reklam
USD
3 ℃
EUR
BAKI

Ağsuda məmur özbaşınalığı Ləngəbiz sakinlərini dövlətdən narazı salır - VİDEO

CANLI TV / 29.04.2020 00:02

Ağsuda məmur özbaşınalığı Ləngəbiz sakinlərini dövlətdən narazı salır - VİDEO


Kainat.tv-yə istinadən carciTV xəbər verir ki, Ağsuda məmur özbaşınalığı Ləngəbiz sakinlərini dövlətdən narazı salır -  Son vaxtlar dovlət başçısının vətəndaşlarla görüşl'rində, - "bəzən mənə məlumatları olduğu kimi çatdırmırlar" söyləməsindən sonra, ictimai nəzarətin gücləndirilməsi tövsiyyəsi, vətəndaşlara birbaşa ona yazmalarını, xəbər vermələrini tapşırması, vətəndaşlarda dövlət başçısının ətrafında sıx birləşmələrinə bir daha təkan verirdi.

Bu fikirləri təhlil edərkən, Milli Məclisin deputatlarından "Prezidentə yalan məlumatlar verirlər" açıqlaması ətrafında, - "bu necə ola bilər", - deyib düşünərkən bir məlumatın bütün şübhələrimi alt - üst etdiyindən, deyilənlərin həqiqət olduğun anladım.

Bir neçə gün bundan öncə Ağsu rayon Ləngəbiz kəndində sakinlərlə sahibkar arasında baş verən anlaşılmamazlıq zamanı, rayon polis şöbəsinin əməkdaşlarının birbaşa sahibkarın yanında olub, uşaq, cavan, ahıl yaşlı, qadın, qız, gəlin düşünmədən sakinlərə qarşı törətdiyi zorakılığa DİN nin Mətbuat Xidmətinin Şəki Regional Mətbuat Xidmətinin məlumatı məni təəccübləndirdi. Guya ki, sahibkarın çobanı sürüsün İsmayıllı rayonuna keçirirmiş, camaat karantin rejimin pozaraq buna maneçilik törədib və ora dəvət olunan polislərə həmin bir qrup sakini polis bölməsinə aparıb, qanuna müvafiq, karantin rejimini pozduqlarına görə inzibati məsuliyyətə cəlb ediblər.

Düzü bu anlaşılmaz açıqlama ilə bərabər, camaatın ah-naləsin əks etdirən auido - video yazılar, ölkə başçısının və deputatın söylədiklərinin həqiqət olduğun mənim üçün ortaya qoydu... Çünki, eşitdiyimə görə, o sahibkar, illər öncədən kəndin inzibati ərazisi olan, kənd camaatının heyvanlarının otlaması üçün örüş yeri kimi bələdiyyə sənədlərində öz əksin tapan, Ləngəbiz dağlarını 99 illik müqavilə ilə icarəyə götürüb. Dövlətin bu yaxınlarda, 99 illik müqavilələrin qanunla 15 illiyə endirməsi və bu barədə bələdiyyələrə bu kimi mövcud məsələlərə baxıb, həmin müqavilələrin ləğv edilməsi tövsiyyəsindən sonra, qanunun tələbindən yerli bələdiyyə məsələyə baxıb və icra edilib. Yəni, sahibkarla bağlanan 99 illik müqavilənin 15 ili ötən ilə düşdüyündən, yerli bələdiyyə bunu iclas protokolu ilə ləğv edib. Deməli, qanunla həmin sahibkarın o dağda icarəyə yeri yoxdur. Həmin ərazi bütövlükdə kəndin örüş yeri kimi öz hüququ statusun qazanıb. Verilən məlumatda, guya ki, sahibkar 5 - 6 minlik heyvan sürüsün İsmayıllıya aparırmış, Ləngəbiz kəndinin ərazisindən keçirmiş...

Əgər belə idisə, heyvanları çoban niyə yol qırağıyla yox, birbaşa sakinlərin zəmisindən, özü də üzü Ləngəbiz dağlarına tərəf aparırmış..?

Hadisədən 10 (on) günə qədər vaxt keçməsinə baxmayaraq, həmin sahibkar heyvanları bu günə kimi həmin dağda niyə saxlayır..?

Yalanın, faktın həqiqət olmadığını buradan aydın görmək olur... Kənd camaatının üzərinə polis maşınının sürülməsinə, onların təhqir olunmasına, döyülməsinə dair iddalar, sakinlərin mediaya, sosial şəbəkələrə göndərdiyi audio yazılarda və video çəkilişdə olduğu kimi öz əksini tapır.

Əgər yuxarıda sadaladıqlarıma həqiqətə uyğun, olduğu kimi aydınlıq gətirilsəydi, məsələnin ciddi araşdırılmasına ehtiyac yaranardı. Kənd sakinlərinin dövlət başçısına etdiyi müraciətin ciddi araşdırılması üçün mütləq həqiqəti ortaya çıxarmaq lazımdır.

P. S.Quba rayonunda, İsmayıllı rayonunda baş verən və bu gün Ağsu rayonunun Ləngəbiz kəndində baş verən bu kimi hallar, ölkə başçısının təbrincə desək - birbaşa məmur qudurğanlığının bariz nümunəsidir. Audio yazıda səsləndirildiyi kimi,əgər həmin heyvanlar sahibkara yox, adı camaatın dilində deyilən şəxslərə məxsusdursa, mütləq araşdırılmalıdır.


Oxunub: 362






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim