reklam
USD
17 ℃
EUR
BAKI

KİVDF-nin varlığı kimin işinə yarayır?.. - İTTİHAM

XƏBƏR / 27.02.2020 23:25
KİVDF-nin varlığı kimin işinə yarayır?.. - İTTİHAM

 

Madam ki, Azərbaycanda kağız mətbuatı can verib, o halda süni nəfəs aparatına qoşaraq illərdir koma vəziyyətində saxlanılmasının, dövlət tərəfindən yüz minlərlə vəsaitin ayrılmasının mənası nədir?!

Nəzərə alsaq ki, ölkənin olan-qalan bir neçə qəzetinə də ayrılan yardımlar dayandırılıb, (Unikal, Bizim Yol və s.) o zaman yazılı mediada oxunmayan nəşrlərə nə üçün hələ də maliyyə verilməlidir...

Anaxeber.info-nun bu məsələyə diqqət ayırmasının səbəbi 2020-ci il üçün də bəzi qəzetlərə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan maliyyə verilməsidir.

Dünya və Azərbaycan sosial media ilə hesablaşır, ictimai rəyi sosial şəbəkələr formalaşdırır, ən ucqar dağ kəndində yaşayan insan belə əlindəki mobil telefonla internetə daxil olaraq müxtəlif portallardan, agentliklərdən, ən əsası facebook-dan informasiya əldə edir, KİVDF isə tərəvəz bağlamalarına yararlı olan kağız parçalarına maliyyə verilməsini davam etdirir.
Bu dəmdə Sabirin qəzəlinin imitasiyası yerinə düşür: "Özgələr göydə balonlarla gəzir, KİVDF rəhbəri Vüqar Səfərli isə...”
Hansı ki, həmin qəzetlər satılmır, oxucusu yoxdur, əksəriyyəti ailə-podratına çevrilib, Vüqar Səfərlinin özünə yaxın KİV-lərdir.
Halbuki, həmin vəsaitləri elektron mediaya yönəltməyin vaxtı çoxdan çatıb, hətta gecikib.
Çünki zaman sübut edir ki, internet mediası sürətlə inkişafdadır, köşklərdən qəzet alıb oxumaq dövr qurtarıb, həmin oxucu nəsli də tək-tükdür, xalq virtuala köçüb, dünyadan və ölkədən yalnız onlayn media və sosial şəbəkə hesablarından xəbər tutur.
Buna baxmayaraq, meziolit dövründən qalmış Vüqar Səfərli və ətrafı yuxarıları inandırır ki, qəzetləri yaşatmaq, süni nəfəst aparatından ayırmamaq lazımdır. Ona görə ki, ilk növbədə KİVDF rəhbərinə sərf edir.
V.Səfərli bu yolla hər il yüz minlərlə pul yaxın çevrəsinə aid qəzetlərə ayırmaqla yaxşı biznes qura bilib.
Əvvəldən qəzet yayımçısı olmuş Səfərlinin indi imkanları daha da genişlənib: Əli Həsənov ona diktə edə bilmir, müəyyən qədər sərbəstləşib.
Amma unudur ki, KİVDF-nin də ömrünə çox qalmayıb, qəzetlər kimi...Bu qurum fəaliyyətdə olduğu müddətdə kağız mətbuatının inkişafına zərrə qədər fayda verməyib. KİVDF ələbaxımlılığı, ütülü yazmağı və maxinasiyanı vərdişə çevirdi.
Odur ki, 2020-ci ilin I yarısı üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlərin siyahısına baxanda mənzərə çılpaqlığı ilə aydınlaşır.
Məlum olur ki, Vüqar Səfərli yenə oğlunun rəhbəri olduğu oxunaqsız "Mövqe” qəzetinə yenə ayına 20 min ayırıb. İlin sonuna qədər qəzet dövlətdən 240 min manat yemlənəcək. Həmin qəzeti nə oxuyan var, nə nüfuzu...
Deməli, 240 min manatdan redaksiya xərclərini istisna etsək, yuxarı-aşağı 100 min manat mənimsəmək mümkündür. Ardınca yenə də köşklərdə yatan "Səs”, "Yeni Azərbaycan” kimi qəzetlərə eyni məbləğdə vəsait verilib.
Axı onların heç biri nə hakimiyyətin, nə dövlətin informasiya siyasətində effektiv iş apara bilirlər. Ən azından ictimai rəydə bu işi görə bilən iqtidaryönlü xəbər saytlarına KİVDF-nin vəsaitlərini yönəltmək olar.
Bundan əlavə, birçox qəzetlərə yenə aylıq 10 min manat ayrılıb.
Bu qəzetlərin adlarını heç oxucular tanımırlar. Görəsən, prezidenti aldatmaq, ona yalan məruzələr etmək, qəzet mətbuatının əhəmiyyətini süni şəkildə siyasi rəhbərliyə çatdırmaq kimlərin maraqlarına uyğundur?!
Əlbəttə, bu yalan təqdimatı verənlərdən birinin də KİVDF rəhbəri olduğu şübhə yaratmır. Çünki Vüqar Səfərli ustadı Əli Həsənovdan necə öyrənibsə, estafeti elə də davam etdirir. Amma yanlış məruzələrin axırının necə yekunlaşdığını gərək "qulağında sırğa” edəsən.
Yəni, faktiki olaraq yazılı mətbuat bir yandan elektron mediaya uduzur, bir tərəfdən də dövlətin ayırdığı pullar havaya sovrulur.
Həmin vəsaitlə internet mediasında özünü təsdiqləmiş müəyyən agentlikləri, portalları, müstəqil və tənqidçi saytları maliyyələşdirmək olar.
Onların inkişaf etməsi Azərbaycanın maraqlarını, dövlətin informasiya siyasətini daha yüksək səviyyədə çatdırmaq baxımından önəmlidir.
Dünya və düşmən ölkə Azərbaycanı qəzetlərdən oxuyaraq izləmir, məhz internet üzərindən təqib edir. O halda V.Səfərlinin yaxınlarına aid qəzetlərə pul paylanmasının azad mətbuatın inkişafına nə aidiyyatı var?!
Əgər faydası olsaydı, "Kaspi” qəzetinə də növbəti dəfə maliyyə verilərdi. Amma "ustadına kəm baxanın, gözlərinə qan damar” misalına məhəl qoymayan Vüqar Səfərli hətta Əli Həsənovun qəzetini belə KİDFV-nin yardım siyahısından kənarda qoydu.
Bir gün onun oğluna aid "Mövqe” qəzetinə də maliyyə ayrılmasın deyiləndə əmrə müntəzir olacaq. Sadəcə, indiki halda çıxış yolları göstərilməlidir. Dövlət rəhbərliyinə məlumat verilməlidir ki, KİVDF-nin fəaliyyət proqramı dəyişməli, dövlətin mediaya dəstək siyasətinin müstəvisi, platforması yenilənməli, müasir tələblərlə ayaqlaşmalı, sosial medianın və onlayn mətbuatın üstün olması reallığı qəbul edilməlidir.
Əks halda V.Səfərlinin maraqlarına xidmət edən bu maliyyə yardımları bir gün özü ilə bərabər hamını yandıracaq. Əgər Azərbaycan jurnalistikasının rifahını, müstəqilləşməsini və modernləşməsini istəyiriksə, KİVDF ya ləğv olunmalı, ya da saxlanırsa həmin maliyyə saytlara yönəldilməlidir.
Bəs qəzetlər necə yaşasın, oxucusu azalan, lakin az-çox populyar olan kağız medialarının taleyi necə olsun söylənə bilər, biz tamamilə ölkədə qəzetçilik ənənəsini məhv edə bilmərik, "Əkinçi”dən "Molla Nəsrəddin”ə qədər böyük yol, məktəb keçmiş qəzet məktəbini necə yoxa çıxaraq sualları da ünvanlana bilər.
Bunun üçün çıxış yolları da mümkündür - populyarlq qazanmış, tarixi olan həmin qəzetlərə reklam bazarı imkanları yaradılsın. Əslində, eyni model internet mediasına da aiddir. Sadəcə, bəzi saytlar müəyyən qədər reklam ala biliblər, hərçənd ki çox məhduddur.
Onda V.Səfərlinin minnətli pullarına nə qəzetçilərin, nə internet mediasının ehtiyacı olacaq. Bu siyasət qəbul olunmursa, heç olmasa öləziyən qəzetlərə reklam bazarında şərait yaradılsın, inkişafda olan onlayn mediaya isə dövlətin vəsaitləri yönəldilsin. Hələliksə ən pis yol seçilib - Vüqar Səfərlinin qəzetlərini yemləmək...

carciTV


Oxunub: 319






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim