reklam
USD
4 ℃
EUR
BAKI

Cavid Qurbanov dəmiryolunda obyekt tikdirir, “Akkord”da narazılıq - VİDEO

XƏBƏR / 24.02.2020 20:46

Cavid Qurbanov dəmiryolunda obyekt tikdirir, "Akkord”da narazılıq - VİDEO



Cavid Qurbanov dəmiryolunda obyekt tikdirir, Paytaxtın Bakıxanov qəsəbəsində dəmiryoluna məxsus ərazidə qanunsuz olaraq obyekt tikilir...

Xeber.de-yə məlumat verən qəsəbədəki "Akkord” şirkətinə aid "Uğur-2” yaşayış kompleksinin sakinlərinin sözlərinə görə, binaların həyətindən dəmiryoluna çıxış ərazisində avtoyuma məntəqəsinin tikintisinə başlanıb. Bu da həm sakinlərin, həm də yaşayış kompleksinin rəhbərliyinin narazılığına səbəb olub. Artıq "Uğur-2” kompleksinin instaqram səhifəsində sakinlərə çağırış olunub ki, tikintinin qarşısının alınması üçün həmrəylik göstərilsin, mübarizə aparılsın. Obyekti tikən şəxsin kimliyi bilinməsə də, onun Konstitutsiya Məhkəməsində bir hakimin sürücüsü olduğu bildirilir.
 
Lakin "Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanovun qurumun balansında olan ərazidə tikinti aparılmasına, "moyka” inşa edilməsinə necə icazə verildiyi aydın deyil. Görünür, obyekt sahibi ən yüksək səviyyədə razılıq alıb və belə bir qanunsuzluğa imza atıb. Halbuki, "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”na əsasən dəmir yolunun xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər.

Criminal.az saytı məsələ ilə bağlı Cavid Qurbanovun rəhbərlik etdiyi ASC-nin mətbuatla əlaqələrə cavabdeh şəxsi Natəvan Bayramova ilə əlaqə saxlayıb. Xidmət rəhbəri məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyevin köməkçisi Müslüm Mahmudova da məsələ ilə bağlı məlumat verilib. Tikintini aparan şəxs həftəsonu olduğu üçün vəziyyətdən sui-istifadə edərək işləri sürətləndirib. Sakinlər bildirirlər ki, tikintini həyata keçirən Cavid Qurbanovun adından istifadə edir, ondan razılıq aldığını söyləyir və heç kəsdən qorxmadığını bildirir.

Şikayətçilər deyirlər ki, dəmiryol xəttinin üstündə avtoyuma məntəqəsi açılsa, ərazidə giriş-çıxış çətinləşəcək, səs-küy olacaq, burada yaşayan ailələrin rahatlığı pozulacaq. Ona görə həftənin bazar ertəsi daha ciddi şəkildə şikayətlər olacaq, etiraz ediləcək.

Ayrı vaxt dəmiryol ərazisində daşı daş üstünə qoymaq mümkün olmadığı halda C.Qurbanovun tikintiyə necə icazə verdiyi anlaşılan deyil. Həmin zolaqda ötən il yaşayış kompleksində yaşayan sakinlər 500 ağac əkiblər. Lakin Cavid Qurbanovun adından əraziyə gələn QSC rəsmiləri ağacları kökündən çıxarmışdılar. Hərəkətlərinə belə haqq qazandırmışdılar ki, ərazi dəmir yol xəttlərinin mühafizə zolağındadır. Üstündən 1 il ötəndən sonra isə ağacların çıxarıldığı ərazidə iri obyekt inşa olunur.



Oxunub: 457






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim