reklam
USD
19 ℃
EUR
BAKI

Ağsuda Ləngəbiz kənd sakinləri ayağa qalxdı - VİDEO

CANLI TV / 21.04.2020 23:35

Ağsuda Ləngəbiz kənd sakinləri ayağa qalxdı - VİDEO



Ağsuda Ləngəbiz kənd sakinləri ayağa qalxdı -Agsu rayon Ləngəbiz kəndi sakini son ümid kimi ölkə başçısına müraciət etdi
Kainat.tv-nin elektron poçtuna Agsu rayon Ləngəbiz kəndi sakinləri tərəfindən müraciət daxil olub.

Müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Ağsu rayonu, Ləngəbiz kənd sakinləri tərəfindən

MÜRACİƏT

Hörmətli Prezident!
Sizə bildiririk ki, 18.04.2020-ci il tarixdə, saat 17:50 radələrində kəndimizin ərazisinə təxminən 4000 - 5000 baş iri və xırda buynuzlu heyvan sürüsü daxil oldu. Bu zaman ölkəmizdən tətbiq olunan ciddi karantin rejiminə əməl edən biz - Ağsu rayonun Ləngəbiz kəndsakinləri qayda-qanunu pozmağa məcbur qalaraq həmin əraziyə yaxınlaşıb öz etirazlarımızı bildirdik ki, bu heyvanlar bizim əkin sahələrimizi tapdalayıb otlaq ərazisinə girmişlər . Bu zaman heyvanların sahibi, sahibkar Hacı Alxan Ağsu rayonu polis və icra hakimyyətinin nüməyəndələrinə zəng vuraraq həmin kənd sakinlərinin üzərinə hücum edərək onları təhqir etdirərək polis maşınları ilə və polisin güc və silahı olan dubinkadan istifadə edərək yaşlı, cavan bilməyərək 35 - 40 nəfəri döyə-döyə maşınlara yığıb, Ağsu rayon polis şöbəsinə apardılar. 1 sutka həmin şəxsləri qanunsuz olaraq polis şöbəsində saxladılar. Döyülüb təhqir olunanların arasında kəndimizin ağsaqqalı, 75 yaşlı müəllim, məktəbimizin direktoru Ağarəhimov Rəhim Əhməd oğlu da var idi. Eyni zamanda digər kənd sakini, könülü vətən uğurda iştirak etmiş Milli Qəhraman Qurbanov Ağamalı Emin oğlunun 5 yaşında yetim qalmış ac-yalavac şəraitdə yaşayan Qurbanov Emil Ağamalı oğlu da var. Hal-hazırda yeməyə çörəyləri yoxdur, balaları küçədə qalır. Bütün bunları bilə-bilə 1 sutkadan sonra kəndin 30-35 sakinin hər birindən ən azından 600 manat, kimin övladı vəzifədədirsə, onlardan 2000 - 3000 manat pul alaraq azad ediblər. Onlara bildiriblər ki, bu hakta harasa məlumat versələr onların qohum əqrəbələrinı, qardaşlarını həbs edəcəklər, sonra gözləri qızmış məmurlar hədə qorxu gələrək onlara tapşırıq veriblər ki, 103 təcili yardım xidmətinə zəng etsəniz, sizin kənd sakinlarini mal-qara, toyuq oğurluğu, silah və narkotiklə həbs etdirəcəyik.

Hal-hazırda xəsarət alanlar və qorxanlar öz evlərində müalicə olunurlar çünki bizim kəndimizi 3 gündür bu şəraitdə saxlayırlar. Həmin gündən 102 qaynar xətti, bütün sosial şəbəkələr vasitəsilə məlumatlar yayılır. Hələ ki, kəndimizin köməyinə heç bir qurum və təşkilat çatmır, hal hazırda kəndin 5 sakini 10 sutka həbs edilib, bunların arasında şəhid övladının qüsürlü 2 övlad böyüdən Emil Qurbanov da var. Uşaqları göz yaşlarıla atalarının yolunu gözləyirlər, imdad deyirlər. Şəhid qardaşımızın yoldaşı göz yaşı ilə polis qapısında qalıb, heç kim onun səsinə səs vermir. Hətda balasıyla görüşüb yeməy verməyə qoymurlar.

Bundan əlavə orada 6-7 ailə üzvü olan qardaşlarımız var. Onların evdə ac yalavac olan ailə üzvlərini gözləri yolda qalıb .

Bütün bunlar azmış kimi bizə 15-20 min manata qədər ziyan vurmuş sahibkar və dövlət qurumlar həmin heyvanları hələ də o ərazilərdə saxlayır, özlərini heçnə olmamış kimi aparır, "işlərinə” davam edirlər.

Cənab Prezident,sizdən xahiş edirik ki, yeganə ümüdimiz olan Allahımız xatirinə bizi bu harınlanmış sahibkar, "4 qardaşlar” sadlıq sarayınınsahibi olan Alxan, icra hakimyyətinin nümayəndələrinin və rayon polis əməkdaşlarının əlindən xilas edəsiniz .

Bizlər də bir ömür boyu sizing duaçınız olarıq. Sizdən tək istıyimiz hazırda həbsdə olan 5 balarımızın azad olunmasını və heyvanın otlaq ərazilərimizdə çıxarılması və bizə dəymiş ziyanın ödənilməsini istəyirik. Əvvəlcədən sizə təşəkkür edirik.


Oxunub: 889






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim