reklam
USD
4 ℃
EUR
BAKI

İranda nə qədər azərbaycanlı yaşayır: 35, yoxsa 50 milyon...

REPORTAJ / 18.05.2020 21:19
İranda nə qədər azərbaycanlı yaşayır: 35, yoxsa 50 milyon...


carciTV xəbər verir ki, bütün dünyaya məlumdur ki, ən çox azərbaycanlı yaşayan ölkə İrandır. Ancaq bir neçə onillikdir ki, burada yaşayan soydaşlarımızın sayı 30 milyon göstərilir, artım dilə gətirilmir. Qeyri-rəsmi rəqəmlərdə bu say 50 milyondan yuxarı qeyd edilir. Rəsmi açıqlamada isə gerçəklik dəfələrlə kiçildilir, guya bu ölkədə 8 milyon azərbaycanlı yaşayır.

Əgər İslam inqilabından sonrakı 40 ildə bu ölkənin əhalisinin sayı 3 dəfə artıbsa, azərbaycanlıların sayı necə dəyişməyə bilər?.

Məsələnin siyasi tərəfinə varmadan sırf statistik göstəriciləri araşdırmağa çalışdıq.

On iki ildir İrandan gəlib Azərbaycanda məskunlaşan Araz Obalı Modern.az saytına açıqlamasında bu günə kimi məsələnin dəqiqləşdirilmədiyini deyir:

"Cənubi Azərbaycanda nə qədər azərbaycanlının yaşadığını rəsmi rəqəmlərlə söyləmək çətindir. Çünki İran dövləti də rəsmi statistik rəqəmlər ortaya qoymayıb. Bu da ən böyük problem yaradır. Üstəlik soydaşlarımızın sayı barədə araşdırma da aparılmır”.

Araz Obalı İranın sabiq xarici işlər naziri Əliəkbər Salihi məsələyə münasibətini də qeyd edib:

"Əslində, bu suala İranın xarici işlər naziri qismən də olsa cavab verib. Belə ki, sabiq nazir Əliəkbər Salihi Türkiyədə qonaq olanda jurnalistlərin sualına belə cavab verib: "İranın  40%-i türk dilində danışır”. Deməli, İran dövlətinin 83 milyon əhalisinin  40%-ni hesablayanda ortaya belə bir rəqəm çıxır: orada 35 milyon azərbaycanlı var”.

Cənubda doğulub xarici ölkələrə mühacir etmiş digər soydaşlarımız isə İranda azərbaycanlıların sayının 50 milyonu ötdüyünü iddia edirlər.


Oxunub: 964






SON XƏBƏRLƏR

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image

01:35 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim