reklam
USD
17 ℃
EUR
BAKI

ƏBƏDİYYAT SİMVOLU - MÜƏLLİM ÖMRÜ

CANLI TV / 07.02.2020 21:40
ƏBƏDİYYAT SİMVOLU - MÜƏLLİM ÖMRÜ

"carci TV" Respublikanın Əməkdar müəllimi Yaşar Qarayevin qələmə aldığı, Bico kənd Tam Orta Məktəbinin müəllimi olmuş, mərhum Aqil Mirzəyev haqqında "Bico.az"-da dərc olunan yazısını təqdim edir:

10 fevral – Böyük ziyalı, ustad müəllim, qayğıkeş insan, dünya tarixinin və mədəniyyətinin dərin bilicisi, qeyri-adi zəka sahibi, Azərbaycan aydınlarının bütün müsbət xüsusiyyətlərini özündə birləşdirən Aqil müəllimin dünyaya göz açdığı günüdür.
------------------------
Aqil Canalı oğlu Mirzəyev 1953-cü ilin 10 fevralında ölkəmizdə ziyalılar ailəsi kimi yaxşı tanınan Canalı müəllimin və Ziba xanımın ailəsində dünyaya göz açdı.

1960-1970-ci illərdə təhsil aldığı Bico kənd orta məktəbində o dövrün azman, hər biri "yeriyən məktəb” olan müəllimlərinin hamısının sevimlisi oldu.

1970-ci ildə A.Mirzəyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakultəsinə yüksək balla qəbul edildi.

Qaynar tələbəlik həyatı, qiymət kitabçasını bəzəyən "əla”lar...

İti yaddaşı, geniş erudisiyası , gərgin və ardıcıl mütaliəsi, məntiqi muhakimələri, ən başlıcası isə gözəl nitq qabiliyyəti onu bütün universitet müəllimlərinin və tələbə yoldaşlarının sevimlisi etdi. Universiteti bitirdikdə onu müxtəlif kafedralara dəvət etsələr də, nədənsə doğma kəndini–Bico kənd orta məktəbini seçdi.
İşlədiyi qısa müddət ərzində rayonun və respublikanın ən tanınmış müəllimlərindən olan Aqil Mirzəyev şagirdləri üçün nümunəyə çevrildi.
İştirak etdiyi respublika səviyyəli elmi-praktiki, elmi-pedaqoji konfranslarda daim mukafatlara laiq görüldü.

O yaxşı müəllim, gözəl ziyalı olmaqla yanaşı daim yaşadığı Bico kəndinin sosial problemlərini respublika səviyyəsinə qaldırıb onların həllinə nail olurdu.
Belə insanlar haqqında yazanda və danışanda qəbul olunmuş bir düstur vardır:

"Belələri haqqında yazmaq və danışmaq asan, qurtarmaq isə çətindir.”

60 il bundan öncə birinci sinfə qədəm qoyduğum, əziz sinif yoldaşım, çiyin-çiyinə Bico kənd Orta Məktəbində dostluq və yoldaşlıq edərək "tonlarla" çörək yediyim əziz qardaşım Aqil müəllim! Artıq 12 ildir ki, sən sıralarımızda yoxsan.
Ömrümüzdən keçən hər anda, hər dəqiqədə özünəməxsus böyük yerin görünür, səni sevənlərin, tanıyanların hər birinin qəlbindəsən.

Həmişə Siseronun "Qocalıq haqqında traktat” əsərindən aşağıdakı misraları deyərdi:

*Güclə yox dalbadal damcılamaqla,
*Deşir su damlası bərk daşları da.
*İnsan da güclə yox, çox oxumaqla,
*Axır alim olub yetir murada.

Hələ indi də inanmıram ki, Azərbaycanda hansısa bir aktyor, ədəbiyyatçı, ədəbiyyatşünas, şair Aqil müəllim qədər 650-illiyini qeyd etdiyimiz İmaddədin Nəsiminin şeirlərini əzbərdən saatlarla deyə bilsin. Aqil müəllimin üstünlüyü həm də onda idi ki, o "Qurani-Kərimi”i dərindən bilir, onu ərəbcədən oxuyurdu.

Sən cəmi 55 il yaşadın. 2008-ci ilin 17 iyulunda bu dünya ilə vidalaşaraq əbədi həyata qovuşdun. Ancaq hamımız bilirdik ki, səndən sonra balalarının qayğısına qalacaq Pəri xanım kimi həyat yoldaşın, sədaqətli, gözəl balaların var.
O Pəri xanım ki, Azərbaycan analığının , şərəfinin, ismətinin simvoludur.

Yaşadığın 55 illik ömrünün, özün dediyin kimi, bir qərinəsini – 33 ilini xalq maarifinə həsr etdin. Dəfələrlə "Respublika Pedaqoji Mühazirələri”nin qalibi oldun, Azərbaycan Respublikasının "Qabaqcıl Maarif Xadimi” adına laiq görüldün. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olundun.

Sözlərimi Aqil müəllimin sevdiyi şeirlərdən biri olan və həmişə təkralamağı sevdiyi "Axtaracaqsan” şeiri ilə bitirirəm.

... Daş olub yoluna düzüləcəyəm,
Yaş olub gözündən süzüləcəyəm,
Sənə yanıq verib, tez öləcəyəm,
Onda zülüm-zülüm axtaracaqsan!

Hörmətlə:
Səni daim yaşar bilən, dostun Yaşar Qarayev

REDAKSİYADAN: Həyatda şərəfli ömür yaşayan əziz müəllimimiz Aqil Mirzəyevə Allahdan rəhmət diləyirik. Bizim sinfin şagirdləri ilə xatirə olaraq şəkil çəkdirən cənnətməkan MÜƏLLİMİMİZin qəbri nurla dolsun! Biz sizin şərəfli yolunuzun davamçıları olaraq həmişə sizi anır və hörmətlə yad edirik. Çox sağ ol, əzizimiz Yaşar müəllim. Nə yaxşı ki, varsınız keçmiş xatirələri yadımıza saldız... Allah sizi bizə çox görməsin. AMİN!

Müqəddəs müəllim adınıza hörmətlə, Rahib Kərimli


Oxunub: 1409






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim