reklam
USD
3 ℃
EUR
BAKI

Sənətçi Manaf Ağayev “Skype” vasitəsilə aparıcı Zaur Baxşəliyevlə efirə danışdı

MARAQLI / 11.05.2020 21:21
Sənətçi Manaf Ağayev "Skype” vasitəsilə aparıcı Zaur Baxşəliyevlə efirə danışdı


"Evdə oturmaq olmur. Təmiz havaya çıxmaq lazımdır. Ona görə də, gəlmişəm Buzovnadakı bağıma. Mənim işim elə qonaq qəbul etməkdir”.

carciTV xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev ATV kanalında yayımlanan "Bizimləsən” sosial-ictimai proqramına "Skype” vasitəsilə onlayn qoşulma zamanı deyib.

Verilişin aparıcısı Zaur Baxşəliyevin sənətçiyə ünvanladığı "Səs gəlir qulağıma. Yanında kimsə var?” sualına Manaf belə cavab verib:"Bağımda, əslində, çox adam var: bağban, mühafizəçi, oğlum Elçin gəlib yanıma”.M.Ağayev övladlarından ayrıca söz açıb:

"Oğullarımdan biri icbari sığorta agentliyində, o biri isə bankda işləyir. Qızımla bir oğlumun ifaçılıq istedadı olsa da, onların elə dövlət işində işləmələri daha yaxşıdır. Uşaqlarım çox savadlıdır. Hamısı ali təhsillidir. Onlar Manaf Ağayevin adı ilə deyil, öz bilikləri ilə universitetə daxil olublar. Övladlarımla fəxr edirəm”.

Daha sonra sənətçi sağlamlığında ciddi problemlərin olduğunu söyləyib:

"35 ildir ki, sənətdəyəm. Gəzmədiyim yer yoxdur. Əzab-əziyyətlə, alın tərimlə bunları qurmuşam, canım xəstə düşüb. Heç kimin indiyə kimi pulunu kəsməmişəm, oğurluq etməmişəm. Hamısını özüm etmişəm. Oruc tutmasam da, uşaqlarımın hamısı tutur. Çoxlu dərman qəbul edirəm. Bir az ağrılarım var, müalicə alıram. Bu da düzələr”.

Proqramın gedişatında sənətçi Zaurun təkidi ilə dəbdəbəli bağ evini kameralar önündə sərgiləyib.

Qeyd edək ki, M.Ağayevin iki oğlu, bir qızı var. Sənətçi böyük oğlu Elçini iki il öncə evləndirib. Bu toy mərasimi mediaya qapalı şəkildə keçib. Bir neçə ay öncə isə müğənninin ikinci oğlu Müşfiq nişanlanıb.


Oxunub: 394






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim