reklam
USD
4 ℃
EUR
BAKI

DTX-nın qandalladığı Sultanovun dəhşətli CİNAYƏTLƏRİ

XƏBƏR / 11.05.2020 22:10
DTX-nın qandalladığı Sultanovun dəhşətli CİNAYƏTLƏRİ


Azərbaycan ziyalılarının və köhnə bakılıların çoxdan gözlədiyi hadisə gəlib çatdı-hakimiyyət köhnə Bakının arxitektura incilərini məhv edən məmurlardan birini cəzalandırdı. Bəli, söhbət Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovdan gedir.

Bankirə oxşayan və taleyin Xətai rayon İcra Hakimiyyətinin kabinetlərindən birindən Bakı meriyasının arxitektura müfəttişliyinə (təsəvvür edin, bir vaxtlar belə struktur da olub!) atdığı bu məmur Müdafiə Nazirliyinin təchizat idarəsindən Mədəniyyət Nazirliyinə qədər gedib çıxdı. Nəhayət özünün yeni ətrafı ilə birlikdə aparıcı postsovet banklarından birinin ikinci mərtəbəsindəki həmin mənasız xidmətində məskunlaşdı.

Olduqca simvolikdir ki, "rəngsiz” və geridə qalmış Sultanov tamamilə heysiyyatsız və iradəsiz biridir, mədəni irs dəyərlərindən tamamilə uzaqdır və tarixi şüur, xüsusən də tarixi yaddaş kimi fəlsəfi təsəvvürlər ona yaddır. Sultanov tipik tipik fleqmatikdir, laqeyd konformistdir, hesabını aparmağı yaxşı bacaran alverçidir.

Və bu cür şəxsi keyfiyyətlərə malik adam Azərbaycanın mədəni irsinin nəinki qorunmasına, eləcə də bərpasına cavabdeh olan dövlət xidmətinin başına gətirilmişdi. Nəticə isə ortadadır.

Əfsanəvi Həkimlər Evi dağıdılır? Qoy olsun! Tağıyev küçəsindəki Bakının ilk neft bumu zamanı tikilmiş arxitektura incisi sökülür? Nə olsun axı?!

Mədəniyyət Nazirliyinin rəhbərliyindən kimsə böyük Cəfər Cabbarlının ev muzeyini yerində yeni çoxmərtəbəli bina tikilməsi üçün satıb? Boş şeydir, axı bu bu köhnə ev çoxdandır baxımsız qalıb, qəzalı vəziyyətdədir və onu söküb eksponatlarını yeni tikilən binaya köçürmək olar!

Keçmiş Sovetksi küçəsində arxitekturalı evlər sökülür? Görürsənmi, daxmalardan ibarət kvartalın ortasında 2-3 arxitekturalı evi sökməklə nə olaacaq ki?

Bütün bakılıların sevdiyi atlantlı Evi sökürlər? Olsun, axı qədim yunan mifologiyası bizim nəyimizə lazımdır, biz türk xalqıyıq və öz miflərimizlə yaşayırıq!

Yusif Məmmədəliyev küçəsindəki monumental binanı yerlə bir ediblər? Lap yaxşı! Bizə XIX əsrin atavizmləri nəyə gərəkdir, axı Bakı yeni Dubaydır, bizə daha çox beton və şüşə binalar lazımdır!

Messenat Tağıyevin Mərdəkandakı villasını sökürlər? Bu bağ evi bizim nəyimizə gərəkdir, dövlət Bakının mərkəzində Tağıyevin evinin keşiyində dayanıb.

Əzizbəyov və Rəhimov küçələrinin kəsişməsində 1901-ci ildə tikilmiş üç tarixi binanı da sökürlər!!! Bütün sualları meriyaya ünvanlamaq lazımdır, çünki onlar həmin binaların yerində yeni çoxmərtəbəli bina tikməyi məsləhət biliblər!

Tağı bəy Səfərəliyevin unikal evi dağıdılır?! Təəsüf, qəzalı idi və onu xilas etmək mümkün olmadı…

Azərbaycanın mədəni irsinin qorunmasına və bərpasına məsul olan məmurun minlərlə olmasa da yüzlərlə belə əməllərini sadalamaq olar. Bəs digər şəhərlərdə tarixi irsin məhv edilməsinə dair nə qədər nümunələr var?! Qədim Gəncənin arxitekturası buldozerlərin altına necə verildi! Oğuzda alban kilsəsini necə dağıtdılar! Bərdədəki orta əsrlər türbəsini bərpa adı ilə ucuz İran kafeli ilə necə örtdülər?

Öz ölkənin mədəni irsinin məhv edilməsində əli olduğunu bilə-bilə necə yaşamaq olar axı?! Zakir Sultaov isə sakitcə, rahat yaşayırdı, qətiyyən vicdanı ağrımırdı. Bu məmur məmnun idi və buldozerlərin altında qalan tarixi irsimizə sakitcə baxırdı.

Sultanov öz şəxsi mənfəəti naminə bir-birinin ardınca arxitekturalı binaların Mədəniyyət Nazirliyinin reyestrindən çıxarılarq sökülməsinə icazə verirdi, hansı ki, həmin binaları bərpa etmək mümkün idi. Sultanov isə həmin binaları tikinti baronlarının ayaqları altına atırdı. Nə qədər belə evlər və tarixi abidələr dağıdıldı? Onlarla, yüzlərlə…Hesab isə milyonlarla ölçürdü. Baxın nəyə görə.

Sultanov günü gündən varlanırdı. Məmur Bakının tarixi Torqovı küçəsində bir neçə milyon dollara tikili aldı və orada paytaxt sakinləri üçün populyar olan kafe açdı. Sultanov bu sahədə parladı, indi o bakılılar arasında populyar olan "Black city” pivə-barı ilə fəxr edə bilər. Amma uzaqgörən məmur öz aktivlərinin böyük hissəsini qonşu Türkiyədə yerləşdirirdi, orada milliyyətcə türk olan sevimli arvadının adına mülklər, obyektlər alırdı.

Sultanovla hamı hesablaşırdı, onun qarşısında yaltaqlanırdılar, hörmətli adamların cərgəsində oturdurdular. Axı nazirin etibarlı adamı idi və Mədəniyyət Nazirliyində bütün tikinti işlərini kurasiya edirdi, elə deyilmi?! Bir neçə həftə əvvəl Bakı meriyası Torqovı küçəsindəki bütün əlavə tikililərin və kafelərin sökülməsinə qərar verdi, amma Sultanov yenə qanundan kənarda qaldı.

O burada da arxitektur harmoniyanı pozub-"Casual Brasserie” kafesi yolun piyadalar üçün hissəsini tutub, axı qanunu pozan məmura kim gözün üstə qaşın var deyəcək? Əgər adam şəhər arxitekturası ilə istədiyini edə bilərsə nəyə görə bu biznesmen, pardon, məmur qanunların başına da həmin oyunu açmasın?!

Sultanov indi dəmir barmaqlıqlar arxasındadır. Qoy onun həbsxana yolu uzun və tikanlı olsun. Və bütün bu illər ərzində biz inanımızı itirmirdik ki, Bakının arxitekturasının soyqırımına görə məsuliyyət daşıyan bu adam bir gün öz əməllərin görə cavab verəcək.

Hərçənd Sultanovun həbsi bizim tarixi yaralarımızı sağalda bilərmi? Şübhə edirəm. Həmin Sultanovun ayaqları altında bizim tariximiz qaldı…


Oxunub: 713






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim