reklam
USD
18 ℃
EUR
BAKI

Zakir Fərəcov Sumqayıtda fəhlələri “ayağa qaldırır”

XƏBƏR / 11.02.2020 22:28
Zakir Fərəcov Sumqayıtda fəhlələri "ayağa qaldırır”



Zakir Fərəcov Sumqayıtda fəhlələri "ayağa qaldırır”Son günlər bəzi media qurumlarında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı, daha çox qalmaqallı məsələlərdə hallanmaqdadır. Bunu zəruri edən çoxsaylı səbəblər var ki, həmin səbəblərdən biri də "A.V.Conctruction” şirkəti ilə Sumqayıt şəhər İcra Hakimiyyəti arasında əmələ gələn ciddi narazılığın varlığıdır. Belə ki, şəhərin giriş hissəsinin və Bulvarının tikintisini həyata keçirmək məqsədilə, ilk əvvəl ŞİH-i ilə şirkət arasında qanuni əsaslarla müqavilə imzalanır və müqavilənin şərtinə görə, görüləcək işlərin bir il ərzində başa çatdırılması nəzərdə tutulur. Buna baxmayaraq, şirkət tərəfi üzərinə götürdüyü işləri altı ay ərzində başa çatdırır və görülmüş işlərə mütəxəssislər tərəfindən müsbət rəy də verilir. Görüləcək işlərin tam şəkildə başa çatdırılması üçün 12 milyon vəsait ayrılır. İşlərin həyata keçirildiyi müddət ərzində isə, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şirkətə cəmi 4 milyon vəsait ödənilir. Bu da tələb olunan vəsaitin və görülən işlərin smetasının heç 1/3-də etmir. Məsələnin təəccüb doğuran tərəfi odur ki, "A.V.Conctruction” şirkəti üzərinə götürdüyü layihə proqramını tam şəkildə və yüksək keyfiyyətlə başa çatdırsa da, artıq 3 ildən çoxdur ki, ŞİH şirkətə odəməli olduğu 8 milyondan bir qədər çox olan pul vəsaitini ödəmir.

"A.V.Conctruction” şirkətindən əldə etdiyimiz məlumatlara görə, həmin pul vəsaiti həm nəğd şəklində alınmış materialların ödənişinə, həm də işlərin görülməsində zəhmət olan fəhlə və işçilərə verilməlidir. Buna baxmayaraq, Zakir Fərəcov hələ də 8 milyondan bir qədər çox olan pul vəsaitini şirkətə ödəmək fikirində deyil. Şirkət tərəfi isə qeyd edir ki, "dəfələrlə şəhər rəhbərliyi ilə görüşmək və problemi dinc şəkildə qaydaya salmaq istəsək də, hər dəfə Zakir Fərəcov minbir bəhanələrlə görüşməkdən boyun qaçırıb. Biz fəhlələri üç ildir ki, birtəhər sakitləşdirə bilirik və artıq elə bir vəziyyət yaranıb ki, onları hansısa vədlərə inandıra bilmirik. Biz başa düşürük ki, onların xəstəsi var, banka kredit pulu ödəyəni var vədigər problemləri olanlar var. Biz fəhlələri başa düşsək də, Zakir Fərəcov nə bizi, nə də ki, fəhlələri başa düşmək istəmir. Tərəfimizdən görülmüş işlərlə bağlı lazımi sənəd-sübutlarımız və ŞİH-i tərəfindən ödənilmiş pulların ödəniş qəbzləri də var. Son anda problemin qaydaya salınması üçün hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etməli olacağıq. Çünki, başqa çıxış yolumuz yoxdur.

Bütün bunlar da onu göstərir ki, Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2015-ci il tarixili Sərəncamı əsasında, Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyin olunan Zakir Fərəcov, bu gün də öz çirkin əməllərindən əl çəkmir. Yəni, Zakir Fərəcov bu şəhərə başçı təyin olunduqdan bir qədər sonra, onun həyata keçirdiyi iyrənc idarəçiliyə qarşı kütləvi narazılıqlar baş qaldırmağa başladı. Bütün bunların da kökündə, icra başçısının şəhər ərazisində müəyyən layihə proqramlarını həyata keçirən sahibkarların, şirkətlərin, ayrı-ayrı iş adamlarını və s. "üzərinə yeriməsi”, onları minbir oyun qaydaları ilə üz-üzə qoyması oldu.

Xüsusi vurğulanası hal odur ki, Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyin olunduğu ilk gündən indiyə kimi, dəfələrlə şəhərin büdcəsinə milyonlarla vəsaitlər ayrılıb. Buna baxmayaraq, şəhər rəhbərliyi ayrılmış vəsaitlərlə şəhərin problemlərini həll etmək əvəzinə, əksinə çoxsaylı problemlər yaratmaqla məşğul olub. Hər kəs o haqda da məlumatlıdır ki, Zakir Fərəcov bu gün də iştahasını heç cür cilovlaya bilmir. Yəni, adı çəkilən bu şəxs daşıdığı vəzifəsinin imkanlarından yararlanaraq, şəhər ərazisində fəaliyyət göstərən əksər şadlıq saraylarından, iri marketlərdən, tikinti şirkətlərindən, bir çox ictimai-iaşə müəssisələrindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən və s. "xərac yığdırmaq”la məşğul olur. İndiyə kimi Zakir Fərəcovun belə bir özbaşınalıqları ilə bağlı bir sıra mətbu orqanlarda silsilə tənqidi açıqlamalar dərc olunsa da, nədənsə ona bu gün də bir kimsə "qaşın üstə qara var” demir. Hal-hazırda bu şəhərdə elə bir ab-hava hökm sürür, elə bir idarəçilik həyata keçirilir ki, Zakir Fərəcovun icazəsi olmadan, bir kimsə hansısa addımını ata bilməz. Bütün bunların nəticəsidir ki, 2005-ci ildən əvvəllər də müxtəlif vəzifələri daşımış, 2005-ci ildən 2015-ci ilə kimi Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, 2015-ci ildən indiyə kimi isə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Zakir Fərcovun əldə etdiyi var-dövlətin həcmi milyonlarla deyil, milyardlarla ölçülür. Çünki, bu şəxs harada hansı vəzifəsini daşıyıbsa, hər zaman daşıdığı vəzifəsinin imkanlarından sui-istifadə edib və özü üçün var-dövlət də qazanıb. Yəni uzun müddətdir ki, əksər media qurumlarında, sosial şəbəkələrdə Zakir Fərəcovun sahib olduğu əmlakların siyahısı yayımlanır və hər həsin bu yöndə məlumatlı olması üçün çağırışlar da edilir. Bir anlığa diqqət yetirək ki, bu şəxsin sahib olduğu var-dövlət, bəlkə də böyük bir qəsəbə sakinlərinin sahib olduqları var-dövlətdən bir neçə dəfə çoxdur. Odur ki, Zakir Fərəcovun sahib olduğu əmlakların siyahısını bir daha hər kəsin diqqətinə çatdırırıq.

RESTORAN və OBYEKTLƏR

Sumqayıtda "Şahənə” şadıq sarayı
Novxanıda dəniz kənarında "Kalyon” restoranı
Yeni Bulvar ərazisində "Dəniz” restoranı
Sumqayıtın girişində OS- OİL
Sumqayıtda "İST” petrol (50% onundur)
Sumqayıtda "Səda Store”
13-cü mikr-da "Qold Qayalı” super ticarət şəbəkəsi (50% şərik)
Sumqayıt bulvarına bitişik yaşayış massivi
Kuşadasında "Norf” adı altında "Bistro” kafesi, sushi və balıq restoranı
Sumqayıtın 44-cü məhəlləsində "NORF” adlı şirəli içkilər istehsalı
Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı
Qızının idarə etdiyi "UVENTA” gözəllik salonu, eyni adlı estetik mərkəzi
"Kimyaçılar” sarayı qarşısındakı "Zəfəran” restoranı

MƏNZİL və VİLLALAR

Qurd dərəsi və Novxanı bağlarında 6 villası
Corat kəndində 1 villası
İzmirin Kuşadasında villası
Sumqayıt 29-cu məh, ev 17/18, mən-6 ünvanındamənzil
Binəqədirayonu, Musabəyovküç. 20 ünvanında mənzil
Sumqayıtın 21-c imikrorayonunda qızlarına məxsus 3 villa
Novxanıda hektarlarla bağ sahəsi
Zakir həm də tikinti maqnatıdır. Saray kəndiilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.

ŞİRKƏTLƏR

"Əsnayə MMC" şirkəti (kürəkəni Əkrəmindir)
"LC-2008 MMC" şirkəti (kürəkəni Müşviqindir)
"RAMİL-2000" Fərdi Firması (kürəkəni Müşviqindir)
"Ruslan-S” tikinti şirkəti (qardaşı oğlunundur)
Əslində İradə Gülməmmədovaya məxsus biznesin 90%-i Zakir Fərəcova da məxsusdur.

Bütün bunlardan əlavə, Zakir Fərəcov hakimiyyətin müəyyən sütunlarında aparıcı vəzifə sahibi olan şəxslərlə bu və ya digər formada bağlı olduğundan, o, bir növ toxunulmazlıq status əldə etmiş vəzifə sahibinə çevrilib. İndi isə, bu şəxsin vəzifə sahibi olan şəxslərlə hansı yollarla bağlı olduğu siyahını sizlərə təqdim edirik.

QOHUMLUQLAR:

Qardaşı oğlu Nizami rayon prokurorunun müavini Pərvin Fərəcov

Bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin işçisi Elgiz Fərəcov

Bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məhəmməd Həsənov

Qudası Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə

Qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı

Kürəkəni Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı.

Qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyev

Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşfiq Quliyev

Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov biznesmendir. "NORF” adlı içkilər buraxır, Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.
(Xeberfakt.az)

carciTV


Oxunub: 831






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim