reklam
USD
4 ℃
EUR
BAKI

SSRİ-də ilk elektrik qatarı Bakıda fəaliyyətə başlayıb VİDEO

CANLI TV / 11.05.2020 23:28

YouTube kanalı video hazırladı: SSRİ-də ilk elektrik qatarı Bakıda fəaliyyətə başlayıb (VİDEO)


Dəmir yolu nəqliyyatı mövzusunda ixtisaslaşmış Ukraynanın baxımlı "Железные магистрали” ("Dəmir magistrallar”) YouTube kanalı növbəti videomaterialını SSRİ-nin ilk elektrik qatarlarına həsr edib.

carciTV xəbər verir ki, izləyicilərini elektrikləşdirilmiş dəmir yolunun tarixi ilə tanış edən kanalın müəllifi Oleq Vasilyev Sovet İttifaqında birinci elektrik qatarının Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyətə başlamasından geniş bəhs edib.

"SSRİ-nin ilk elektrik qatarı: keçmiş və gələcək” adlı videomaterialda müəllif o zamanlar bütün texnoloji yeniliklərin adətən Sovet İttifaqının paytaxtı Moskva şəhərində tətbiq olunmasına eyham vuraraq, ilk dəfə elektrik qatarından Bakıda istifadə olunmasının səbəblərini izah etməyə çalışıb.

Müəllif həmçinin Azərbaycanda son illər elektrik qatarlarından geniş istifadə olunması istiqamətində görülən işlərdən söz açmış, köhnə dəmir yol xətlərinin bərpa olunması və ən son model elektrik qatarlarının sərnişinlərin ixtiyarına verilməsini qeyd edib. Bundan başqa, videoda Azərbaycanda elektrik qatarlarında tətbiq edilən gediş haqqının digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olması vurğulanıb.

Qeyd edək ki, 1926-cı il 6 iyul tarixində istifadəyə verilən Bakı – Sabunçu – Suraxanı elektrik dəmir yolu xətti nəinki Azərbaycanda, bütün SSRİ-də ilk belə xətt olub. 2015-ci ilin sentyabrın 12-də Bakı-Sumqayıt xəttinin açılışı baş tutub. Həmin xətt üzrə İsveçrənin "Stadler Rail Group” şirkətinin istehsalı olan ən müasir elektrik qatarları hərəkət etməyə başlayıb. 2020-ci ilin martın 18-də isə Abşeron dairəvi dəmir yolu xətti tam istismara verilib.


Oxunub: 415






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim