reklam
USD
10 ℃
EUR
BAKI

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində videoiclas keçirilib

REPORTAJ / 14.05.2020 23:05
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində videoiclas keçirilib


İclasda dövlətimizin başçısının əkinlərin suvarma suyu ilə təminatı istiqamətində qarşıya qoyduğu vəzifələr müzakirə olunub.

 

carciTV xəbər verir ki, ASC aparatı əməkdaşlarının və rayon idarələrinin rəhbərlərinin iştirak etdikləri onlayn iclasda Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dövlətimizin başçısının əkinlərin suvarma suyu ilə təminatı istiqamətində qarşıya qoyduğu vəzifələr, sudan səmərəli istifadə yolları, sel sularından və daşqınlardan mühafizə çərçivəsində görülən tədbirlər, koronavirusla mübarizə çərçivəsində tətbiq edilən karantin rejimi qaydalarına uyğun olaraq, meliorasiya və su təsərrüfatı sahəsində işlərin davam etdirilməsi, bu istiqamətdə qarşıda duran vəzifələrin vaxtında həyata keçirilməsi məsələləri müzakirə olunub.

Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadənin rəhbərliyi ilə keçən iclasda dövlətimizin başçısının melioratorların qarşısında qoyduğu vəzifələr bir daha diqqətə çatdırılıb və onların həlli yollarından danışılıb.

Əhməd Əhmədzadə bildirib ki, son illər yaşanan iqlim dəyişiklikləri və onun canlı aləmə təsiri getdikcə daha çox hiss olunmaqdadır. Bu problem təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də hiss edilir. Havaların isti keçməsi, eyni zamanda, yağışların az yağması, dağlarda qar örtüyünün azlığı ölkəmizdə su ehtiyatlarının azalmasına səbəb olub. Bu isə öz növbəsində əkin sahələrinin suvarılmasında müəyyən çətinliklər yaradır.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında su ehtiyatlarından səmərəli istifadənin mühüm amil olduğunu xatırladan Ə.Əhmədzadə vurğulayıb ki, son illər ölkəmizdə meliorasiya və irriqasiya sahəsində mühüm layihələr həyata keçirilib və keçirilməkdədir. Bu layihələr respublikada ərzaq təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının rəhbərliyi ilə meliorasiya sahəsində mühüm layihələrin həyata keçirilməsi, o cümlədən Şəmkirçay və Taxtakörpü su anbarlarının tikilməsi, kanalların çəkilməsi rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatına böyük töhfədir. Son bir neçə ildə təqribən yüz min hektara yaxın torpağa - vaxtilə suvarılmayan, yaxud da ki, suvarılması lazımi səviyyədə olmayan torpaqlara suyun verilməsi təmin olunub. Buna baxmayaraq, suvarma suyundan istifadə edərkən xeyli su itkiyə gedir. Bu baxımdan meliorasiya sahəsində, o cümlədən suvarmada müasir texnologiyaların tətbiqi zamanın tələbidir. Yeni texnologiyaların tətbiqi həm su itkisinin qarşısının alınmasına, həm də əkinlərin məhsuldarlığının yüksəlməsinə səbəb olacaq.

Hazırda ölkəmizdə yaz əkin dövrünün qızğın çağı olduğunu deyən ASC sədri qeyd edib ki, əkin sahələrinin suvarılmasında çətinliklərin yaranmaması üçün Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə yerlərdə su çatışmazlığının aradan qaldırılması ilə bağlı tədbirlər görülür. O cümlədən su idarəedilməsinin və uçotunun elektron sistem üzərindən aparılması istiqamətində işlər planlaşdırılır.

Əhməd Əhmədzadə Prezident İlham Əliyevin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılan komissiyanın ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsində, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsində və bu sahədə fəaliyyətin əlaqələndirilməsində önəmli rol oynayacağını bildirib.

Dövlətimizin başçısı tərəfindən rayonlarda subartezian quyularının qazılması ilə bağlı imzalanan sərəncamları da yüksək dəyərləndirən ASC sədri diqqətə çatdırıb ki, görülən bütün işlər əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasını, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsini təmin edəcək.

ASC-nin rayon idarələrinin rəhbərləri yerlərdəki mövcud vəziyyət barədə məlumat verdikdən sonra Ə.Əhmədzadə dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi barədə müvafiq tapşırıqlar verib.


Oxunub: 1402






SON XƏBƏRLƏR

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 DSMF Malayziyada iki beynəlxalq ali mükafata layiq görülüb

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image

15:26 Sərçə. Məryəm ƏLİYEVA

Product image

15:10 Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim