reklam
USD
7 ℃
EUR
BAKI

190 manatı almaq istəyənlər bu xəbəri MÜTLƏQ OXUSUNLAR!

XƏBƏR / 24.04.2020 21:24
190 manatı almaq istəyənlər bu xəbəri MÜTLƏQ OXUSUNLAR!


Hələ də 190 manat birdəfəlik ödəmənin təyini ilə bağlı xəbərdarlıq sms-ni almayanlar var. Bu, həm də o zaman olur ki, vətəndaş qeydiyyatdan keçən zaman mobil nömrənin rəqəmlərindən birini və ya bir neçəsini səhv yazır. Bu da həmin o xəbərdarlıq sms-nin başqa şəxsə getməsinə səbəb olur.

carciTV xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "Qızım yardım üçün müraciət etmişdi, lakin ona başqa adamın ad, soyadı gəlmişdi. Qızımın öz adı gəlməyib".

Sakin: "Mənə başqa adamın adı gəlib, tanımıram kimdir. Heç nəslimizdə elə adam yoxdur".

Son vaxtlar oxşar müraciətlər çoxalıb. Vətəndaşa birdəfəlik ödəmənin təyin olunması ilə bağlı sms göndərilir, amma orada başqa bir adamın adı, soyadı qeyd olunur. Dövlət Məşğulluq Xidməti bunu vətəndaşların qeydiyyatdan keçən zaman öz mobil nömrəsini elektron sistem üzərindən səhv qeyd etməsi ilə əlaqələndirir. Bir rəqəmin belə səhv qeyd olunması artıq təyinat barədə sms-in başqa bir adama getməsi ilə nəticələnir.

Əsmər Nəcməddinqızı - DMX-ın mətbuat katibi: "Bu kimi hallarla üzləşən şəxslərdən xahiş edirik ki, onlar yaşadıqları ərazi üzrə rayon, şəhər məşğulluq mərkəzləri ilə əlaqə saxlasınlar və bu barədə məşğulluq mərkəzlərinin əməkdaşlarına informasiya versinlər ki, mərkəzin əməkdaşları bunu araşdırıb, artıq təyinat aparılan vətəndaşla əlaqə saxlayaraq, ona bu barədə məlumat verə bilsinlər".

Artıq bu kimi halların baş verməməsi üçün e-sosial portalı üzərindən qeydiyyatla bağlı bir yenilik həyata keçirilib.

Əsmər Nəcməddinqızı - DMX-ın mətbuat katibi: "Artıq vətəndaş qeydiyyatdan keçən zaman onun mobil nömrəsinə sms vasitəsilə bildiriş kodu gəlir. Həmin şifrəni artıq daxil edəndən sonra vətəndaş öz qeydiyyatını tamamlaya bilir".

Bu günə qədər qeydiyyatdan keçən, amma elektron sistemdə öz mobil nömrəsini səhv yazıdığını düşünən vətəndaşlar məşğulluq mərkəzləri ilə əlaqə saxlayıb, bu səhvi aradan qaldıra bilərlər.


Oxunub: 627






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim