reklam
USD
17 ℃
EUR
BAKI

Harada və necə çəkiliş aparmaq olar? - Qanun nə deyir?

REPORTAJ / 22.02.2020 23:57
Harada və necə çəkiliş aparmaq olar? - Qanun nə deyir?



İctimai-siyasi proses və hadisələrin videogörüntüyə alınması ciddi müzakirəyə çevrilib.

Qanunvericilikdə şəxsi həyata müdaxilə istisna olunmaqla, bununla bağlı hər hansı qadağanın olub-olmaması maraq doğurur. Belə müzakirələr 9 fevral növbədənkənar parlament seçkisindən sonra daha aktiv müzakirəyə çıxarılıb. Seçki məntəqələrində çəkilən görüntülər sosial şəbəkələrdə yayılır, Mərkəzi Seçki Komissiyası tərəfindən yüzlərlə görüntü araşdırılır.

Seçki Məcəlləsində məntəqələrdə müşahidəçi, media mənsubları və ya seçicilərin prosesdə baş verən hər hansı pozuntunu görüntüyə alması barədə qadağa yer almayıb. Dəfələrlə bu məsələyə toxunan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov əslində sosial şəbəkələrdə seçki pozuntuları ilə bağlı yayılan görüntülərin qurumun işinə çox yardımçı olduğunu bildirib.

Ümumiyyətlə, ictimai proses və hadisələrdə istənilən şəxsin baş verən hər hansı halı görüntüyə almasına qadağa varmı? Qanunvericilikdə bu məsələ necə tənzimlənir?

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında məsələni belə izah edib:

"Son zamanlar çox müzakirə olunan görüntülərə, yəni Jalə Bayramova ilə bağlı görüntülərə mən də baxmışam. O, ümumi prosesi, yəni məntəqədə olan vəziyyəti görüntüyə alırdı. Məntəqədə olan xanım görüntüyə özü düşüb. Məntəqə ictimai yerdir. İctimai yerdə ictimai hadisənin çəkilişini aparmaq qadağan deyil. Bu, şəxsi həyata müdaxilə deyil. Sadəcə, həmin xanım onun çəkilişinin qarşısında dayanıb. O, kadrlara öz istəyilə düşüb. Burada çəkilişin şəxsi həyata müdaxilə kimi qiymətləndirilməsi, Konstitusiya ilə qadağan olunması yanaşması düzgün deyil. Çünki o, ictimai hadisəni görüntüyə alıb və orada iştirak edən şəxslərin kadra düşməsi qanun pozuntusu deyil. Əksinə, müşahidəçi qismində iştirak edən Jalə Bayramovaya fiziki zor və təzyiq göstərilməsi seçki prosesinə müdaxilə kimi qiymətləndirilməlidir. Bu da cinayət məsuliyyəti yaradır”.

Vəkil bildirib ki, qanunvericilikdə şəxsin özünün razılığı olmadan çəkilişin aparılması qadağan edilib:

"Amma mən ictimai yerdə çəkiliş aparıramsa, orada insanlar varsa, bu qadağan deyil. Kimsə görüntüyə düşmək istəmirsə, hadisə yerindən kənara çəkilə bilər və kameraya düşməməyə cəhd edər. Əgər çəkiliş aparan şəxs kimisə tapıb, açıq-aşkar çəkirsə, razılığı olmadan belə çəkilişi davam etdirirsə, bu, qanunla qadağandır. Bu, ictimai proseslərə, yerlərə və hadisələrə aid deyil”.


Oxunub: 662






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim