reklam
USD
10 ℃
EUR
BAKI

Azərbaycan Prezidenti öz ölkəsinin maraqlarını qətiyyətlə müdafiə edən Liderdir

MÜSAHİBƏ / 21.02.2020 22:36
Azərbaycan Prezidenti öz ölkəsinin maraqlarını qətiyyətlə müdafiə edən Liderdir



Müsahibimiz "Azərsu" ASC-nin Müştəri Xidmətləri şöbəsinin rəisi Urfan İmanovdur.


Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol Onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiirlir. Ötən illər sübut edir ki, bu yol ən doğru yoldur. İndi Azərbaycanımız dünyanın hər yerindən görünür, Prezidentimiz hər yerdə yüksək qarşılanır, xalqımız tərəfindən sevilir. Dövlətimizin başçısı xalqin maddi rifahının yaxşılaşmasında, ölkəmizin hərtərəfli inkişafında şərəflə xidmət edir.

Dövrünün görkəmli siyasi liderlərindən biri kimi cənab İlham Əliyev zəmanəsinin böyük ideya adamlarındandır. Dünyanın, mədəniyyətin, düşüncənin, insanın mənəvi kamilliyinin gücü ilə xilasına, bəşəriyyətdə sülh və rifahın bərqərar olmasının mümkünlüyünə inanan və Özü də bu məram uğrunda çalışan mütəfəkkir şəxsiyyətlərdəndir. Elə bu məramla da cənab İlham Əliyev Azərbaycanda həyata keçirilən elm, mədəniyyət, idman tədbirlərini dövrümüzün xoş intibah reallıqlarına çevirib. Məhz cənab İlham Əliyevin yürütdüyü nəticəsində Azərbaycan bu gün dünyada sülh və sabitlik məkanı, tolerantlıq ünvanı, mədəniyyətlərin təmas yeri kimi tanınır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq humanitar layihələr dövlətin bu sahədə yürütdüyü siyasətə böyük töhfələr verir. Ölkəmiz tarixən bu torpaqlarda mövcud olmuş tolerantlıq ənənələrini, fərqli mədəniyyətlərə hörmət ruhunu bütün dünyada təşviq edir. Bu gün Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır.
Son olaraq bir daha vurğulamaq istərdim ki, əldə edilən hər bir nailiyyətin, hər bir uğurun təməlində ulu öndər Heydər Əliyev ideologiyası və bu ideologiyanı uğurla davam etdirən Prezident İlham Əliyev şəxsiyyəti dayanır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda cənab Prezident bildirir ki, əhalinin içməli su təminatı daim diqqətdə olan məsələdir və bu istiqamətində böyük işlər görülüb, uğurlu nəticələr əldə olunub.

Möhtərəm Prezident İlham Əliyevin "Azərsu” ASC-nin qarşısında qoyduğu əsas tapşırıqlardan biri bütün ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin olunmasıdır. Bu tapşırıqlara uyğun olaraq "Azərsu” ASC tərəfindən regionlarda içməli suyun fiziki-kimyəvi və mikrobioloji analizi məqsədilə regional laboratoriyaların təşkilinə başlanıb. Qeyd edim ki, son illər bölgələrdə yeni su mənbələrinin və su təchizatı infrastrukturlarının istifadəyə verilməsi, həmçinin modul tipli sutəmizləyici qurğuların xidmətimizə verilməsi Mərkəzi Laboratoriyanın yükünü bir qədər artırıb. Düzdür, istənilən ərazidə analizlər aparmaq üçün səyyar laboratoriyalarımız mövcuddur. Ancaq məsafənin böyük olması, su mənbələrinin sayının gündən-günə artması regional laboratoriyaların yaradılmasını zəruri edir. Qeyd edim ki, Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə etməklə ölkə üzrə 9 regional laboratoriya yaradılıb. Artıq regional laboratoriyamız lazımi cihaz və avadanlıqlarla, həmçinin reagentlərlə təmin olunub. Burada çalışan işçilərin peşəkarlığının artırılması məqsədilə mütəmadi təlim və treninqlər təşkil edilir. Tam əminliklə demək olar ki, hazırda respublikamızın istənilən yerində analizlərin aparılması üçün  texniki imkanlar mövcudur. 

Laboratoriyaların coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də daim nəzarətdə saxlamaq mümkündür.
2020-ci ildə müştəri xidmətləri sahəsində də ciddi işlər aparılacaq. Abonentlərin bu xidmətlərdən maksimum istifadə etməsi üçün başladığımız tədbirlərin icrası davam etdiriləcək. 

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə hesablanmış içməli su və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə icrası məqsədilə  "Azərsu” ASC-nin çoxminli kollektivi 2020-ci ildə də var qüvvəsi ilə çalışacaq və memarı Ulu öndər Heydər Əliyev olan sosial siyasətə öz töhfəsini verəcəkdir. 

Biz əminik ki, Ulu Öndərin başladığı və nəzərdə tutduğu bütün işlər Möhtərəm Prezidentimizin rəhbərliyi altında müvəffəqiyyətlə başa çatdırılacaqdır. Xalqımızın ağrılı yeri olan Dağlıq Qarabağ probleminin də yaxın vaxtlarda həll ediləcəyinə əminik.


Oxunub: 362






SON XƏBƏRLƏR

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 DSMF Malayziyada iki beynəlxalq ali mükafata layiq görülüb

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image

15:26 Sərçə. Məryəm ƏLİYEVA

Product image

15:10 Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim