reklam
USD
22 ℃
EUR
BAKI

DƏHŞƏTLİ FƏLAKƏT

CANLI TV / 18.02.2020 23:34
DƏHŞƏTLİ FƏLAKƏT


Yanvarın 31-dən etibarən yağan güclü qar səbəbilə İranın Ərdəbil və Şərqi Azərbaycan əyalətlərində əhali böyük problemlə qarşılaşıb.

carciTV xəbər verir ki, bu sözləri Güney Azərbaycan və İranın gündəm məsələləri üzrə mütəxəssis Mehdi Nəimi Güneydə həftələrdir davam edən sərt hava şəraiti ilə bağlı Axar.az-a danışarkən deyib. O bildirib ki, qar nəticəsində bağlanan kənd yollarının böyük hissəsini sakinlər açıb:
 
"Qar nəticəsində Ərdəbildə təxminən 819, Şərqi Azərbaycanda isə 1500 kəndin yolu bağlandı. Millətin yardımı ilə Ərdəbildə 475 kəndin yolu açılsa da, 344 kəndin yolu hələ də bağlıdır. Dövlət bildirir ki, yolların açılması üçün dəstək göndərir, amma göndərilən yardım ünvana çatmır. Dövlətin göndərdiyi yardım ya heç bir işə yaramır, ya da cüzi dəyişikliyə səbəb olur. Bu səbəbdən insanlar özləri başlarına çarə qılmağa, yalın əlləri ilə yolu açmağa çalışırlar. Şərqi Azərbaycanda yolları bağlı olan 1500 kəndin böyük bir hissəsində problem aradan qaldırılsa da, alınan son məlumatlara görə, hələ 400 kəndin yolu bağlıdır”.

M.Nəimi vurğulayıb ki, yolla bağlı lazımi struktur qurulmadığı üçün belə vəziyyət yaranıb:

"Əgər yenə qar yağsa, yolları bağlanan kəndlər çoxala bilər. Güclü qarın yağması səbəbindən yolların bağlanması təbii bir prosedur olsa da, məsələnin başqa yönü də var. Sözügedən bölgələr Güney Azərbaycan coğrafiyasına daxil olduğu üçün burada dövlət tərəfindən struktur qurulmayıb. Cüzi miqdarda qar yağan kimi sular donur, təbii qaz və işıqlar kəsilir, insanlar həyatdan təcrid olur, beləliklə göndərilən yardım da ünvana çatmır. Dövlət müxtəlif yollarla, məsələn, helikopterlərlə yardım göndərə bilər, amma bu, nadir hallarda olur. Mindən çox kəndin yolu bağlanarsa, təbii ki, ona 1-2 helikopterlə kömək etmək olmayacaq.

Dəstək gözləyən zərərçəkənlərə idmançıların böyük dəstəyi olub. Onlar bacardıqları qədər ehtiyacı olanları çörəklə təmin etməyə çalışıblar. Ancaq bu, nə vaxta qədər davam edəcək? İnsanlar yardım göstərməyə çalışırlar, amma bu, problemin həlli yolu deyil”.
 
İran Prezidentinin köməkçisi Məmməd Bağır Növbəxtin yaranmış problemlə bağlı öz bölgəsinə səfər etdiyini qeyd edən M.Nəimi onun azərbaycanlılar yaşayan əraziyə dəstək verəcəyi ilə bağlı vədinin sözdə qaldığını vurğulayıb:

"Prezidentin köməkçisi, hansı ki, o, ölkənin büdcəsindən məsuldur, öz bölgəsinə – Gilana getdi. Gilana da qar yağmışdı. O, bölgəsinin problemi ilə yaxından maraqlansa da, qonşuluqda yerləşən Ərdəbilə gəlmədi. Bildirdi ki, Ərdəbildəki problemi nəzarətdə saxlayır və əlindən gələni edəcək. Amma bu vəd də sözdə qaldı. Bu ögey münasibət istər-istəməz Azərbaycan türklərinə qarşı ayrı-seçkilik edildiyini düşünməyə əsas verir”.

Qeyd edək ki, uzun müddətdir yağan güclü qar Güney Azərbaycanın bir çox yerlərində, o cümlədən, kəskin hava şəraiti ilə seçilən Ərdəbildə həyatı iflic edib. Bəzi bölgələrdə qarın hündürlüyü 4 metrə çatıb. Hava durumu ilə əlaqədar məktəblərdə tətil elan edilib. Dünən qar uçqunu nəticəsində Xalxal-Əsalim yolunun bağlanması ilə narahatlıq daha da artıb.


Oxunub: 702






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim