reklam
USD
2 ℃
EUR
BAKI

ZELENSKİ AZƏRBAYCANDAN DA PUL İSTƏYİR - “Ən azı 8 milyard nəzərdə tuturuq..."

CANLI TV / 18.04.2020 16:34
ZELENSKİ AZƏRBAYCANDAN DA PUL İSTƏYİR - "Ən azı 8 milyard nəzərdə tuturuq..."


Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hakimiyyət ölkədə defolt elan etməyə hazırlaşmır və Beynəlxalq Valyuta Fondundan maliyyə köməyi almaq niyyətindədir.

carciTV xəbər verir ki, Zelenski belə bəyanatla ölkədə koronavirus pandemiyası ilə bağlı ağırlaşan maliyyə durumu barədə danışarkən çıxış edib.

"İnsan bir həftə susuz yaşaya bilərmi? Nəyə görə axı? Beynəlxalq Valyuta Fondu ilə bağlı situasiya da belədir. Nəyə görə biz riskə gedək və situasiyanı defolta gətirib çıxardaq, nəyə görə bütün bu sınaqlarla üzləşməliyik? Onsuz da bu sınaqlar kifayət qədərdir”,-Ukrayna prezidenti ölkənin Beynəlxalq Valyuta Fondunun kreditləri olmadan keçinməsinin mümkünlüyü haqda suala cavabında deyib.

Onun sözlərinə görə, indiki situasiyada maliyyə dəstəyi ölkəyə çox lazımdır. Çünki başqa vaxtlar olsaydı Beynəlxalq Valyuta Fondundan kredit almağın nə dərəcədə lazım olduğunu müzakirə etmək olardı. "İndi isə bu insan orqanizminə qan qədər vacibdir”,-o deyib.

Zelenski deyib ki, Ukrayna Beynəlxalq Valyuta Fondundan ən azı 8 milyard dollar kredit almaq barədə anlaşıb. Dünya Bankının və Avropa İttifaqının vəsaitlərini də bura əlavə edəndə ölkəyə 10 milyard dollar daxil olacaq. 

"Ən azı 8 milyard nəzərdə tuturuq. Lakin mən 10 milyard gələcəyini gözləyirəm, üstəlik mən sizə açıq deyirəm ki, az qala hər gün digər ölkələrin, Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın, Kanadanın, Almaniyanın liderləri ilə danışıram və Angela Merkelə minnətdaram. Yəni bizdə çoxlu pul olacaq”,-Zelenski bildirib.


Oxunub: 424






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim