reklam
USD
15 ℃
EUR
BAKI

Xaricdə təhsil alan tələbələrə şad xəbər - dövlət rüsumu ləğv olunur

XƏBƏR / 19.05.2020 23:09
Xaricdə təhsil alan tələbələrə şad xəbər - dövlət rüsumu ləğv olunur

Təhsil müəssisəsinin akkreditasiyasına görə "Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək.
 
carciTV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Layihəyə əsasən, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə elan edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödəniləcək. Eyni zamanda Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiyasına), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödəniləcək.
 
"Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə tutulan 15 manat dövlət rüsumu ləğv edilir.
 
Qeyd edək ki, bu qanun layihələri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli fərmanına uyğun olaraq hazırlanıb. Həmin fərmana əsasən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb və onun nizamnaməsi təsdiq edilib. Komitə sədri qeyd edib ki, Nizamnaməyə əsasən, Agentliyin 3 əsas fəaliyyət istiqaməti müəyyən edilib:
 
- təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirmək;

- xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivaleyntliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirmək;

- peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsi ilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınmasını həyata keçirmək.
 
Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq ödənişli xidmətlər göstərir və özünün maliyyələşdirilməsini əsasən həmin vəsatətlər hesabına təmin edir. Qeyd olunanlara əsasən, "Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə görə, təhsil müəssisəsinin akkreditasiyasına görə "Dövlət rüsumu haqqında” qanun ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Eyni zamanda peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə elan edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ilə əlaqədar göstərilən xidmətlərin və bununla əlaqədar digər xidmətlərin xidmət haqqı tutulmaqla həyata keçirilməsi təklif olunur. Bu xidmətlərin siyahısı və xidmət haqqının məbləği qanun qəbul edildikdən sonra təsdiq ediləcək. Eləcə də diplomların nostrifikasiyası ilə əlaqədar göstərilən xidmətlərə və bununla əlaqədar digər xidmətlərə görə xidmət haqqının müəyyən edilməsi nəzərdə tutulur. Bu xidmətlərin siyahısı və xidmət haqqının məbləği də qanun qəbul edildikdən sonra təsdiq ediləcək. Həmin xidmətlərə görə ödənilən xidmət haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinə yönəldiləcək. "Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklər "Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan "Dövlət rüsumu haqqında” qanuna müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.
 
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.


Oxunub: 472






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim