reklam
USD
17 ℃
EUR
BAKI

PREZİDENTDƏN SÖZ İSTƏYƏN İCRA BAŞÇISI NAZİM İSMAYILOV

REPORTAJ / 17.05.2020 19:54

PREZİDENTDƏN SÖZ İSTƏYƏN İCRA BAŞÇISI... - Saatlının işdən azad olunan icra başçısı nə ilə yadda qaldı? – VİDEO



Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki,N.İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.

carciTV xəbər verir ki, 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirən N.İsmayılova aid internetdəki "Vikipediya” səhifəsində sabiq başçının siyasətçi olduğu qeyd edilir, ixtisası isə " Energetika mühəndisi və politoloq”(?) kimi göstərilir.

Qeyd edək ki, N.İsmayılov 30 ilə yaxın müddətdə icra hakimiyyəti strukturlarında yüksək vəzifələr tutub və ötən il Saatlıya başçı təyin olunmazdan əvvəl Göyçay, Şamaxı və Sabirabad rayonlarının icra başçısı olub.

Mətbuatda onun rəhbərlik etdiyi rayonlarda yaşayan əhalinin şikayətlərini əks etdirən kifayət qədər çoxlu sayda materiallara, korrupsiya iddialarına rast gəlmək olar.

Ancaq Azərbaycan reallıqlarını nəzərə alsaq, burada qeyri-adi bir şey yoxdur. Çünki icra başçılarının böyük əksəriyyətinin "iş prinsipləri” hamıya yaxşı məlumdur və bu cəhətdən yəqin ki, Saatlının artıq sabiq icra başçısı da digər həmkarlarından geri qalmayıb.

Lakin N.İsmayılov geniş ictimaiyyət arasında daha çox ötən ilin dekabrında Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədəki çıxışı ilə yadda qalıb.

Adətən icra başçılarının belə iclaslarda "ağzına su alıb” oturduqları, dindirən olmasa dinmədikləri və "xəta-bəladan uzaq olmaq üçün” iclasın mümkün qədər tez bitməsini arzuladıqları halda, N.İsmayılov həmin iclasda ölkə başçısından söz istəmişdi.

Əslində, hər başçının, hətta nazirin cəsarət etmədiyi bu addımı atan N.İsmayılov Saatlıda pambıqçılığın əsas problemi olan suvarma məsələsini qaldırmışdı. O, dolayısı ilə bu problemin mövcudluğunda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini və onun rəhbəri Əhməd Əhmədzadəni günahlandırmışdı.

Bunun da nəticəsində ölkə başçısı N.İsmayılovun çıxışından sonra Əhməd Əhmədzadədən problemlə bağlı izahat tələb etmişdi. 

Bunun başçının rayonun problemlərinə doğrudan da can yandırdığı, yoxsa Ə.Əhmədzadəni "vurmaq” üçün etdiyinə dair bir şey söyləmək çətindir. Ümid edək ki, birinci variant doğrudur və N.İsmayılov doğrudan da rayonun suvarma probleminin həllini istəyib...

N.İsmayılovun həmin iclasdakı çıxışı: 


Oxunub: 673






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim