reklam
USD
26 ℃
EUR
BAKI

"Valideynlərim haqqımı yeyib məni küçəyə atıblar" İTTİHAM

REPORTAJ / 12.05.2020 12:02
"Valideynlərim haqqımı yeyib məni küçəyə atıblar" - Sabiq millət vəkilinin oğulluğundan İTTİHAM
 

Sabiq millət vəkili Cahangir Hüseynovun oğulluğu İbrahim Hüseynov atalığı və anasının ona yardım etmədiyi və onların, doğma atasından qalan mirası mənimsədikləri barədə şikayət edib. O bildirib ki, valideylərinin qərəzli hərəkəti səbəbilə o, hazırda çətin vəziyyətdə yaşayır.

carciTV xəbər verir ki, İbrahim Hüseynov Yeniavaz.com-a bildirdi ki, onun doğma atası 2012-ci ildə Rusiyada öldürülən kriminal avtoritet İlqar Cəbrayılovdur: "Mən hələ uşaq yaşlarımda olanda atamla anam ayrılıblar. Daha sonra anam sabiq millət vəkili Cahangir Hüseynovla evlənib. O adam məni 18-19 yaşlarıma kimi böyütdü ancaq, sonra anamla birgə məni atdılar. Mənim doğma atam olan İlqar Cəbrayılov kriminal avtoritet olub. "Ded Həsən"in ən yaxın adamlarından biri idi. İmkanlı, varlı adam olub. O vaxtlar atam Bakıda anama bir neçə milyon dollar dəyərində ev alıb vermişdi. Ancaq ailəm mənimlə yaxşı davranmadı, görüşmədilər. Anam da sonradan evləndiyi sabiq millət vəkili Cahangir Hüseynovun təsirinə düşərək məndən uzaqlaşdı. Ən pisi isə anam milyonlarla dollar dəyərindəki evi satıb pulunu atalığıma verdi. Mənə isə heç bir maddi yardım, dəstək çıxmadılar. Mən bu gün maddi çətinliklər içində yaşayıram. 9 ay küçədə parklarda, qarajda, bulvarda yatmışam. Köhnə qonşularım, dostlarım tanışlarım gəlib mənə pul, yemək verirdilər. İndi beş nəfərlə birlikdə kirayə ev tutmuşam orada qalıram".

"Valideynlərim haqqımı yeyib məni küçəyə atıblar"

İbrahim Hüseynov doğma atasından qalan miras ona təklif edildikdə belə, atalığının ona mane olduğunu söyləyib:
"Qeyd edim ki, 2014-cü ildə mən doğma qardaşım olduğunu öyrəndim. Onlarla söhbət edəndə mənə dedilər ki, atandan 5 milyona yaxın miras qalıb. Onun oğlu olduğun üçün sənə də miras çatacaq. Ancaq, anam ilə atalığım mənə icazə vermədilər. Onlar dedilər ki, sən artıq bu ailənin övladısan sənə miras lazım deyil, səni biz hər şeylə təmin edəcəyik. Ancaq onlar məni küçəyə atdılar. Atalığım əvvəllər mənə polisdə, DTX-da və sair dövlət işlərində işləməyi məsləhətlər görürdü. Ancaq mən o işlərdə çalışmaq istəməmişəm. O, həmişə mənim istədiyim istiqamətlərin əksinə çıxıb. Mənim hal hazırda maddi vəziyyətim yaxşı deyil, atalığım anamla birgə mənə qalacaq mirasları satıb yeyiblər. Ona görə, istəyirəm ki, heç olmasa haqqım olan pulu və ya mülkü mənə qaytarsınlar. Mən o adamdan başqa heç nə tələb etmirəm".

"Valideynlərim haqqımı yeyib məni küçəyə atıblar"

Mövzu ilə bağlı Cahangir Hüseynovla da əlaqə saxladıq. O bildirdi ki, İbrahim Hüseynovla heç bir əlaqəsi yoxdur, onun hər hansı şikayəti varsa, bunu qanuni yolla tələb etsin:
"Mən onu 10 il saxlamışam, 25 yaşı olanda da demişəm get harada istəyirsən orada yaşa. Mən uzun müddət ona baxmışam, böyütmüşəm, çörək vermişəm, demişəm bəlkə yaxşı olar. Ancaq sonradan gördüm ki, ona kömək etməməliyəm. İşə qoydum, ev tutdum onun üçün ancaq o, evdə qalmadı, çıxdı getdi. Nə etməliyəm, ölənə qədər onu evimdə saxlamalıyam? Əgər mənimlə bağlı hər hansı narazılığı varsa məhkəməyə versin. O şəxsin mənə heç bir aidiyyatı yoxdur".


Oxunub: 357






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim