reklam
USD
16 ℃
EUR
BAKI

Əli Həsənovun topdağıtmaz varidatı - Araşdırma aparılacaq?

REPORTAJ / 16.05.2020 15:02
Əli Həsənovun topdağıtmaz varidatı - Araşdırma aparılacaq?


Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlər üçün dövlət tərəfindən tikilən evlərin bölgüsü zamanı baş verən qanunsuz hallardan danışandan sonra Baş nazirin keçmiş müavini Əli Həsənov diqqət mərkəzinə gəlib. 

Əli Həsənov həm də 20 il (1998-2018) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbərlik edib. Prezidentin tənqidi fikirləri məhz onun fəaliyyət dövrünə aid edilir. 

"Bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər", - deyə ölkə başçısı çıxışında bildirib.

Bu məsələ barədə mediada vaxtaşırı materiallar dərc edilib. Məcburi köçkünlər üçün tikilən evlərin əslində satıldığı faktlarla ictimaiyyətin diqqətinə çatdırılıb. İndi bunun Prezident səviyyəsində dilə gətirilməsi artıq Əli Həsənovun fəaliyyətinin araşdırılması məsələsini zərurətə çevirib.

Bu arada Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli Əli Həsənov və ailə üzvlərinin biznesi barədə maraqlar faktlar açıqlayıb. Jurnalistin sözlərinə görə, Əli Həsənovun kürəkəni Elman Allahverdyev Almaniyanın Hamburq şəhərində ilk şirkətini – "Lohimex GMBH” ni 2014-cü ildə qeydiyyatdan keçirib. Bu şirkət hazırda logistika sahəsində fəaliyyət göstərir.

Elman Allahverdiyev 2015-ci ilin martında Almaniyanın Lüneburg ədliyyəsində "Glorios Hotels Resorts GMBH” şirkətini qeydiyyatdan keçirərək Bad Bevensen kiçik kurort şəhərində, Lerchenweg 1-də yerləşən və bir neçə miyon avro dəyərində olan Kieferneck otelini satın almışdı. 2016-cı il maliyyə ilini şirkət 300 min avro zərər vurduqdan sonra Elman Allahverdiyev oteli dəyər-dəyməzinə satıb. 

Azərbaycanda da Elman Allahverdiyevin və Əli Həsənovun qızı Roza Allahverdiyevanın çoxşaxəli biznesi var. Məsələn, Elman Allahverdiyevin 2004-cü ildə təsis etdiyi "Gardenia" Məhdud Məsuliyyətli Cəmiyyəti (hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli, ev 134) yaşıllaşdırma, suvarma sistemlərinin quraşdırılması və satışı sahəsində ixtisaslaşıb, Hollandiya, İtaliya, Almaniya, İsrail, Türkiyə, Rusiyadan müvafiq sistemlərin, gübrələrin, dekorativ ağac və güllərin idxalını həyata keçirir. Şirkət Əli Həsənovun nüfuzu sayəsində iri dövlət sifarişlərindən külli-miqdarda vəsait əldə edib. Hazırda paytaxtın Atatürk prospektində, Novxanıda və Sumqayıtda hektarlarla ərazidə yaşıllaşdırma sahələri və 3 satış mərkəzi var.

Onun 2007-ci ilin aprelin 3-də təsis etdiyi "Semari" Məhdud Məsuliyyətli Cəmiyyəti də (hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Məhəmməd ibn Hinduşah ev 618 məhəllə10, mənzil 16) bitkiçilik və yaşıllaşdırma sahəsində fəaliyyət göstərir.

Elman Allahverdiyevin təsiçiliyi ilə daha bir şirkət - "C.T.S. Automotiv” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ilin iyulunda qeydiyyatdan keçib, hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Məhəmməd ibn Hinduşah, ev 618, məhəllə10, mənzil 16.

Əli Həsənovun qızı Roza Əli qızı Allahverdiyeva "Gardenia” MMC-nin maliyyə direktorudur. Əli Həsənovun qızı həmçinin 2016--cı ilin mayında qeydiyyatdan keçmiş "Golden House " Mənzil Tikinti Kooperativinin təsisçisidir. Şirkət tikinti sektorunda fəaliyyət göstərir və dövlət sifarişlərinin icrasında iştirak edir.

Elman Allahverdiyevin oğlu Nail Allahverdiyevlə bağlı qalmaqalı da yada salmaq yerinə düşər. O, 2017-ci ildə avtoxuliqanlıq nəticəsində qəza törədərək iki nəfərin ölümünə səbəb olmuşdu. Amma yüksək vəzifə sahibi olan babasının sayəsində iki il sonra azadlığa buraxıldı. Nail Allahverdiyevin bahalı avtomobillər kolleksiyası və yüksək sürət həvəskarı olduğu barədə də faktlar mövcuddur. 

Mənbə: "Yeni Sabah"



Oxunub: 429






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim