reklam
USD
16 ℃
EUR
BAKI

Azərbaycanın dəmir yolları faşizm üzərində qələbədə hansı rolu oynayıb?

REPORTAJ / 09.05.2020 12:41
Azərbaycanın dəmir yolları faşizm üzərində qələbədə hansı rolu oynayıb?


Bu gün faşizm üzərində qələbədən 75 il ötür. Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Faşizm üzərində qələbədə ölkənin dəmir yolları da həlledici rol oynayıb.

carciTV xəbər verir ki, bununla bağlı tarixçi Elmin İmanov "Report”a açıqlama verib.

Onun sözlərinə görə, II Dünya müharibəsi zamanı ön cəbhəni yanacaqla təmin edən əsas mərkəzlərdən biri də məhz Bakı şəhəri olub: "Həmin dövrdə bir nömrəli nəqliyyat növü dəmir yolu xətti idi. Həm yaralıların arxa cəbhəyə daşınmasında, həm də ərzaq məhsullarının, silah-sursat ehtiyat hissələrinin cəbhəyə daşınmasında, xüsusilə neft və neft məhsullarının daşınmasında qatarların müstəsna xidməti olub. 1941-ci ildə Azərbaycanda Salyan-Neftçala, Culfa-Mincuvan, Şirvan-Papanin arasında dəmir yolu xətti istifadəyə verilmişdi".

E.İmanov qeyd edib ki, həmin vaxt Azərbaycanda arxa cəbhəni təmsil edənlər bu işdə xüsusi fədakarlıq göstərirdilər: "Polad magistralın əməkçiləri cəbhəyə daşımaların vaxtlı-vaxtında çatdırılması, qatarların təhlükəsiz şəraitdə və yüksək sürətlə idarə olunması üçün bütün qüvvələrini səfərbər edirdilər. Ön cəbhədə qələbəni təmin etmək üçün arxa cəbhədə güclü təminat lazım idi. 1941-1945-ci illərdə Bakıdan cəbhəyə 75 milyon ton neft yanacağı göndərilib, benzin və sürtgü yağlarına olan tələbatın 75-90 faizi Bakı nefti sayəsində ödənilib. Müharibənin ilk günlərində, hər şeyin cəbhə üçün səfərbər olunduğu bir vaxtda, 1941-ci il iyun ayının 23-də qatarların xüsusi hərbi qrafik üzrə hərəkətə keçirilməsi barədə əmr verildi. Hazırlıq işləri bir sutka ərzində başa çatmalı idi. Çünki belə məqamda ləngimək uduzmağa bərabər idi. Bu işin həyata keçirilməsinə yardım etmək məqsədi ilə Azərbaycanın partiya orqanları, siyasi şöbələri və dəmiryol idarəsinin mütəxəssisləri iri stansiyalara toplaşırdılar. Birinci növbədə, hərbçilər və hərbi texnika ilə yüklü vaqonların hərəkət qrafiki müəyyənləşdirildi. Elə müharibənin ilk günlərindən etibarən, sərnişindaşıma işi məhdudlaşdırıldı. Sərnişin qatarı vaqonlarının profilləri dəyişdirilərək sanitar qurğular quraşdırıldı. Dəmiryolçuların bu işə fəal cəlb olunması ilk gündən öz bəhrəsini verməyə başladı. Bir faktı demək lazımdır ki, Azərbaycandan Zaqafqaziya hüdudlarından kənara göndərilən qatarların sayı təkcə iyun ayında 10% artmışdı. Ümumiyyətlə, ölkənin dəmir yolları faşizm üzərində qələbənin əldə edilməsində həlledici rol oynayıb". 


Oxunub: 514






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim