reklam
USD
3 ℃
EUR
BAKI

Nəsib Məhəməliyev: Pandemiyadan əziyyət çəkən biznes strukturları, sahibkarlıq subyektlərinə dövlət tərəfindən mühüm dəstək göstərilir

CANLI TV / 21.04.2020 21:45
Nəsib Məhəməliyev: Pandemiyadan əziyyət çəkən biznes strukturları, sahibkarlıq subyektlərinə dövlət tərəfindən mühüm dəstək göstərilir


"Azərbaycanda koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və əhalinin sosial rifahına təsirinin qarşısının alınması istiqamətində görülən tədbirlər mövcud vəziyyətə adekvatdır və insanlarımız tərəfindən yüksək qiymətləndirilir. Pandemiyadan əziyyət çəkən biznes strukturları, sahibkarlıq subyektlərinə dövlət tərəfindən mühüm dəstək göstərilir".

carciTV xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev bildirib ki, Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda görülən tədbirlərin genişləndiriləcəyini bəyan etdi:

"Artıq biz bu tədbirlərin həyata keçdiyinin şahidiyik. İlkin mərhələdə 200 min işsiz insana 190 manat vəsaitin verilməsi nəzərdə tutulurdu. Lakin daxil olan müraciətlərin sayını nəzərə alaraq, cənab Prezident bu rəqəmin 600 minə çatdırılması ilə bağlı tapşırıq verdi və artıq 230 mindən çox insan bu vəsaiti alıb. Bu, aztəminatlı və iş yerini müvəqqəti itirmiş insanlara dövlət qayğısının birbaşa nümunəsidir.

İlkin olaraq koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulurdu, lakin həmin iclasda cənab Prezident əlavə tapşırıqlar nəticəsində bu rəqəmin 3 milyard manat təşkil etdiyini və vəziyyətdən asılı olaraq 3,5 milyard manatı keçə biləcəyini bəyan etdi".

Deputat əlavə edib ki, pandemiyadan əziyyət çəkən biznes strukturları, sahibkarlıq subyektlərinə də dövlət tərəfindən mühüm dəstək göstərilir, maliyyə yardımı edilir:

"Bundan əlavə, ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib.

Görülən bu tədbirlər nəticəsində ölkədə karantin rejimi dövründə insanların normal yaşaması üçün hər bir şərait yaradılıb. Bu da bilavasitə cənab Prezidentin insanların sağlamlığına və rifahına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir. Bu istiqamətdə sistemli olaraq iş aparılır. Bütün görülən işlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Bu yaxınlarda keçirilən sorğuda da əhalinin cənab Prezidentə inamı ifadə olundu. Sorğu zamanı Azərbaycan vətəndaşlarının 94.7 faizinin cənab Prezident İlham Əliyevə etibar etdiyi müəyyən olundu".


Oxunub: 341






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim