reklam
USD
6 ℃
EUR
BAKI

Dövlət başçısının gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır Professor Yusif Babanlı

CANLI TV / 15.03.2020 02:27
Dövlət başçısının gənc kadrlarla bağlı tapşırığı hamıya  nümunə olmalıdır
Professor Yusif Babanlı



Hər bir xalqın, millətin varlığı, onun gələcək inkişafı bilavasitə olaraq yetşən, formalaşan gəncliyi ilə bağlıdır. Sağlam əqidəyə malik olmaq, sağlam düşncə ilə bağlıdır. Bütün bunların da bünövrəsində də fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunan gənclərimiz durur. Bildiyimiz kimi, Azərbaycanın inkişafında, onun iqtisadi, siyasi və mədəni həyatında, beynəlxalq aləmdə böyük nüfuz qazanmasında gənclərin rolu danılmazdır. Dövlətin inkişaf tarixinə nəzər salsaq görərik ki, onun hər bir asan və çətin mərhələsində gənclərimizin özünəməxsus rol olmuşdur. Sözsüz ki, bütün bunlar dövlətin gənclərə göstərdiyi yüksək diqqət və qayğısından bəhrələnərək uğurlu gənclər siyasətinin formalaşması ilə bağlıdır. Əsasən müstəqillik qazandıqdan sonra Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövürlərdə zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Ulu öndər gənclərin cəmiyyətdə önəmli rolunu vurğulayaraq gözəl fikirlər söyləmişdir: "Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” Ümummilli lider Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev ölkədə aparılan demokratik islahatlara və gənclərin hüquqlarının qorunmasına həmişə yüksək diqqət göstərmişdir. Bütün sahələrdə sistemli və uğurlu islahatlar aparan dövlət başçısı bu proseslərdə gənclərin roluna üstünlük verir. Müxtəlif qurumlarda, dövlət idarələrində, iqtisadi və siyasi sektorlarda gənclərin idarəçiliynə üstünlük verməklə yanaşı onların fəal iştirakını da təmin edir. Son zamanlar ölkədə aparılan islahatlarda gənclərin önə çəkilməsi, idarəçilikdə onlara göstərilən etimad bir daha bunu sübut etdi ki, artıq Azərbaycanda yüksək intellekte malik, vətənpərvər, işini mükəmməl bilən gənclər ordusu formalaşıb. Gənclər cəmiyyətin əsas aparıcı qüvvəsi olmaqla yanaşı, eyni zamanda daima axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Bu gün də dövlətin idarəçiliyində yeni və müasir düşüncəli gənclərin irəli çəkilməsi alqışlanası və qürur duyulası bir haldır. Son günlərdə dövlət başçısının keçirdiyi iclaslarda islahatlar aparmaq, yeni və müasir kadrlarları işə cəlb etmək tapşırığı da bir daha Prezidentin gənclərə göstərdiyi yüksək diqqəti və etimadı idi. Bu tapşırıq cəmiyyətdə müsbət qarşılanmaqla yanaşı gənc qüvvələr üçün bir növ stimul oldu. Biz də öz növbəmizdə Cənab Prezident İlham Əliyevin və I Vitse Prezident Mehriban xanım Əliyevanın yürütdüyü uğurlu gənclər siyasətini bütün qüvvəmizlə dəstəkləyirik və ölkə başçısının bu tapşırığına məmurların və aidiyyatı qurumların əməl edəcəyinə inanırıq.


Oxunub: 816






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim