reklam
USD
18 ℃
EUR
BAKI

Koronavirusla bağlı Azərbaycanda yardım belə ediləcək – Tam mətn

CANLI TV / 02.04.2020 00:26
Koronavirusla bağlı Azərbaycanda yardım belə ediləcək – Tam mətn



Gündəm

1 Aprel 2020 13:1510329 dəfə oxunubKoronavirusla bağlı Azərbaycanda yardım belə ediləcək – Tam mətnBu sənədlərin mahiyyəti 31.03.2020-ci il tarixdə İlham Əliyevə məruzə edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.

carciTV xəbər verir ki, bu sənədlərin mahiyyəti 31.03.2020-ci il tarixdə İlham Əliyevə məruzə edilib. İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədi ictimaiyyətə təqdim edir.

Mündəricat

1.    Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 304 min muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı (iş yerlərinin azaldılmaması məqsədilə).

2.    Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı (iş yerlərinin qorunması məqsədilə).

3.    Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı.

4.    Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat).

5.    Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat).

6.    Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket. 

7.    Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı.

8.    İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı. 

9.    Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı.

10.    Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı.

Pandemiyadan zərər çəkmiş sahələrdə 304 min muzdlu işçilərin əmək haqlarının odənilməsi üçün maliyyə dəstəyi proqramı (iş yerlərinin azaldılmaması məqsədilə):

1.

Fəaliyyət sahəsi

İşçi sayı, min nəfər

Cəmi:

304,6

Sənaye

78,8

Ticarət

106,4

Xidmət

87

Nəqliyyat

7,8

Digər

24,6

Qeyd: Bu sektorlar üzrə 20 fəaliyyət sahəsi nəzərdə tutulur.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı (iş yerlərinin qorunması məqsədilə):

2.

Bölgü

Vergi ödəyicisin sayı

İşçi sayı, min nəfər

Fərdi sahibkarlar

248,5

53,7

Digər mikro sahibkarlar

43,9

3,3

CƏMİ

292,4

57,0

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı:
 

Mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi.
Müvafiq müddətə əmlak və torpaq vergisindən azadolmalar.
Vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar.
İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərində isə mənfəət (gəlir) vergisindən azad edilməsi.
Bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi.
Güzəştlər veriləcək fəaliyyət sahələri üzrə müvafiq müddətə cari vergi ödəmələrindən azad edilməsi;
2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması.
Vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması.
Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi (bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi).
Əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi.
Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması.
Epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması.
 

1.    Papandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat):

•    Yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi. 

•    Kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmaması, kreditlərin müddətinin 3 ilədək olması.

•    Zəmanət verilən kreditlər üzrə faizlərin yarısının (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılması. 

•    Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılması.

2.    Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat):

•    Dövlət zəmanəti olmayan həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq).

•    Bunun üçün xüsusi vəsaitin ayrılması. 

•    Subsidiyalaşmanın Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi.
 

3.    Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket:

•    Sosial yardım (işsizlik müavinəti, sosial yardım və s.) üçün vəsaitlərin ayrılması.

4.    Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı:

•    Xüsusi vəsaitlərin ayrılması.

5.    İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı:

•    Əlavə vəsaitlərin ayrılması.

6.    Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı:

•    Əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində  müddətli artırılması.

7.    Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı:

•    Xüsusi vəsaitlərin ayrılması.


Oxunub: 396






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim