reklam
USD
1 ℃
EUR
BAKI

“The Times-Azerbaijan” şirkətinin direktoru həbs edildi

CANLI TV / 17.05.2020 01:58
"The Times-Azerbaijan” şirkətinin direktoru həbs edildi


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda ittiham edilən "The Times-Azerbaijan” şirkətinin direktoru Ceyhun Hacıyevi saxlayıblar.

carciTV xəbər verir ki,  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Şirkət xaricdə təhsil, xüsusən vətəndaşlara Türkiyə universitetlərində təhsil almağa kömək üzrə ixtisaslaşıb.

Şirvandan olan C.Hacıyev müştəriləri aldatmaqda və pul vəsaitlərini mənimsəməkdə ittiham olunur. Bu günə qədər onun barəsində başlanmış cinayət işində iki epizod var. C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri üzrə ittiham irəli sürülüb.

Yeri gəlmişkən, "The Times-Azerbaijan”ın ofisi tanınmış "Study in Turkey Azerbaijan” şirkətinin yerləşdiyi binada - "Azure Park” ticarət mərkəzindədir.

"Study in Turkey Azerbaijan”ın 32 yaşlı rəhbəri və xaricdə təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev də fevralın 14-dən həbsdədir və eyni maddələr üzrə ittiham olunur. F.Hacıyevin işində 10-dan artıq epizod var. Bunlar Kanadada işə düzəlmək, həmçinin Türkiyə və Ukraynada təhsil almaqla bağlıdır.

Göstərilən hallar üzrə saxtakarlıq nəticəsində dəymiş zərərin miqdarı 300 min manatdan çoxdur.

Qeyd edək ki, C.Hacıyev və F.Hacıyev yaxın dostdur.

Hazırda istintaq tərəfindən tutulan C.Hacıyevin digər oxşar cinayətlərdə iştirakının müəyyənləşdirilməsi üçün yoxlama aparılır.

C.Hacıyev tərəfindən aldadılmanın qurbanı olan vətəndaşlar Xətai RPİ-yə müraciət edə bilərlər.


Oxunub: 950






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim