reklam
USD
3 ℃
EUR
BAKI

Azərbaycanlı qız erməni ilə evləndi

CANLI TV / 10.02.2020 18:27
Azərbaycanlı qız erməni ilə evləndi



"Həqiqətlə üz-üzə qalanda dəhşətə gəldim”. Bu sözləri erməni ailəsinə satılan azərbaycanlı qızı Narina deyib.

carciTV xəbər verir ki, 33 yaşlı Narina doğma valideynlərini tapmaq üçün Xoşqədəm Hidayətqızının "Səni axtarıram” proqramına müraciət edib.

Narina uşaqlıq və gənclik illərinin Ermənistanda keçdiyini deyir:

"Adım Narinadır. Uşaqlıq illərim Yerevanda keçib. Məni dünyaya gətirən anaya "Sənin övladın ölüb”, – deyib, məni isə bəxşiş müqabilində anama veriblər. Həmin həkimin köməyilə 1 günün içində sənədlərim düzəldilib, Yerevana aparılmışam. Məni övladlığa götürən anama doğma valideynlərim haqqında heç nə deməyiblər.

Orta məktəbi bitirdikdən sonra valideynlərimin təkidi ilə Ermənistanın paytaxtında universitetə qəbul oldum. Məcbur qalıb Dağlıq Qarabağda yaşayan şagirdlərə erməni dilindən dərs dedim. Erməni oğlanla ailə qurdum, iki övladım var.

Həqiqəti biləndən sonra bütün instansiyalara məktub yazdım. Anam təkidlə məni inandırmağa çalışırdı ki, bir gün onları tapacaq, biz bir gün mütləq görüşəcəyik. Sonra başa düşdüm ki, bütün bunlar sadəcə boş ümidlər imiş. Onların bir məqsədi vardı, məni erməni olduğuma inandırmaq. Mən isə bunu heç cür qəbul edə bilmirdim. Baxmayaraq ki, bütün millətlərə hörmətim var, nədənsə, bu ölkədə özümü yad hesab edirdim.

Bir müddət sonra orada yaşaya bilməyəcəyimi anlayıb Ermənistanı tərk edib xaricə köçdüm. Özümə çoxlu azərbaycanlı dost tapdım. Onların əhatəsində özümü çox yaxşı hiss edirəm.

Sizin verilişiniz haqqında məlumatı da elə o dostlarım mənə dedi. İnanıram ki, sizin veriliş vasitəsilə bioloji valideynlərimi tapacam. Ən böyük arzum isə anamı tapmaq, ona sarılaraq "sənin balan ölməyib, bu illər ərzində sən aldanaraq yaşamısan” deməkdir. İnanıram ki, bu görüş sizin verilişinizin növbəti uğuru olacaqdır”.

Narina 1 fevral 1988-ci ildə Gəncədə azərbaycanlı ailəsində doğulub. Həkim ailəyə uşağın ölü doğulduğunu deyir və uşağı erməni ailəsinə satır. Bir günün içində sənədlər düzəldilərək Ermənistana aparılıb. Narina Ağdamın Abdal Gülablı kəndində yaşayıb. Bu kənddə müəllim işləyib, erməni uşaqlarına dərs deyib. Azərbaycanlı olduğunu 12-13 yaşlarında öyrənib. Amma artıq gec idi. Erməni ailəsində böyüyürdü. Bir erməni oğlanla ailə qurub, uşaqları doğulub. Hazırda öz valideynlərini axtarmaq üçün oranı tərk edib.


Oxunub: 881






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim