reklam
USD
19 ℃
EUR
BAKI

Haqsızlığa və zorakılığa məruz qalan Ağsu sakinlərinin ölkə başçısına MÜRACİƏTİ - VİDEOLAR

CANLI TV / 24.04.2020 00:28

Haqsızlığa və zorakılığa məruz qalan Ağsu sakinlərinin ölkə başçısına MÜRACİƏTİ - VİDEOLAR


Saytımızda "Ağsuda Ləngəbiz kənd sakinləri ayağa qalxdı” sərlövhəli yazı dərc etmişdik. Bu yazı dərc olunandan bəri Ağsu rayonunun Ləngəbiz kənd sakinlərinin çoxsaylı müraciətlərinin ardı-arası kəsilmək bilmir.
 
carciTV kainat.tv-yə istinadən həmin müraciətlərdən birini sizə təqdim edir:
 
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının I vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
 
Möhtərəm Prezident!
Çox hörmətli Mehriban xanım!

Bu müraciəti çox ağrılı vəziyyətdə yazıb, diqqətinə çatdıraraq, bir neçə gün bundan öncə, Ağsu rayonun Ləngəbiz kəndində baş verənləri, nəzarətə götürüb, ciddi araşdırılmasını artıq dərəcədə Sizin hər birinizdən xahiş edirəm.
İLK öncədən onu vurğulayım ki, Ağsu rayonunun Ləngəbiz kəndi hələ sovetlər dönəmindən, hər bir zaman hökumətin, rayon rəhbərliyinin diqqətindən kənar qalıb, inzibati ərazisi, eynən Azərbaycanımız kimi parçalanıb, kiməsə hədiyyə, pay kimi torpaqları bölünüb verilib. Bu baxımsızlıq üzündən, müstəqillik qazandığımız ərəfədə, yaşama getdikcə çətinləşdiyindən, kənd sakinləri, paytaxta və ölkəmizin digər yaşamaq üçün əlverişli regionlarına köçüb. Ata yurdun, ata ocağın viran qoyub pərən - pərən düşən camaatmız hələ də doğma yurd-yuvasını tərk etməyərək, kəndimizə sahib çıxıblar. Bu gün, hər bir Ləngəbizli kimi mən də, o, hadisələrdə əzilən, təhqir olunan, təhdidlə üz-üzə qalan, o camaatımın qarşısında səcdə edib, onların üzləşdiyi bu özbaşınalığda, mənim də mənəvi borcum olduğunu dərk edib, bu müraciəti Sizə ünvanladım.
 
Cənab prezident!
 
Ulu öndərin o dövrdə qəbul etdiyi "Torpağ İslahatı" ərəfəsində, pay torpağı kimi camaata paylanan, o torpağdan başqa bu insanların heç nəyi yoxdur axı...
O dövrlər, həmin camaat, payı kimi verilən torpağıyla əliyalın (texnikasız, kübrəsiz) üz-üzə qaldığından, çəkdikləri əziyyətin bəhrəsin borcla başa vurduqdan sonra, bir çox kənd sakini, məcburiyyət üzündən haradansa gəlmiş, bir neçə imkanlı şəxsə, ümid dolu baxdığları, pay torpaqların, dəyər - dəyməzinə (qəpik-quruşa) satdılar. Bir qrup zəhmətkeş kənd camaatı gözünü pay torpağına dikib, illik dolanışığ mənbəyi öz ərazisi olan torpağıdır, həmişə olduğu kimi əkib, becərmək istəyir. Çünki, illər öncədən bu kənd camaatı heyvandarlıqla, əkinçiliklə məşğuluğdurlar.
Bəzi məmurlar, rayon və yerli vəzifəlilər, kəndin örüş yeri kimi ayrılan torpağı, kimlərəsə pay verib, ya da satıb. O üzdən, camaatın bir qismi, onlara aid örüş yerlərinin əlindən alındığından  əvvəlki illərdə olduğu kimi heyvandarlıqla məşğul ola bilmir.

BU GÜN, LƏNGƏBİZ KƏND CAMAATI, ÖZ İSTƏYİNƏ ZİDD OLARAQ, MƏCBURİYYƏT QARŞISINDA QALIB, O KƏNDƏ, BƏLKƏ DƏ HEÇ  RAYONA AIDIYYATI OLMAYAN ŞƏXSƏ (ŞƏXSLƏRƏ) PAY TORPAĞLARIN SATDIRMAQ, İSLAHATLAR HAQQINDA QANUNLA QADAĞAN OLUNAN ÖRÜŞ YERLƏRİNİN TOXUNULMAMAZLIĞI QANUNLA QORUNDUĞU HALDA, KİMLƏRƏSƏ UZUN MÜDDƏTƏ QÜVVƏSİZ MÜQAVİLƏYLƏ VERİLMƏSİNİN DOĞURDUĞU FƏSADLAR, BİABIRÇILIĞLAR, QANUNSUZLUQLAR, KƏNDDƏ BAŞ VERƏN HADİSƏLƏRDƏ ÖZÜNÜ AÇIQ - AYDIN BİRUZƏ VERDİ...
 
Hörmətli prezident!
 
Yuxarıda sadaladıqlarımla yanaşı diqqətinizə çatdırmaq istədiyim, mənəviyyatımızın tapdanması, bir çox sakinin alçaldılması, təhqir olunması, vətəndaş olaraq, haqqının, hüququnun pozulması, şəhid ailəsinin, illərini gənc nəsilin təlim-tərbiyəsinə həsr etmiş, uzun müddət kənd məktəbinin direktorluğu kimi məsuliyyətli vəzifəni şərəflə daşımış, şəkər xəstəsi, 70 yaşdan yuxarı ahıl bir insanın işgəncələrə məruz qoyulmasıdır. Heç cür də inanılası deyil ki, Əhmədov Rəhim müəllim öz şagirdləri, yetirmələri qarşısında, ona verilən işgəncələrə bərait verə biləcək, qanuna zidd hərəkətə yol versin. Danışılanlardan belə başa düşmək olur ki, ağsaqqal adama, illərlə bu dövlətə, xalqa ləyaqətlə xidmət edən, yaşadığı yerdə böyük nüfuza malik olan, seçki komissiyasının sədri kimi etimad qazanan birinə qarşı hörmətsizlik edilir.
Belə həssas bir məqamda, dünyanın KORONOVİRUSLA mübarizə apardığı, ölkəmizin bu işdə birlik, anlaşılan məqam sərgilədiyi dövrdə, bu biabırçılığa, qanuna zidd əmələ yol vermək, sakinləri biabırçı söyüşlərlə təhqir etməyə, onlara hörmətcəsinə güc nümayiş etdirməyə zərurət var idimi?

Cənab prezident!
 
Bütün görüş və çıxışlarınızda, məmurlara özünüzü nümunə olaraq çəkdiyiniz bir halda, bu məmurların etdiklərinə nə ad vermək olar...? Odur ki, bu müraciətimlə Sizdən xahiş edirəm ki, yazaraq diqqətinizə çatdırdığım, sakinlərin yerli məmurların təzyiqinə məruz qalması kimi arqumentləri tərəfinizdən nəzarətə götürərək, ciddi araşdırılıb obyektiv qiymət verilməsinə tapşırıq verəsiniz.
Öncədən öz adımdan, xüsusən də haqqı tapdalanan Ləngəbiz kənd cakinləri adından Sizə minnətdarlığımı bildirirəm.
 
Hörmətlə: Elxas Comərdov, Ağsu rayon, Ləngəbiz kənd sakini.


Oxunub: 384






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim