reklam
USD
4 ℃
EUR
BAKI

Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı? - VİDEO

XƏBƏR / 24.02.2020 20:22
Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı? - VİDEO



Abşeron təhsil şefinin seçki saxtakarlığı: Məlum olduğu kimi, hazırda ölkə siyasi gündəminin əsas mövzusu 9 fevral parlament seçkilərinin nəticələridir. Ölkə rəhbərliyinin islahatlara yönəlik siyasi iradəsinə qarşı bəzi yerlərdə ciddi seçki pozuntularına və seçki saxtakarlıqlarına rast gəlindi. Artıq dörd dairə, onlarla məntəqənin nəticələri ləğv edilib, xeyli sayda dairə ilə bağlı şikayət isə araşdırılması üçün Dairə Seçki Komissiyasına göndərilib.

Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, DSK-ya göndərilən dairələrdən biri də 45 saylı Abşeron seçki dairəsidir. Bu dairədən hakim komandanın namizədi buraxılmış parlamentin spikeri Oqtay Əsədov idi. Hələ seçkiyə qədər gedən proseslərdə məlum oldu ki, spiker bu dairədə nəinki hansısa nüfuza malikdir, hətta seçicilər onların deputatlarının kim olduğundan xəbərsizdir. Amma buna rəğmən O.Əsədov təbliğat-təşviqat prosesində bir dəfə də olsun seçicilərlə görüşmədi. Onun bu arxayınçılığı isə səbəbsiz deyilmiş. Proseslərin sonrakı gedişatı onu göstərdi ki, rayon ərazisində spikerin qalib elan edilməsi üçün bütün saxtakarlıq və qaun pozuntularına hazırlıq görülüb.
 
Belə ki, Abşeron rayon ərazisindəki məktəb müəllimləri, bütövlükdə təhsil sistemi spiker üçün dəridən, qabıqdan çıxıblar. Abşeron rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədovanın rəhbərliyi ilə aparılan bu prosesdə ciddi qanun pozuntularına imza atılıb. Belə ki, cumhuriyyet.az olaraq aşağıda təqdim etdiyimiz videokadrlarda seçicilər onların şəxsiyyət vəsiqələrinin məktəblərdə məcburi şəkildə yığıldığını bildirir.

Seçki qurtardıqdan sonra isə bülletenlərə nəzarət edən bütün müşahidəçilər məcbur məntəqədən uzaqlaşdırılıb. Bundan başqa məntəqədə iki protokol yazılıb. Həmin protokolun biri dairəyə göndərilsə də, digəri ələ keçib. Həmin protokolun surəti də mətbuatda dərc olunub. Onu da bildirək ki, sözügedən dairədə məntəqə üzvlərinin və sədrlərin böyük əksəriyyətini təhsil işçiləri təşkil edir. Təxminən üç il öncə Abşeron təhsilinə rəhbər təyin olunan N.Məmmədovanın rəhbərliyi ilə həyata keçirilən seçki saxtakarlığı hazırda araşdırılmaqdadır. Bu araşdırmanın nəticəsi olaraq günahkarın fəaliyyət sahəsi ilə bağlı da bəzi detallara nəzər yetirilsə N.Məmmədovanın durumu heç də yaxşı olmayacaq. Çünki ötən müddət ərzində Abşeron təhsili ilə bağlı xeyli sayda rüşvət və müliyyə pozuntuları haqda məlumatlar mətbuatda yer alıb.


Oxunub: 442






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim