reklam
USD
28 ℃
EUR
BAKI

ZAKİR FƏRƏCOVDAN DAHA BİR QALMAQALLI ADDIM - 6 MİLYONLUQ MƏKTƏB TİKİNTİSİ OYUNU

XƏBƏR / 17.04.2020 23:19
ZAKİR FƏRƏCOVDAN DAHA BİR QALMAQALLI ADDIM - 6 MİLYONLUQ MƏKTƏB TİKİNTİSİ OYUNU



ZAKİR FƏRƏCOVDAN DAHA BİR QALMAQALLI ADDIM -Sumqayıtın icra başçısı Zakir Fərəcov son dövrlər bir çox qalmaqallı addımları ilə gündəmə gəlir. Hələ 3 il bundan əvvəl Dənikənarı Bulvar və şəhərin giriş hissəsini abadlaşdırmış sahibkarlarla arasındakı 8 milyon manat məsələsi bitməmiş, bu dəfə 6 milyonluq məktəb və uşaq bağçası problemi üzə çıxıb.

JAMAZ.İNFO xəbər verir ki, bu yaxınlarda Sumqayıtda smeta dəyəri 6 milyon manat olan yeni məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Həmin məqsədlə dövlət büdcəsindən pul ayrılması da qərarlaşdırılıb. Lakin inşaat işlərini aparmaq üçün sahibkarlardan heç biri məsələyə yaxın durmur. Buna səbəb kimi isə iki hadisənin olduğu deyilir.
Belə ki, onlardan biri Fərəcovun 3 ilə yaxındır 8 milyon manat borclu olduğu sahibkarların pulunu verməkdən boyun qaçırmasıdır. Bulvarın tikintisini həyata keçərən 300-dən çox sahibkar və işçini həmin pulu istədiyinə görə, hədələyən icra başçısı, bunun ardından məbləğin 30 faizi ona veriləcəyi təqdirdə, ödənişə raxı ola biləcəyini deməsi qalmaqala səbəb olmuşdu. Bu azmış kimi həmin iş adamlarının təhdid olunması da onların özü tərəfindən təsdiqlənib. Bununla bağlı, qalmaqalı yatıra bilməyən Zakir Fərəcov, əksəriyyət tərəfindən güvənsiz insan olaraq qəbul edilir.
İkinci səbəb isə Zakir Fərəcovun məhz orta məktəb və uşaq bağçası ilə bağlı dediyi fikirlərdi. Məlumatlı şəxslər bildirir ki, Sumqayıtın icra başçısı bir neçə sahibkarla söhbət əsnasında deyib ki, məktəb və bağçanın tikintisinin pulunu o, özü ödəyəcək. Büdcədən pul ayrılması məsələsini isə "el gözünə" olduğunu dilə gətirib. Onun sözlərinə görə, məktəbi o, öz pulu ilə inşa etdirəcək, lakin tikinti dövlətin ayağına yazılacaq. "Zakir Fərəcov deyir ki, guya, 6 milyonluq məktəb və bağçanı öz pulu ilə tikməyi ona tapşırıblar. Amma o, həmin tikintini reallaşdırmaq fikrində olsa da, pul vermək niyyətində deyil. Səbəbini də belə izah edib ki, 6 milyon manata məktəb və bağça tikdirib, dövlətin xeyrinə yazmaqdansa, elə onu öz adıyla inşa etdirər. Və Sumqayıtda hamıya deyər ki, xeyriyyəçiliklə məşğuldur. Adam o qədər arxayındır ki, çəkinmədən deyir ki, o, Hacı Zeynalabdin Tağıyev olmaq istəyir".
Maraqlı məqamlardan biri də odur ki, sahibkarlar onun bu sözünə qətiyyən inanmırlar. Çünki bu, Fərəcovun ilk oyunu deyil. Yəni, Dənizkənarı Bulvarın tikintisi zamanı da icra başçısı demişdi ki, dövlət ona pul ayırmayıb, bütün xərci özü çəkir. Nəticədə, sahibkarlara çatacaq 8 milyon manat indiyə qədər ödənilməyib. Sahibkarların qənaəti odur ki, Zakir Fərəcov məktəb və bağça tikintidinə görə ayrılmış pulu özünə götürmək üçün belə bir oyun oynayır. Yəni, dövlətin ayırdığı pulu götürür, onun cüzi hissəsini sahibkara verir, qalan hissəni də iş başa çatanda veriləcək vədi ilə yubadır, yekunda isə bir manat da ödəməyib, işi icra edənləri çətin vəziyyətdə qoymaqdır.
İş adamları deyir ki, bu qabaqdangəlmişlik etməkdir və kimsə belə vədə və sözə aldanıb, onunla iş görmək istəmir. "Əgər Zakir Fərəcov bu qədər xeyriyyəçidirsə, o zaman haqqını yediyi sahibkarların pulunu qaytarsın. Türk iş adamını bayraq məsələsində aldatmış biri necə xeyriyyəçi ola bilər? Bu onun yeni oyunudur. Həmin pulu verməmək üçün indidən zəmin hazırlayır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

carciTV


Oxunub: 392






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Əlaqə

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim