reklam
USD
13 ℃
EUR
BAKI

Şamaxı icra başçısı prezidenti belə aldadır - ŞOK MÜRACİƏT

CANLI TV / 04.03.2020 00:08
Şamaxı icra başçısı prezidenti belə aldadır - ŞOK MÜRACİƏT



Şamaxı icra başçısı prezidenti belə aldadır -Bələdiyyə seçkilərində Tahir Məmmədov və onun əlaltısı, "Boz kardinal” adı ilə rayonda məhşur olan Yaqub Yaqubov tarixdə görünməyən təxribatlarını törətdilər. Belə ki, "Boz kardinal”ın hazırladığı siyahıya uyğun olaraq təcrübəsiz, səriştəsiz, bacarıqsız, lakin müəyyən pul müqabilində hazırladığı siyahılar əsasında xalqın istəyinə və iradəsinə zidd olaraq bütün rayon üzrə pullu və savadsız adamlar, layiq olmadığı vəzifələrə təyin edilir. 

Bundan başqa, zəlzələdən zərərçəkmiş evlərin bərpası üçün Prezidentin ehtiyyat fondundan ayrılan pullar məqsədli şəkildə dağıdılır, zərər dəyməyən evlərin imkanlı sahiblərindən «şirinlik» alaraq, salamat evlər siyahıya salınıb sökülür və  yenisi tikirlər. Bütün bunları da Şamaxıda "Boz kardinal” ləqəbli, icra başçısının çirkli işlərinin müəllifi, "qara kassası" Yaqub Yaqubov həyata keçirir.

Kainat.tv bildirir ki, İxa.az-ın elektron ünvanına belə bir iddia dolu müraciət göndərilib.

Həmin müraciəti olduğu kimi təqdim ediri:

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Sürəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Sürəti: Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə

Roma imperatoru xalqı mövcud narazılıqlardan çəkindirmək, romalıları düşdüyü acınacaqlı durumundan yayındırmaq üçün onlara pulsuz çörək paylayır və ödənişsiz qladiator döyüşlərinə baxmaq hüququ verirdi. "Çörək və tamaşa” adlandırılan bu siyasət bir növ gözdən pərdə asmaq idi…

Şamaxının İcra Başçısı Tahir Məmmədov nəinki pulsuz çörək paylayıb, əksinə, onsuz da narahat keçid dövründə camaatın cibinə görməklə yanaşı, hətta heç mövcud imkanlardan belə istifadə edib gəldiyi gündən bir dənə də olsun iş yeri açmayib…

Əksinə, iş yerlərini öz yaxınları və qohumları üçün açıq elan edib. Mətbuatımızda dəfələrlə gedən məlumatlardan da göründüyü kimi, Bakıdan İcra Hakimiyyətininin çirkli işləri ilə məşğul olmaq məqsədilə gətirilən "Boz kardinal” ləqəbli Yaqub Yaqubov Şamaxıda ikinci hakimiyyət yaradıb - desək, bəlkə də yanılmarıq. Amma onun olması Tahir müəllimə lazm olduğu üçün bu gün də öz postundadır, "işini" lazımınca yerinə yetirir, heç kimlə hesablaşmır…

Cənab Prezident, Siz dəfələrlə öz çıxışlarınızda qeyd etmisiniz ki, İcra başçıları ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməli, ciddi təhlil aparmalı, çatışmayan cəhətləri üzə çıxarmalı və mövcud olan problemlərin həlli üçün səylərini əsirgəməməlidir.

Cənab Prezident, dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb olunaraq aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əmək haqları kartları bizim rayonda da aidiyyatı üzrə çatmır. Beləki, Tahir müəllim bu kartları rayonda olan həqiqətləri yazaraq Sizlərə çatdıra biləcək adamlara faktları yazmaması üçün, öz şəxsi mülkiyyəti kimi paylamışdır. Cəmiyyətin «demaqoq» deyə haqq qazandırdığı adamları bu cür susdurmağa kim haqq verir???  O insanlar da təbii ki, qazanc axtarır, amma onların yazdıqları həqiqətdir, Zəlzələdən zərərçəkmiş evlərin bərpası üçün Prezidentin ehtiyyat fondundan ayrılan pulları niyə  dağıdır, «şirinlik» alaraq Salamat evləri siyahıya salıb sökərək yenisini tikirlər. 

Bələdiyyə seçkilərində misli olmayan özbaşnalıqları edilib.

Son Bələdiyyə seçkilərində Tahir Məmmədov və onun "Boz kardinal”ı Yaqub Yaqubov tarixdə görünməyən təxribatlarını törətdilər. Beləki, "Boz kardinal”ın hazırladığı siyahıya uyğun olaraq təcrübəsiz, səriştəsiz, bacarıqsız, lakin müəyyən pul müqabilində hazırladığı siyahılar əsasında xalqın istəyinə və iradəsinə zidd olaraq bütün rayon üzrə adamlar seçilərək, layiq olmadığı yerlərə təyin edilirlər.

Şamaxı aqrar rayon olaraq, hələ Ulu Öndər Heydər Əliyevin dövründən, onun birbaşa səyi nəticəsində üzümçülüklə bütün Sovetlər Birliyində məhşur idi. Cənab Preziden, Sizin qayğınız və tapşırığınız əsasında bu gün də yeni üzümlüklər salınmaqdadır.

Şamaxı kimi aqrar rayona təyin olunmuş səriştəsiz adamların sayəsində Cənab Prezidentin birbaşa tapşırığı nəinki icra olunmur, hətta kobud surətdə pozulur, sabotaj edilir.

Belə ki, keçirilən son Bələdiyyə seçkilərində rayonun sayılıb seçilən, işlərini bilən peşəkar adamlar ya seçkiyə buraxılmadı, yaxud da müxtəlif yollarla Tahir Məmmədov və onun "Boz kardinal”ının təziqləri nəticəsində sədr seçilməyə imkan verilmədi.

Bir neçə faktı diqqətinizə çatdırırıq...

Birinci Çaylı kəndinin ağsaqqalı, vətənpərvər oğlu Əzizbaba Fətullayev neçə il idi ki, kəndin bələdiyyə sədri idi. Insafına danışanda kəndin su, qaz, işiq problemini həll etmişdi, kəndin məhəllə arası yollarını çəkdirmişdi. Kənddə böyük nüfuz və söz sahibi idi. "Boz kardinal”ın siyahısında olmadığı üçün seçkiyə buraxmırdılar, lakin bitərəf kimi seçkiyə qatılan Əzizbaba müəllim kənd sakinlərinin böyük etirazına tab gətirməyərək seçilməsinə əngəl ola bilməsə də, onun sədr olmasına Tahir müəllim imkan vermədi. Əzizbaba Fətullayevin əvəzinə qeyri-peşəkar adam seçdirdi…

Mədrəsə qəsəbəsinin Bələdiyyə sədri Asim Bayramov da qəsəbədə böyük nüfuza malik adamdır. Dəfələrlə rayon və Respublika tədbirlərində çıxış edib, Qəsəbə Bələdiyyə Assosiasiyasının 3 üzvündən biri seçilib. Kənddə sahibkarların üzüm sahələrinin salınmasına yaxından kömək edib, onun səyləri nəticəsində 1200 ha-dan artıq üzüm bağları salınıb. Lakin Asim Bayramovu da Tahir müəllim sədr olmağa imkan vermədi… Asim Bayramovun əvəzinə qəsəbədən İcra nümayəndəsinin qızını seçdirdi…

Şəhriyar qəsəbəsi rayonun ən strateji yeridir. Qəsəbədə ADPU-nun filialı, FHN-nin hərbi hissəsi və s. yerləşir. Qəsəbənin qurucularından olan Musa Musayev də digər kolleqaları kimi Tahir Məmmədov və onun "Boz kardinal”ının təxribatına məruz qaldı. Musa müəllim qəsəbədə 2500 ha üzüm bağlarının salınması üçün sahibkarı qəsəbəyə cəlb etmiş, ixtisasca şərabçı texnoloqdur. Onun rayonda peşəkar işçi olmasını hamı bilir. O, dəfələrlə Qəsəbə Bələdiyyə Assosiasiyasının  idarə heyətinin üzvü, Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş İdarəsinin eksperti və s. işlərdə işi ilə özünü sübut etmişdir. Qəsəbə rayonda bəlkə də yeganə təsərrüfatdır ki, 3 tərəfdən içməli su ilə təmin olunub, qaz, işiq problemləri həll olunub. Qəsəbədə belə bir nüfuza malik adamın neytrallaşdırılması üçün Tahir müəllim daha «proqressiv» addım ataraq, "Boz kardinal”ın diktəsi ilə illər öncə işində ciddi nöqsanlar olduğuna görə dövlət qulluğundan maddə ilə uzaqlaşdırılan – İxtiyar Xəlilovu seçkiqabağı qəsəbəyə icra nümayəndəsi təyin etdi. Bu cür işlərdə «peşəkalrlığı» ilə seçilən İxtiyar «ümidləri doğrultdu» və Musa müəllimin seçilməsinə əngəl yaratdı. Onun əvəzinə vaxtilə hərbi xidmətdən yayınmaq üçün «şizofreniya» müalicə olunan Sabir Mikayılovu Tahir Məmmədov seçdirdi. Bu cür xəstəliyi olan adama dövlət heç avtomobili idarə etməyi  həvalə etmədiyi halda, Tahir müəllim qəsəbəni idarə etməyi «tapşırdı»…)))

Qızmeydan kəndinin formalaşmasında müstəsna rolu olan İrşad Zərbalıyevin mübarizəsinə baxmayaraq, illərlə qurub yaratdığı, malokanların da kompakt yaşadığı kənddə sədr seçilməməsi üçün "Boz kardinal”ın birbaşa müdaxiləsi nəticəsində vəzifəsindən kənarlaşdırıldı. Onun əvəzinə təcrübəsi və təhsili olmayan kənd uşağını seçdirdi.

Cənab Prezident, yaxın günlərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısının DTX tərəfindən saxlanılması və rayonda aparılan dindirilmə prosesi ilə bağlı xoşagəlməz, sui-istifadə  faktlarının üzə çıxması bizi də məyus etdi. Şamaxıda da Tahir Məmmədovun səlahiyyətlərindən sui istifadə edərək Sizin etimadınıza laqeyid yanaşmasına, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə son qoyulmasına bütün Şamaxılılar adından xahiş edirik.!"

Davamı var…

carciTV


Oxunub: 1331






SON XƏBƏRLƏR

2024-03-28

23:10 Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunmuşdur

Product image

2024-03-27

01:29 TƏDBIR KEÇİRİLMİŞDİR

Product image

00:24 “Global Times” qəzeti Azərbaycan-Çin münasibətlərini “Dostluğun qızıl standartı” hesab edir

Product image

00:19 Müdafiə Nazirliyi: Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin tərk etdiyi növbəti dayaq məntəqəsi aşkarlanıb

Product image

00:01 Moldova nümayəndə heyəti AŞPA-ya Azərbaycanla bağlı çağırış ünvanlayıb

Product image

2024-03-19

01:06 Bakıda Yeni Hava Limanı Tikilir

Product image

00:47 Bir çox iş axtaran üçün yeni ümid yeri - İşəgötürənlər öz vakansiyalarını gizlədə bilməyəcəklər

Product image

00:44 Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər VİDEO

Product image

00:35 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva

Product image

00:25 Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib VİDEO

Product image

00:20 Bu gün Torpaq çərşənbəsidir

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image

22:30 "Qarabağ" möhtəşəm qələbəyə görə futbolçularını MÜKAFATLANDIRDI - Hər oyunçuya...

Product image

23:40 Messi və Ronaldo: Son 20 ilin ən dəyərlisi kim olub?

Product image
Təqvim