reklam
USD
8 ℃
EUR
BAKI

“Avromed” 17 milyon ədəd tibbi maskanı kimə satıb?

REPORTAJ / 09.03.2020 13:09
"Avromed” 17 milyon ədəd tibbi maskanı kimə satıb?

 

Bu gün dünyanın 80 ölkəsini əhatə edən koronovirus epidemiyası bir çoxları üçün ciddi gəlir itkisi olsa da, bəziləri üçün asan qazanc mənbəyinə çevrilib. Daha doğrusu, işbazlar yaranmış fürsəti əldən verməyərək, gedişatı özlərinin qazanc yerinə çeviriblər.

Koronovirusla bağlı ilk fakt ortaya çıxdıqdan sonra Azərbaycanda fəaliyyət göstərən və ölkənin ən aparıcı dərman satışı firması olan "Avromed” digər şirkət və firmalardan çox ucuz qiymətə tibbi maskaları və tibbi spirti alaraq, anbarlarına yerləşdirib.

Araşdırmalar zamanı məlum olub ki, təkcə, daxili bazarda anbarlarda qalmış 20 milyon ədədə yaxın tibbi maska sözügedən şirkət tərəfindən alınıb. Həmin ərəfədə qonşu ölkələrdən də nə qədər tibbi maska alındığı məlum deyil.

Beləliklə, ilkin mərhələdə qıtlığın yaradılmasına nail olunub. Ardından isə həmin qıtlığı pula çevirməyə başlayıblar. Və bunu təkcə daxili bazarlarla deyil, həm də dövlət qurumlarının xətti ilə reallaşdırıblar.

Araşdırmalara görə, "Avromed” əsas inhisarçı kimi çıxış edərək, bazarı tam nəzarətinə almağa nail olub. Maraqlıdır ki, həmin tibbi maskaların son bir ayda satış həcmi 17 milyon ədəd hesab olunur.

Sual yarana bilər ki, Azərbaycanın daxilində bu qədər tibbi maskanın istifadə olunması bir qədər imkansızdır. Elə "Avromed” də bunu hesablayaraq, xaricdə yaranacaq ehtiyacı da nəzərə alaraq, böyük pullar qazanmaq məqsədi ilə həmin məhsulları toplayıb.

Məlumata görə, "Avromed” indiyə qədər satdığı 17 milyon ədəd tibbi maskanın birini 4.5 qəpiyə əldə edib. Lakin onu ən minimum 25-30 qəpiyə satdırır. Və bu qədər tibbi maskanın təxminən 80 faizi xarici ölkələrə birbaşa və dolayı yolla göndərilib. Daha doğrusu, satılıb. Məsələn, Bakıda 4.5 qəpiyə alınmış tibbi maskanı Honq Konqa 52 sentə satmağın nə qədər qazanc gətirdiyini düşünmək elə də çətin deyil. Və ya müxtəlif İcra Hakimiyyətinə, hətta SOCAR və digər dövlət qurumlarına tibbi maskaların satışını da məhz "Avromed” həyata keçirib.

Sumqayıt İcra Hakimiyyətinin Çinə göndərdiyi tibbi maska və spirtin hamısı da məhz sözegdən şirkətdən alınıb.

Düzdür, İqtisadiyyat Nazirliyi baha qiymətə satılan tibbi maska və spirtlə bağlı təcili yoxlamalara başlayıb. Artıq apteklərdə tibbi maskaların satış qiyməti 25 qəpikdən baha deyil. Ancaq buna qədər zəruri olan iş görülüb. 17 milyon ədəd yaxın tibbi maska dəyərindən 15-20 dəfə bahasına satılıb və orta hesabla bu da sözügedən şirkətə 10 milyon manatdan çox gəlir gətirib.

"Avromed” şirkətinin rəhbəri hazırda deputat olan Cavanşir Feyziyevdir. O seçkilərdən dərhal sonra şirkət rəhbərliyindən getdiyini açıqlayıb və yerinə "ASAN Xidmət”də çalışan bir gənci gətirib. Lakin bu formal xarakter daşıyır və şirkəti də faktiki özü idarə edir.

Jamaz.info


Oxunub: 724






SON XƏBƏRLƏR

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image

15:26 Sərçə. Məryəm ƏLİYEVA

Product image

15:10 Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib

Product image

14:58 ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Product image

2025-04-08

10:09 Arıdan qorxan oğlan

Product image

2025-03-26

15:15 Dubayda "Burj Xəlifə"nin zirvəsində 51 milyon dollarlıq satış

Product image

15:03 Əvvəlki biznesini borcla bağlamışdı - Bu gün 45 bağçanın qurucusudur

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim