reklam
USD
17 ℃
EUR
BAKI

Madonna 1 il öncə “Avroviziya”da koronavirusun mesajını verib? — Tac və əleyhqazda ŞOK KLİP (VİDEO+FOTO)

MARAQLI / 02.04.2020 00:46

Madonna 1 il öncə "Avroviziya”da koronavirusun mesajını verib? — 
Tac və əleyhqazda ŞOK KLİP (VİDEO+FOTO)

 

Dünyanı bürümüş koronavirus epidemiyası insanlarda qorxu, sabaha nigarançılıq yaradıb.

Dövlətlərin virusa qarşı bütün resurslarını səfərbər etdiyi bir məqamda dünya şöhrətli estrada müğənnisi Madonnanın bir mahnısı və klipi diqqət mərkəzinə düşüb.

carciTV bildirir ki, "Gələcək” adlanan bu mahnı 2019-cu ilin may ayında İsraildə keçirilmiş Avroviziya yarışmasında səslənib. Epataj janrında hazırlanmış  səhnədə Madonna çox qəribə cümlələr olan mahnı oxuyur.

Bir gözü üstündə iks çəkilmiş dəri parça ilə sarğılı, qara geyimdə, başında tac olan Madonna kilsə musiqisi effektləri ilə pillələrə düşür, bu zaman onu  üzlərinə eleyhqaz taxmış rəqqaslar dövrəyə alır. Taclı və qara paltarlı Madonna onları səslənərək "Heç də hamı gələcəyə çatmayacaq, Burda olanlardan kim varsa əbədi burda qalacaq” -oxuyur. Bu zaman arxada kilsə, məscid, sinaqoq və yanğın effektləri göstərilir.

Musiqi biliciləri və dinləyicilər üçün bu mahnı o zaman bu epataj nümunəsi sayılıb.  Madonna həmişə tamaşaçıları belə başgicəlləndirici effektlərlə təəccübləndirməyi sevir.

Amma bu gün bu klipə yenidən baxanda insanları heyrət bürüyür: Dünyanı təlatümə salmış Koronavirusla bağlı açıq işarələr və səhnə simvolları 1 il bundan əvvəl mahnıya necə düşüb?

Müşahidəçilərin fikrincə qara qiyafədə başına tac qoyaraq oxuyan Madonna hansı yolla isə bu gün dünyanı qorxuya salan koronavirusa işarə edib.

Mahnının sözləri də qəribədir və sanki simvollarla danışır.

Madonna oxuyur:

"Heç də hamı gələcəyə çatmayacaq

Heç kim keçmiş səhvlərindən ibrət almır

Heç də hamı gələcəyə çatmayacaq

Burda olanlardan kim varsa əbədi burda qalacaq

Siz xəbərsizsiniz,

Bizə tərəf gəlin, xəbəriniz olsun!

Qırıq-qırıq edilənləri…

Ümid verin.

Həyat verin,

O bircə dənədir, onu doğru yaşayaq.

Bu sözləri oxuyan Madonna nəfəsini əleyhqaz geyinmiş adamların üstünə buraxır, onlar yerə yıxılırlar.

Müxtəlif komplo nəzəriyyə həvəskarları burada dünyanı idarə edən məxfi güclərin mesajının olduğunu deyir, digərləri isə bunun bir təsadüf olduğunu vurğulayırlar. Onlar mahnının sadəcə bəşəriyyətin gələcəyi üçün narahatlıq doğuran problemlərin ümumi mənzərəsinə həsr edildiyini bildirirlər.

Mahnının tam mətni belədir. (Sətri tərcümə)

"-Heç də hamı gələcəyə çatmayacaq

Heç kim keçmiş səhvlərindən ibrət almır

Heç də hamı gələcəyə çatmayacaq

Burda olanlardan kim varsa əbədi burda qalacaq

Siz xəbərsizsiniz,

Bizə tərəf gəlin, xəbəriniz olsun!

Qırıq-qırıq edilənlərdən…

Ümid verin.

Həyat verin,

O bircə dənədir, onu doğru yaşayaq.

Gəlin barışaq.

İlham almaq üçün gəlin

Yaxşı məsləhət, xoş emosiya üçün gəlin.

Ağlınızı, bəsirətinizi açın,

Gözünzü açın.

Ümid edirəm, bilirsiniz,

Həyatım qiymətlidir.

Buzu tapdalayıram

İşarələri görürəm.
Beyninizi azad edin!

Gələcəyə xoş gəlmisiniz

Mədəniyyət yolu ilə.

Daxilimdə ağrı çoxdur,

O mənə ağalıq edir.

Bəli,bəli…

Siz sağ qalmaq üçün həddən çox cəhd etdiniz,

Siz keçmişdən olan insanı sevmirsiniz

Ona ölməyə icazə verirsiniz.

Biz qaranlığı dəf edə bilərik!

Hər kəs də bir qığılcım var!

Mənə elə-belə dayanın deməyin…

Gələcəyiniz parlaqdır!

İşığınızı əskiltməyin,

Qoy həmişə günəş saçsın!

Biz gələcəkdən gəldik, gələcək ulduz kimi!

Biz gələcəkdən gəldik, gələcək bahadırlar kimi!

Biz gələcəkdən gəldik, hamıya qalib gəldiyimiz yerdən!

Biz gələcəkdən gəldik, bir rəhbər kimi!

Sizin gələcəyinizdə hər şeyə görə ödəniş etməlisiniz.

Siz gələcəyinizdə yolu itirmisiniz.

Siz  gələcəyinizdə çarmıxa çəkiləcəksiniz.

Mənsə bundan yüksəkdə olacağam, hə!


Oxunub: 462






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim