reklam
USD
6 ℃
EUR
BAKI

Almaniyada professor elmi adını qazanmış ilk azərbaycanlı alim

XƏBƏR / 18.02.2020 19:55
Almaniyada professor elmi adını qazanmış ilk azərbaycanlı alim



Uzun müddət AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmiş Pərvanə Hacıyeva Almaniyada elm sahəsində çalışan həmvətənlərimiz arasında professor elmi adına layiq görülən ilk azərbaycanlıdır. Bu barədə AMEA-dan məlumat verilib.

Qeyd olunur ki, o, Almaniyanın Hamburq Universitetinin Tibb fakültəsinin biokimya üzrə professoru, eyni zamanda, Alman Mitoxondrial Xəstəliklər Birliyində mütəxəssislər qrupunun və Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin üzvüdür.

P.Hacıyeva 1991-1996-cı illərdə Bakı Dövlət Universitetində tibbi biologiya ixtisası üzrə təhsil alıb. AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan alim burada elmi tədqiqat layihələri üzərində işləyib. O, 1998-ci ildə İtaliyanın Florensiya şəhərində yerləşən Nüvə Maqnit Rezonansı Mərkəzində doktoranturaya daxil olub və professor İvano Bertininin rəhbərliyi altında metal proteinlərin struktur-bioloji araşdırmasını aparıb.

Alim 2000-ci ildə Florensiya Universitetində "Təbii və modifikasiya olunmuş sitoxromların struktur və çeviklik xassələri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2001-ci ildə Florensiya Universitetinin Kimya fakültəsinin nəzdində olan Nüvə Maqnit Rezonansı Mərkəzində elmi işçi kimi fəaliyyətə başlayıb. 2001-2002-ci illərdə elmi fəaliyyətini Münxen şəhərində yerləşən Maks Plank Elmi-Tədqiqat Cəmiyyətinin Psixiatriya İnstitutunda davam etdirən P.Hacıyeva qocalma prosesində hüceyrələrdə baş verən dəyişikliklərlə bağlı tədqiqatlar üzərində işləyib. Onun tədqiqatlarının əsas istiqamətini sinir sistemindəki neyronların qocalması prosesi təşkil edir.

P.Hacıyeva 2002-ci ildə Almaniyanın Mayns Tibb Universitetinin Fizioloji Kimya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 2006-cı ildə bu universitetin Patobiokimya İnstitutunda "Oksidativ stress, antioksidantlar və mitofagiya” adlı elmi işçi qrupunu yaradıb. O, rəhbərlik etdiyi qrupda biokimya sahəsində mövcud problemlərin dərindən araşdırılması, eləcə də müxtəlif istiqamətlərdə görülən elmi layihələrin koordinasiyası ilə məşğul olub.

Alim 2016-cı ildə Mayns Tibb Universitetində biokimya sahəsi üzrə hazırladığı dissertasiya işini müdafiə edib və biokimya üzrə "venia legendi” elmi adına layiq görülüb. P.Hacıyeva həmin universitetin Tibb fakültəsində biokimya üzrə professor adını qazanaraq, hüceyrənin adaptasiya və metobalizmi üzrə elmi tədqiqat qrupunu yaradıb. O, tələbələrə müalicə işi fənni üzrə mühazirələr oxuyur, biologiya, kimya, əczaçılıq fənləri üzrə yerinə yetirilən elmi işlərə rəhbərlik edir.

P.Hacıyeva hazırda tibb sahəsində müxtəlif beynəlxalq jurnalların rəyçisidir. İngilis, alman, italyan və rus dillərini mükəmməl bilən alim elmi yaradıcılığı ilə yanaşı, poliqlot kimi də tanınır.


Oxunub: 1606






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim