reklam
USD
7 ℃
EUR
BAKI

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Samirə Musayeva kimdir? DOSYE

XƏBƏR / 14.05.2020 21:29
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Samirə Musayeva kimdir?



carciTV xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.
 
Prezident İlham Əliyevin Fərmanı ilə Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
 
Məlumat üçün bildirək ki, 1985-ci ildə anadan olan Samirə Musayevanın  sonuncu iş yeri Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsi olub.
 
2008-ci ildən – 23 yaşından Vergilər Nazirliyində çalışan Samirə Musayeva 2003-cü ildə orta təhsilini başa vuran Samirə Musayeva, həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2007-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.
  
Daha sonra o, 2007-2009-cu illərdə Bakı Dövlət Universitetinin  hüquq fakültəsində magistr təhsili alıb. Samirə Musayeva, magistr təhsilinidə fərqlənmə diplomu ilə bitirib.
2007-ci ildə ali təhsilini başa vuran Samirə Musayeva, həmin ildəcə sənədlərini yeni yaradılan Bakı Apelyasiya Məhkəməsinə verib. 22 yaşında Bakı Apelyasiya Məhkəməsi sədrinin köməkçisi vəzifəsinə qəbul olunub. Bu vəzifədə 6 ay çalışdıqdan sonra Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə hüquqşünas kimi işə qəbul olunub.
 
2 il sonra - 2010-cu ildə Samirə Musayeva Vergilər Nazirliyi  Hüquq Baş İdarəsinin rəis müavini, 2011-ci ildə isə Vergilər Nazirliyi  Hüquq Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
 
Samirə Musayeva "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.
 
2016-cı il fevralın 5-də Samirə Musayeva Vergilər Nazirliyi  Vergi siyasəti və Strateji araşdırmalar Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
  
2017-ci ildən isə Vergilər Nazirliyi  Vergi siyasəti və Strateji araşdırmalar Departamentinin baş direktoru olub.


Oxunub: 1403






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim