reklam
USD
3 ℃
EUR
BAKI

“Ümid” yatağında yeni quyunun qazılmasına başlanılıb

XƏBƏR / 05.05.2020 22:52
"Ümid” yatağında yeni quyunun qazılmasına başlanılıb

 
Mayın 5-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Ümid” yatağındakı "Ümid-1” platformasında olub, burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxış keçirib və yeni quyunun qazılmasına start verib.

carciTV xəbər verir ki, şirkət rəhbərinə istehsalat ərazisində həyata keçirilən təmir işləri barədə məlumat verilib.

Qeyd edilib ki, "Ümid'' yatağından hasilatın tezləşdirilməsi üçün "Ümid-1” platformasından əlavə 2 quyu qazılacaq.Yeni quyuların qazılması ilə əlaqədar platformada yenidənqurma işləri aparılıb, istehsal gücü artırılıb, qaz hasilatının gündəlik 2,4 milyon kubmetrdən 6,6 milyon kubmetrə qədər çatdırılması planlaşdırılıb. Platformada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə avtomatlaşdırılmış yanğınsöndürmə, rəqəmsal nəzarət-idarəetmə, video müşahidə sistemləri quraşdırılaraq istifadəyə verilib.

SOCAR prezidentinin iştirakı ilə "Ümid-1” platformasında yeni hasilat quyusunun qazılmasına start verilib. Quyunun layihə dərinliyi 6 270 metr, hasilatı isə gündəlik 1,5-2 milyon kubmetr qaz həcmində planlaşdırılır. Quyu istismara verildikdən sonra "Ümid” yatağından qaz hasilatının gündəlik 3-3.5 milyon kubmetrdən 4,5-5 milyon kubmetrə qədər artırılması gözlənilir. Yeni quyunın layihələndirilmə işləri SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən aparılıb, Böyük Britaniyanın məşhur "Norwell” mühəndislik şirkəti ilə razılaşdırılıb.

Quyunun qazmasına hazırlıq işləri 2019-cu ilin may ayında başlanılıb. İlk dəfə olaraq burada bütün qazma prosesi "Umid Babek Operation Company” (UBOC) Əməliyyat Şirkəti tərəfindən idarə ediləcək.

2010-cu ildə Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş ilk yataq olan "Ümid” Xəzər dənizində, Bakıdan cənub istiqamətində 40 kilometr məsafədə yerləşir. İstismarına 2012-ci ildə başlanılmış qaz-kondensat yatağından indiyədək ümumilikdə 3,4 milyard kubmetr qaz və 540 min ton kondensat çıxarılıb. Hazırda yataqda bir platformadan 3 quyu istismar edilir.

Qarşıdakı dövrdə "Ümid” yatağında daha bir platformanın (Ümid-2) tikilib quraşdırılması, yaxınlıqdakı "Babək” strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılıb. "Ümid-Babək” blokundan hasil olunacaq qaz və kondensatın ilkin emalı üçün gündəlik 24 milyon kubmetr ötürücü gücündə Daşgil-2 terminalı tikilir. Çıxarılan məhsul terminala sualtı boru xətti vasitəsilə çatdırılacaq. Terminalın 2019-cu ilin sentyabrında başlanılmış tikinti işləri hazırda davam etdirilir. Gələcəkdə "Babək” strukturunda qazılacaq kəşfiyyat quyusundan hasil olunacaq məhsulun boru xətti vasitəsilə "Ümid-1” platformasına, oradan isə sualtı xətt ilə Daşgil-2 terminalına nəql edilməsi nəzərdə tutulub.


Oxunub: 500






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim