reklam
USD
7 ℃
EUR
BAKI

İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi güzəştlərini AÇIQLADI

XƏBƏR / 17.04.2020 18:55
Nazir vergi güzəştlərini AÇIQLADI



"Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb və bütün dövlət qurumları ilə razılaşdırılıb”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Prezidentlə keçirilən videokonfransda məruzəsində deyib.

O qeyd edib ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 1 yanvar 2021- ci ilədək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub:

"Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə olunan gəlirin 75 faizi miqdarında vergi güzəşti kimi. Fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan vergi dərəcələrinin 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və. s tədbirlər nəzərdə tutulur”.

Nazir qeyd edib ki, mikrosahibkarlıq subyektlərinə 1 yanvar 2020-ci ildən 1 yanvar 2021-ci ilədək 50 faiz vergi güzəştinin edilməsi nəzərdə tutulur. Yəni 2 faiz dövriyyədən, 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin və cari vergi ödəmələrinin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi də nəzərdə tutulur.

"3-cü istiqamətin bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır. 1 yanvar 2021- ci ilədək olan dövr üzrə aşağıdakı vergi güzəştlərini təqdim edirik: Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədiylə vergi ödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik , o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin bir sıra əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı Cənab Prezident tərəfindən təsdiq olunan bəzi məhsul növlərinin idxalının müddətli olaraq Əlavə Dəyər Vergisindən azad edilməsi. Bunlar kifayət qədər geniş paketdir. Bu paketin yeni rejimdə fəaliyyət göstərməsi sahibkarlar tərəfindən nəzərə alınıb”.


Oxunub: 357






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim