reklam
USD
24 ℃
EUR
BAKI

"Bahar qalxanı" əməliyyatı - MÜHARİBƏ

REPORTAJ / 03.03.2020 00:12
Dünya şokdadır: Türkiyə Rusiyanın S-300-lərini vurdu - MÜHARİBƏ ALOVLANIR



Türkiyə Silahlı Qüvvələrinin İdlibdə həyata keçirdiyi "Bahar qalxanı" əməliyyatı davam edir.

carciTV xəbər verir ki, Türkiyə ordusu Suriyanın hava hücumundan müdafiə sistemilərinin böyük hissəsini sıradan çıxarıb.

Vurulan hədəflər sırasında Həma şəhərində yerləşdirilmiş Rusiya istehsalı olan "S-300" raketlərinin də olduğu iddia edilib.

Türkiyə ordusunun əsas gücünü yerli istehsal olan pilotsuz uçuş aparatları - SİHA təşkil edir

"Türkiyə ordusu əsas üstünlüyü hava zərbələrinə verib. Və bu hava zərbələri pilotsuz zərbə, pilotsuz uçuş aparatları tərəfindən həyata keçirilir. Bu istiqamətdə Türkiyə son 10 ildə böyük üstünlüklər əldə edib. Suriya ordusu üçün təhükə yaradan əsas texnika yerli istehsal olan pilotsuz uçuş aparatlarıdır (SİHA). Bu aparatların fəaliyyəti artıq suriyalıların da, ərazidə hərbi bazaları mövcud olan ruslarların da narahatlığına səbəb olub”. 

Bu fikirləri hərbi-siyasi icmalçı Ramil Məmmədli  İdlib döyüşlərini şərh edərkən deyib. O bildirib ki, döyüşlərdə müəllifi Cənubi Koreya olan, daha sonra Türkiyədə isehsal olunan  "K9 Thunder” özüyeriyən artileriya qurğularından istifadə edilir:

"Həmin hərbi texnika 30-40 km dərinlikdə düşmənin hədəflərini darmadağın edə bilir. Həmçinin, reaktiv yayılım atəş sistemlərindən istifadə etməklə, Türkiyə, düşmən mövqelərini məhv etmək gücünə malikdir. Quru qoşunlarında da  yerli istehsal olan zirehli transpartyorlardan istifadə olunur. İlk dəfə olaraq mərmi daşıyan pilotsuz uçuş aparatı da istifadə  edilir”.  

Ramil Məmmədli qeyd edib ki, Rusiya silahlarını zəif qiymətləndirmək doğru olmaz. Sadəcə olaraq, həmin silahların Suriyada imkanları və dislokasiya yerinin hansı formada olması əsas rol oynayır:  
 
"Bu məsələ bir qədər fərqlidir. Əgər söhbət tanklardan gedirsə, hər hansı bir tankın pilotsuz uçuş aparatına qarşı mübarizə apara biləcəyi inandırıcı deyil. Həm də dəqiq demək mümkün deyil, son dövrlər Rusiya Suriyanı hansı silahlarla təmin edib”.

Pilotsuz uçuş aparatlarının qarşısında aciz qalan Rusiya hərbi texnikasına münasibət bildirərkən, o qeyd edib ki, Azərbaycanın Rusiyadan bu qədər çox silah almasının tərəfdarı deyil:

"Birmənalı olaraq demək olmaz ki, Rusiyanın hərbi texnikası zəif və ya güclüdür. Lakin 60-cı illərdə Suriya-İsrail müharibəsində də SSRİ-nin verdiyi silahlar, texnika özünü doğrultmamışdı. Hətta hava hücumundan müdafiə sistemi belə Suriya aviasiyasının qarşısında zəif qalmışdı. Ötən il də İsrailin pilotsuz uçuş aparatı, "S-300 PMU2 Favorit" zenit raket kompleksini məhv etmişdi".


Oxunub: 816






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim