reklam
USD
28 ℃
EUR
BAKI

Eldar Namazov: “Bu parlamentin ömrü qısa olacaq, çünki islahatlar referendumuna qərar vermək üçün "seçilib"

XƏBƏR / 04.03.2020 21:41
Eldar Namazov: "Bu parlamentin ömrü qısa olacaq, çünki islahatlar referendumuna qərar vermək üçün "seçilib"


Eldar Namazov: "Bu parlamentin ömrü qısa olacaq, çünki islahatlar referendumuna qərar vermək üçün "seçilib"” -  "Bu parlamentin ömrü uzun olmayacaq”.

Kainat.tv Ovqat.com-a istinadən xəbər verir ki, Azərbaycan siyasətinin "dərin adamı” kimi tanınan Eldar Namazov Milli Məclis seçkilərinə həsr etdiyi növbəti video-çıxışında bu iddianı irəli sürüb.

Onun fikrincə, növbədənkənar seçkilərlə formalaşdırılan son parlament keçid dövrü üçün nəzərdə tutulub və bir və ya iki ildən sonra öz missiyasını yerinə yetirərək istefaya gedəcək. Onun əsas missiyası isə Konstitusiyada dəyişikliklər aparmaqdır.

Eldar Namazovun təxmininə görə, bu önəmli dəyişikliklər üçün isə referendum keçirilməlidir. Referendumda dəyişilməsi nəzərdə tutulan maddələr əsasən bu istiqamətləri əhatə edəcək:

1.İcraedici hakimiyyət qolunda islahatlar:

a)Nazirlər Kabinetinin ləğvi;

b)Vitse-prezidentlik institunun çoxnəfərlikdən imtina edib təknəfərliyə endirilməsi.

2.Qanunverici hakimiyyət qolunda islahatlar6

a)Parlamentin tərkibinin artırılması;

b)Proporsional seçki sisteminin bərpası;

c)MSK-nın tərkibinin və müəyyənləşmə formasının dəyişdirilməsi.

Dərin adamın fikrincə, xüsusilə parlament sistemində aparılacaq dəyişikliklər Milli Məclisə yenidən seçkilər keçirməyi labüdləşdirəcək.

O, həmçinin bildirib ki, son parlament seçkilərində islahatçı komandanın ciddi namizədlər siyahısıyla çıxış etməməsi də bununla bağlı idi. Nədən ki, növbəti dəfə özünüburaxmış parlamentin üzvü statusunu daşımaq əsas komandanın həm bəlli olmasına, həm də nüfuzunun aşağı salınmasına yol aça bilərdi. Odur ki, hakimiyyətdəki islahatçı qanad son seçkilərə əsas komandasını yox, yedək heyətini çıxarmışdı. Seçkilərinin açıq-aşkar şəkildə saxtalaşdırılması da islahatçı qanadın yanılmadığını göstərdi. Çünki bu total saxtalaşdırmada məqsəd islahatçı komandaya saxtakar damğası vuraraq, əsas namizədlərin reputasiyasını ləkəmək idi. Hakimiyyətdəki islahatçılar isə bu təhlükəni əvvəlcədən sezdiyinə görə, son seçkilərə yedək heyətlə getmişdi.
 
carciTV


Oxunub: 445






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Əlaqə

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim