reklam
USD
16 ℃
EUR
BAKI

Mehriban Əliyevanın müdaxiləsindən sonra biznesmenin qızının uşağı özünə qaytarılıb (VİDEO)

REPORTAJ / 12.03.2020 23:39

Mehriban Əliyevanın müdaxiləsindən sonra biznesmenin qızının uşağı özünə qaytarıldı (VİDEO)


2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin keçmiş sədri Çingiz Bəşirovun gəlini Samirə Bəşirovaya üç yaşlı qızı Miray geri qaytarılıb. Bu, martın 11-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müdaxiləsindən sonra baş verib.

Bu barədə oxu.az-a Samirə Bəşirova məlumat verib.

Xatırladaq ki, o, əri Tamerlan Bəşirovdan boşanmaq üçün məhkəməyə müraciət edib. Bu zəmində Azərbaycan əsilli rusiyalı oliqarx Səxavət Baxşıyev və keçmiş hakim Çingiz Bəşirovun ailələri arasında münaqişə baş verib, nəticədə üç yaşlı qız qanunsuz olaraq anasından alınıb.

Martın 5-də polis S.Baxşıyevin evinə daxil olaraq Mirayı ananın əlindən alıb və atası T.Bəşirova təhvil verib. Hüquq mühafizəçiləri Ç.Bəşirovun göstərişini yerinə yetiriblər.
 
Analıq hüquqlarının pozulması ilə əlaqədar qadın bütün hüquq-mühafizə orqanlarına şikayət edib. O, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də kömək istəyib. S.Bəşirovanın sözlərinə görə qurumdan bildirilib ki, onun "boşanma və uşağın ananın qəyyumluğuna verilməsi” ilə bağlı iddiasına baxıldığı Nəsimi Rayon Məhkəməsinə müraciət göndərilib.

Məhkəmə-Hüquq Şurasından isə S.Bəşirovanın məhkəmədə baxılan iddiası əsas gətirilərək, bu münaqişəyə müdaxilə etmək niyyətində olmadıqları deyilib. Ç.Bəşirovun hərəkətlərinə gəldikdə isə hüquq mühafizə orqanlarına müraciət etmək tövsiyə olunub.

Martın 7-də S.Bəşirova Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olub. O bildirib ki, bu məsələnin həlli polisin səlahiyyətində deyil. 

Nəhayət, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müdaxiləsindən sonra məsələ ananın xeyrinə həll olunub.

Bununla əlaqədar S.Bəşirova "Instagram” səhifəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya göstərdiyi köməyə görə təşəkkürünü bildirib.

S.Bəşirovanın sözlərinə görə, hazırda prokurorluqda polis əməkdaşlarının qanunsuz hərəkətləri araşdırılır.


Oxunub: 612






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim