reklam
USD
8 ℃
EUR
BAKI

Deputat: “KİVDF yoxlanmalıdır, məsələni mütləq Milli Məclisdə qaldıracağıq”

XƏBƏR / 21.04.2020 20:07
Deputat: "KİVDF yoxlanmalıdır, məsələni mütləq Milli Məclisdə qaldıracağıq”



"Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) yoxlamalar aparılmalıdır. Bununla bağlı məsələ Milli Məclisdə müzakirə ediləcək”.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Deputat hələ xeyli əvvəl bununla bağlı fikir bildirdiyini də xatırladıb:

"Mən hələ vaxtında, Vüqar Səfərli icraçı direktor olanda fikrimi bildirmişdim ki, orada haqsızlıqlar var. Buna görə də onlara məxsus saytlarda əleyhimə yazılar gedirdi. Dövlətdən ayrılan vəsaitin paylanmasında, jurnalistlərin ev bölgüsündə, lap elə yazı müsabiqələrində haqsızlıqlara yol verilirdi. Orada yoxlamaların aparılmasına çox ciddi ehtiyac var. Keçən müddətdə ev alanlarla bağlı narazılıqlar yaranmışdı. Ev alanlar arasında heç jurnalist olmayanlar da var. Bu barədə mətbuata mütəmadi olaraq demişik. Çox yaxşı oldu ki, cənab Prezident Əli Həsənovu vəzifədən kənarlaşdırdı. Onun yaxın adamları olan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Televiziya Şurasının sədri Nuşirəvan Məhərrəmli bir kampaniyanın adamlarıdır. Son illər mətbuatda xaotik vəziyyətin yaranması birbaşa onların əməli idi.

Mətbuatı Azərbaycan xalqının milli xüsusiyyətlərinə xas olmayan söyüş alətinə çevirmişdilər. Bütün bunlar faktiki olaraq onların xidmətləri idi. Ona görə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mütləq yoxlanılmalıdır, Hesablama Palatası orada yoxlamalara başlamalıdır. Keçən müddətdə Fonda nə qədər vəsait ayrılıb, hara, necə xərclənib, bunun hesabatı aparılmalıdır.

Bu yaxınlarda Milli Məclisdə Hesablama Palatasının hesabatını dinləyəndə bu məsələyə mütləq toxunacağıq”.

Vahid Əhmədov qeyd edib ki, jurnalistlər üçün tikilən 3-cü binadakı mənzillərin paylanması zamanı şəffaflıq olacağını gözləyir:

"Düşünürəm ki, hər kəs baş verənlərdən özünə pay götürür. Dövlət başçısı yeni təyinatlar zamanı da öz tapşırıq və tövsiyələrini verir. Ona görə də bundan sonra hər şey şəffaf olmalıdır. Buna qədər şəffaflığı təmin etməyənlər isə qanun qarşısında cavab verməlidirlər”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 4 apreldə imzaladığı sərəncamla Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad olunub. 
Prezidentin digər sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov KİVDF-nin icraçı direktoru vəzifəsinə təyinat alıb.


Oxunub: 602






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim