reklam
USD
16 ℃
EUR
BAKI

Ayaz Qocamanovun seçicilərlə inamlı görüşləri davam edir

CANLI TV / 06.02.2020 00:43
Ayaz Qocamanovun seçicilərlə inamlı görüşləri davam edir




87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkilliyinə namizəd Ayaz Qocamanovun seçicilərlə görüşü, müəyyən maneçiliklərə baxmayaraq, müvəffəqiyyətlə davam edir. Gənc iqtisadçı və marketinq, iş adamı Ayaz Qocamanov görüş keçirdiyi kəndlərdə seçicilər tərəfindən rəğbət, ehtiram və izdihamla qarşılanır.

Yanvarın 25-də gənc namizədin Gəgəli, Ləngəbiz, Qəşəd və Bico-Keçdiməz kəndlərindəki görüşləri də maraqlı və məzmunlu olub.
Əvvəlcə Gəgəli kəndində baş tutan görüşdə namizəd seçki platformasından çıxış edib. A.Qocamanov seçicilərin dəstəyini alacağı təqdirdə, gəgəlilərin sosial-iqtisadi problemlərinin, kənd təsərrüfatilə bağlı çətinliklərinin aradan qaldırılmasında yaxından iştirak edəcəyinə söz verib. Sonra çıxış edən kənd sakinləri, ağsaqqallar Gəgəli kəndinin mövcud problemlərini dilə gətiriblər. Qeyd olunub ki, kəndin ən vacib problemi içməli suyun çatışmazlığıdır.
Çıxışlarında seçicilər xüsusilə vurğulayıblar ki, bizə Milli Məclisdə mürgü vuran, lal və öz gəlirlərini artırmaq üçün çalışan deputat lazım deyil.

Sonra görüş Ləngəbiz kəndində ləngəbizlilərlə davam edib. Şəffaflığa inanaraq, Ayaz Qocamanovun görüşünə toplaşan ləngəbizliləri də namizəd özü öz platforması ilə tanış edib. Millət vəkilliyinə namizəd bildirib ki, O, bu seçkilərə şərəf və vicdanını, təkbaşına qazandığı nailiyyətləri əldə bayraq edərək qatılıb. Əhali işsizliyin, min bir əziyyətlə əldə etdikləri məhsulların ucuz qiymətə alınmasının onlararın güzəranına mənfi təsir göstərdiyini qeyd edib. A. Qocamanov da öz növbəsində, seçiləcəyi təqdirdə, ləngəbizlilərin yaşam problemlərinin hüquqi baxımdan həllini maksimum qabardacağını bəyanlayıb.

Qəşəd kəndində də namizədin görüşünə xeyli insan cəmləşib. Namizədin seçki platforması ilə ətraflı tanış olan Qəşəd seçiciləri Ayaz Qocamanovun seçki prosesindəki çıxışlarını sosial şəbəkələrdən izlədiklərini, ona qarşı inam hissinin formalaşdığını açıqlayıblar. Qəşədlilər bildiriblər ki, kəndarası yollardakı narahatlıqlar, işıq dirəklərinin köhnəliyindən yaranan çətinliklər və işsizlik onların da başlıca problemidir. Namizəd, deputat seçilərsə, bu məsələlərin Parlamentdə mütləq səsləndiriləcəyinə və həllinə çalışacağına vəd verib.

Həmin gün Ayaz Qocamanovun sonuncu görüşü Bico və Keçdiməz kənd seçiciləri ilə olub. Bico kəndində geniş baş tutan görüşdə də Ayaz Qocamanovun çıxışı alqışlarla qarşılanıb. Camaat arasından bir neçə nəfər kəndin hazırkı problemlərindən danışıb. Vurğulanıb ki, Bico kəndində örüş sahələrinin müxtəlif illərdə uzunillik müqavilələrlə satılması ən ağrılı yerdi. Eləcə də, Bico və Keçdiməz camaatının məhsullarının vaxt başında əllərində qalması onların yaşayışına çox mənfi təsirlər göstərir. O da qeyd edilib ki:
Keçdiməz kəndinin yolları bərbad vəziyyətdədi; kəndin transformatoru kiçik tutumlu olduğundan, verilən enerji çox zəifdir; Bico kəndinin əksər yolları keçilməzdi; Biconun yarı hissəsində içməli su çətinliyi var; hər iki kənddə işsizlik hökm sürür və s.

Deputatlığa namizəd A. Qocamanov çıxışların nəticəsi olaraq bildirib ki, millət vəkili olacağı təqdirdə sadalanan problemlərin həll olunması üçün var qüvvəsi ilə hüquqlarından istifadə edəcək. Bico və Qəşəd kəndlərində vaxtilə böyük şöhrət qazanmış xalçaçılıq peşəsinin yenidən dirçəldiləcəyinə də söz verən namizəd, həmişə seçicilərin yanında olacağını qeyd edib.

Ayaz Qocamanov Ağsunun yeganə aprel Şəhidi olan, gizir Toğrul Fərəczadənin ev muzeyində də olub. Şəhidin büstünün önünə qərənfillər düzən namizəd, Onun adına açılmış Xatirə Kitabına ürək sözlərini yazıb. Daha sonra aprel Şəhidinin Bico kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, məzarın üzərinə güllər düzülüb və Şəhidin ruhuna dualar oxunub.

carciTV


Oxunub: 628






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim