reklam
USD
25 ℃
EUR
BAKI

QUMARXANAYA ÇEVRILMIŞ XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILAR. - VİDEO

XƏBƏR / 26.02.2020 21:20

QUMARXANAYA ÇEVRILMIŞ XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILAR - VİDEO



QUMARXANAYA ÇEVRILMIŞ XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILAR -İş məhkəməlikdir: Professor Rüstəm Məmmədovla 9 min manat pulunu alıb ölümünə səbəb olduğu xəstənin yaxınları arasında çəkişmə böyüyür

ATU- nun Tədris Cərrahiyyə Klinikasinda 9000 (doqquz min) manatı alınan xəstənin ölümünə səbəbkar olan ümumi cərrah Rüstəm Məmmədovun səhlənkarlığı və (və ya) tamahkarlığı barədə saytımızda dərc olunan məqalədə ehtiva olunan məsələyə – mərhumun oğlunun boşuna xərclədiyi pulları geri tələb etməsinə münasibətini bildirməsi üçün həkimin özünə zəng vurduq. "Professor” Rüstəm Məmmədov bizi klinikaya dəvət edib ətraflı izah verəcəyini vəd etdi. Lakin əməkdaşımız tibb müəssisəsinə daxil olandan sonra hələ dəhlizdə ikən R.Məmmədovun onu qəbul etməyə heç də həvəsli olmadığını aşkarlamışdır. Belə ki, ilk əvvəl doktor R.Məmmədov baş həkim Ramiz Poluxovla görüşüb icazə almağın vacibliyini deyib. Əməkdaşımız xeyli səy göstərəndən sonra professor Poluxovla əlaqə saxlayıb. Baş həkim öz növbəsində R.Məmmədovla görüşməkdə heç bir maneənin olmadığını deyib. Rüstəm Məmmədov isə bildirdi ki, yenidən onun qəbuluna düşmək üçün qəbul şöbəsində qeydiyyata düşməliyik.Biz qeydiyyat şöbəsinə yaxınlaşanda isə bildirdilər ki,30 manat ödəməlisiniz.Nəhayət, R.Məmmədovun işlədiyi şöbəyə qalxmağa nail olan əməkdaşımız bir neçə həkimin domino oynadığının, üçüncüsünün – R.Məmmədovun isə onların hesabını yazdığının şahidi olub.
Söhbət əsnasında əməkdaşımızla həmsöhbəti ortaq məxrəcə gəliblər ki, mərhum Bayram Fərəcullayevin oğlu Sabirlə telefon əlaqəsi yaradıb səsini ucadanışanla dinləsinlər. Sabir Fərəcullayev dəstəyin o başından həkimə qarşı irəli sürdüyü ittihamı yenidən səsləndirib. Rüstəm həkimə bir daha xatırladıb ki, o, analiz nəticəsində metastaz (xərçəngin yayılması) aşkarlanan xəstənin əvvəlcə mədəsində, sonra da qaraciyərində cərrahi əməliyyat (xərçəngli şişlərin götürülməsi) aparmamalıydı, onu kimya terapiyasına ehtiyaclı olduğu üçün Milli Onkologiya Mərkəzinə göndərməliydi. Bildirib ki, həmkəndli olduqlarına görə etibar edib onun yanına gəliblərmiş, inanırmışlar ki, xəstənin taleyinə həssas yanaşacaq, səmimi olacaq, daha başqa üzdəniraq həmkarları kimi nəyin bahasına olursa-olsun özünün və işlədiyi müəssisənin gəlirini artırmaq naminə tanıdığı xəstə yiyəsini lüzumsuz xərclərə salmayacaq. O isə əksinə, etimaddan sui-istifadə edib, xəstənin adamlarına guya baş vermiş tomoqrafiya səhvindən danışıb, onları qorxudub ki, xəstə təcili əməliyyat olunmasa, 90 faiz ölüm riski var. Yersiz müdaxiləsinin axırı da letal sonluqla nəticələnib. Bunu eşidən doktor Məmmədov telefon bağlantısında S.Fərəcullayevlə razılaşmayaraq onun boynuna qoymağa çalışıb ki, mərhumun qardaşı və qızı guya onun metastazlı vəziyyətində üzərində cərrahi əməliyyat aparılmasına razılıq veriblərmiş. S.Fərəcullayev də öz növbəsində deyib ki, hətta o cür ağır vəziyyətdə olan xəstənin yaxınları razılıq vermiş olsaydılar da, həkimin elə qərar verməyə ixtiyarı yox idi, çünki o, ümumi cərrahdır, cərrah-onkoloq deyil. Bu zaman Məmmədov özündənrazı halda bildirmişdir ki, Milli Onkologiya Mərkəzinin cərrah-onkoloqları onun tələbələri olub, onları özü öyrədib. Əlavə edib ki, S.Fərəcullayev əgər mərhum atasının ölümündə onu təqsirkar hesab edirsə, Səhiyyə Nazirliyinə, məhkəməyə, ümumiyyətlə, hara istəyir şikayət edə bilər.
«Əhalinin sağlamlığının qorunması haqqında» AR Qanununun 25-ci maddəsində Sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ təsbit olunub: «Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir. Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun özünə çatdırıla bilər. Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur…»
Əgər ATU-nun Tədris-Cərrahiyyə Klinikasının vəzifəli şəxsləri (bizim misalda doktor R.Məmmədov) Qanunun tələblərinə tam riayət edərək: tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmişlərsə; xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmişlərsə; xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə səhih məlumat vermişlərsə və üzərlərinə düşən digər vəzifələri yerinə yetirmişlərsə, demək, həkim R.Məmmədovun qeyd etdiyi "tomoqrafiya səhvi” də həmin rəsmi sənədlərdə öz əksini tapmalıydı. Amma bizim tanmıdığımız (artıq tanıdığımız) doktor R.Məmmədovun dilində dediyi sözləri kağız üzərində imzası ilə təsdiqləyəcəyi ağlabatan görünmür. Hərçənd, iş məhkəməlik olsa, bu yazıda istinad etdiyimiz məlum telefon danışığını təqdim etməyə hazırıq.
Mövzuya qayıdacağıq.


Oxunub: 904






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Əlaqə

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim