəhrəman millətim! Yatmayın, qalxın! Yatmaqla "qlobal problemlər” həll oluna bilməz. Onları həll etmək üçün ayıq olmaq və Prezidentimizin ətrafında sıx birləşmək lazımdır!”

Rahib KƏRİMLİ

"CARÇI” qəzeti, 22 iyul 2008-ci il


Oxunub: 1243






SON XƏBƏRLƏR

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim