reklam
USD
16 ℃
EUR
BAKI

İndiyədək KMDF-ə toplanmış vəsaitlərdən istifadə edilməyib (RƏSMİ)

REPORTAJ / 05.05.2020 23:07
İndiyədək KMDF-ə toplanmış vəsaitlərdən istifadə edilməyib (RƏSMİ)


Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının yayılması ilə bağlı mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsiidir. 

carciTV xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Fondun vəsaitlərinin xərclənməsinə nəzarət məqsədilə aprel ayının 11-də Baş Nazirin müvafiq Sərəncamı ilə İctimai Nəzarət Şurası yaradılıb və Fondun vəsaitinin sərəncamçısı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edilib. İctimai Nəzarət Şurasının əsas fəaliyyəti Fonda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığa və maliyyə hesabatlılığına nəzarət etmək, həmçinin ictimaiyyətin bununla bağlı mütəmadi məlumatlandırılmasını təmin etməkdir.

Mayın 5-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib. İclasda Fondun fəaliyyəti, toplanmış maliyyə vəsaitlərinin təyinatı üzrə istifadəsi zamanı şəffaflıq və hesabatlılıq məsələləri müzakirə olunub.

Bildirilib ki, ianələrin məbləğindən və ödənişi həyata keçirənin sosial statusundan asılı olmayaraq Fonda toplanan vəsaitlər haqqında məlumat ictimaiyyətə açıqdır və gündəlik olaraq rəsmi internet saytında (http://covid19fund.gov.az/az/) yerləşdirilir. İctimaiyyətin bütün təbəqələrindən olan vətəndaşlar, hüquqi və fiziki şəxslər, sahibkarlar ölkə üçün hazırkı çətin sınaq dövründə həmrəylik nümayiş etdirərək Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirirlər. 4 may 2020-ci il tarixinə Fonda edilən ianələrin ümumi məbləği 113 milyon manat, 157 min ABŞ dolları, 87,5 min avro və 150 min rubl təşkil edir.

Qeyd edək ki, Fonda toplanan vəsaitlərin koronavirusla mübarizəyə - xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə yönəldilməsi nəzərdə tutulur. Fonda vəsaitlərin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılıb və bu vəsaitlərdən istifadə edilməsi Nazirlər Kabinetinin müəyyən etdiyi gəlir və xərclər smetası əsasında həyata keçirilir. İndiyədək Fonda toplanmış vəsaitlərdən hər hansı formada istifadə edilməyib.

Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırılıb.


Oxunub: 387






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim