reklam
USD
9 ℃
EUR
BAKI

Müstəqil Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə daim zirvələrə doğru irəliləyəcək

MÜSAHİBƏ / 19.04.2020 23:10
Müstəqil Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə daim zirvələrə doğru irəliləyəcək



Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun "Lider xoşbəxtliyinin universal formulu” adlı məqaləsində xalq-iqtidar birliyindən, Azərbaycan Prezidenti İlham Əliyevin liderlik bacarığından bəhs olunur.

carciTV xəbər verir ki, məqalədə xalq və hakimiyyətin birliyinin istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amil olduğu bildirilir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Bu birliyi təmin edən əsas və mühüm şərt xalqını arxasınca aparmağı bacaran güclü, müdrik və uzaqgörən liderin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət yürütmək bacarığı olsun, elə bir lider ki, xalqının və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Sözü ilə əməli üst-üstə düşən belə liderləri tarixə bəxş edən xalq əzəmətlidir, güclüdür, böyükdür. Xalqının sonsuz sevgisini qazanan liderlər isə çox xoşbəxtdir və onlar əbədi olaraq tarixin yaddaşında qalırlar.

Müəllif qeyd edir ki, məsələyə bu kontekstdən yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalq ona görə Prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində ölkəmizi uca zirvələrə yüksəldə bilib. Xalqı ona görə liderini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasət yürüdür. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. İlham Əliyevin 2018-ci il 11 aprel prezident seçkilərindən sonra bəyan etdiyi və tətbiqinə başladığı genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın siması büsbütün dəyişməkdədir. Müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünya meridianlarında daha ucadan eşidilməkdədir. Heç bir fors-major vəziyyət arxasında xalqının dayandığı Prezident İlham Əliyevin hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, preventiv, profilaktik, ardıcıl və sistemli qərar qəbuletmə məharətinə və sarsılmaz iradəsinə təsir edə bilməz.

Elman Nəsirov bu həqiqətin bütün dünya dövlətlərini öz əsarətinə almış COVID-19 pandemiyası ilə qlobal mübarizə şəraitində tam çılpaqlığı ilə özünü büruzə verdiyini vurğulayır. Diqqətə çatdırır ki, Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır.
Müəllif qeyd edir ki, yuxarıda sadalanan hər üç istiqamət üzrə dövlət başçısının rəhbərliyi altında atılan irimiqyaslı addımlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Təsadüfi deyildir ki, hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısına minnətdarlıq edir, qürur duyur, onun qətiyyətinə, peşəkarlığına, uzaqgörənliyinə, humanizminə heyran qaldıqlarını bildirirlər. Bu məktubların leytmotivini təşkil edən əsas ideya odur ki, cənab Prezident öz güc mənbəyi olan xalqının hər bir nümayəndəsinin Prezidenti olduğunu 17 ildir ki, hər gün, hər saat, hər saniyə konkret əməli addımları ilə sübut edir. Dövlətimizin başçısı pandemiya dövründə hər bir azərbaycanlının sağlamlığı və həyatını hifz etməyi, əhalinin sosial müdafiəsini təmin etməyi, paralel olaraq iqtisadi fəallığı həyata keçirməyi öz fəaliyyətinin bir nömrəli vəzifəsi kimi müəyyən edib və bu istiqamətdə mərhələli şəkildə kompleks tədbirlər həyata keçirir. Bu məqsədlə sosial təcrid siyasəti və karantin rejiminin tətbiqi prosesi mərhələli sərtləşmə addımları ilə müşayiət olunur. Bu tədbirlərin ilkin olaraq aprelin 20-dək davam etdirilməsi nəzərdə tutulsa da, real vəziyyətə adekvat olaraq həmin müddətin mayın 4-dək uzadılması qərara alınıb.

Siyasi elmlər doktoru Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı təşəkkür məktublarında pandemiyadan ziyan çəkən sahibkarlıq subyektlərinə, mikro sahibkarlara, yəni təxminən 600 min nəfərə dövlət tərəfindən ciddi maliyyə dəstəyinin göstərilməsi, təxminən bir milyona yaxın dövlət sektorunda çalışan işçilərin mütləq əksəriyyətinə işləmədikləri halda əməkhaqqının ödənilməsinə görə minnətdarlıq ifadə olunur. İnsanlar işsizlərə birdəfəlik müavinətlərin ödənilməsini alqışlayırlar. İlkin olaraq, 200 min nəfər işsizin hər birinə aprel və may ayları üzrə 190 manat ödənişin verilməsi nəzərdə tutulsa da, onun əhatə dairəsinin 600 min nəfərə çatdırılması, ünvanlı sosial yardımların əvvəlki 70 min deyil, 80 min ailəyə (330 min nəfər) şamil edilməsi, özünüməşğulluq proqramına 12 min ailənin cəlb edilməsi, əhaliyə kommunal və kredit güzəştlərinin həyata keçirilməsi və s. bu qəbildən olan əhəmiyyətli addımlar təqdir olunur, alqışlanır.

Azərbaycan xalqının fəxr etdiyi, qürur duyduğu rəhbəri- Prezident İlham Əliyev da öz növbəsində xalqı əmin edərək bütün imkan, potensial və resurslarımızdan istifadə etməklə bu çətin sınaqdan da şərəflə çıxacağımızı bəyan edir: "Hazırda karantin rejiminin müddətini pandemiyanın hələ də mövcudluğu şəraitində uzatsaq da, eyni zamanda, mərhələli şəkildə sosial təcrid siyasətinin yumşaldılması istiqamətində də addımlar atmaq niyyətindəyik. Əsas olan odur ki, həmrəyliyimiz və birliyimiz heç zaman olmadığı ən yüksək səviyyədədir”.

Müəllif vurğulayır ki, həqiqət naminə etiraf etməliyik ki, xalq-prezident birliyi və həmrəyliyi bu çətin və qlobal şəraitdə möhkəmlilik, vəhdət testindən şərəflə çıxdı. Bu, bir daha sübut etdi ki, heç bir daxili və xarici qüvvə bu vəhdəti poza bilməz. Arxasında xalqı dayanan Prezident yenilməzdir. Bu həqiqət Azərbaycana xor baxan, qənim kəsilən, iftira və yalan toxumu səpən istənilən siyasi dairə və onun əlaltıları üçün ibrət dərsi olmalıdır.

Məqalənin sonunda professor Elman Nəsirov təəssüfləndiyini bildirərək diqqətə çatdırır ki, radikal müxalif qruplaşma xalqın sağlamlığı və həyatı, dövlətin təhlükəsizliyi böyük sınaq qarşısında olduğu bir reallıqda yenə də xalqa, dövlətçiliyə dönük çıxdılar və növbəti dəfə özlərini ifşa etdilər. Başqa cür ola da bilməzdi. "Pulu verən mahnını sifariş edir” məntiqi ilə hərəkətə gələn, atdıqları hər bir xəyanətkar addımları ilə xalqdan daha da uzaqlaşan və yalquzaq həyatı yaşamağa məhkum olan bu siyasiləşmiş "məxluq”lar, əslində, tarixin "antiqəhrəman”ları olaraq özlərinin qəbirqazanına çevrilirlər. Bütün bunlara baxmayaraq, müstəqil Azərbaycan xalq-iqtidar birliyi sayəsində öz layiqli liderinin- Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında daim zirvələrə doğru irəliləyəcəkdir.


Oxunub: 495






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim